Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4885/2020 27.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Səfərov Azər Yusif oğlunun cavabdeh DƏDRX-nin 4 saylı Əİ-ə qarşı iddia ərizəsinə 27 noyabr 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Səfərov Azər Yusif oğlunun cavabdeh DƏDRX-nin 4 saylı Əİ-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından MPM-nin 152.1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti yaranmışdır, iddiaçı isə bunu inzibati icraat qaydasında inzibati məhkəmədə mübahisələndirmək əvəzinə düzgün olmayaraq ümumi məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalıdır.Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı inzibati məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Səfərov Azər Yusif oğlunun cavabdeh DƏDRX-nin 4 saylı Əİ-ə qarşı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizəçi yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4885/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4885/2020
27.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver