Məhkəmə qərarları › İş №2(012)-4835/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4835/2020

23.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4835/2020 23.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Mustafayev Ceyhun Vəli oğlunun cavabdehlər Əmlak Məsələləri DK yanında DƏDRX-nin 4 saylı Əİ və 19 saylı Notariat ofisinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinə 27 noyabr 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Mustafayev Ceyhun Vəli oğlunun cavabdehlər Əmlak Məsələləri DK yanında DƏDRX-nin 4 saylı Əİ və 19 saylı Notariat ofisinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İH Başçısının Masazır kəndi üzrə Nümayəndəliiyi tərəfindən 10.03. 1993-cü il tarixdə verilmiş Sərəncamından Çıxarışa əsasən X2 qızının adına olan Abşeron rayonu Masazır qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair DƏDRX-dən çıxarışın verilməsi vəzifəsinin 4 saylı Əİ-nə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və işin materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından MPM-nin 153.2.1 maddəsinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı mübahisələndirdiyi torpaq sahəsi üzrində mülkiyyət hüququnu rəsmiləşdirmək istəyir, cavabdeh Əmlak Məsələləri DK yanında DƏDRX-nin 4 saylı Əİ isə bundan imtina etmişdir.Göründüyü kimi tərəflər arasında inzibati hüquq münasibətindən irəli gələn mübahisə yaranmışdır. Hazırkı halda iddiaçı ümumi məhkəməyə deyil, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, inzibati məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Mustafayev Ceyhun Vəli oğlunun cavabdehlər Əmlak Məsələləri DK yanında DƏDRX-nin 4 saylı Əİ və 19 saylı Notariat ofisinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, inzibati məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar