Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5169/2021 01.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov Masallı rayon Məhkəməsindən daxil olmuş 2(012)-5169/2021-ci il tarixli Mülki işi nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair mülki iş Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, Masallı rayon Məhkəməsi tərəfindən Abşeron rayon Məhkəməsinə göndərilmiş 2(050)-2052 saylı mülki iş ərazi adiyyətinə əsasən düz göndərilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Masallı rayaon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(050)-2052 saylı Qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair mülki iş ərazi adiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin mülki iş Poçt vasitəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə deyil, səhvən Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə, Masallı rayon Məhkəməsinin Qərardadını, qanunun tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, Masallı rayon Məhkəməsinin 2(050)-2052 saylı mülki işi ərazi adiyyətinə əsasən yenidən göndərilməsi üçün Masallı rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması” tələbinə dair Masallı rayaon Məhkəməsinin 2(050)-2052 saylı mülki işi ərazi adiyyətinə əsasən yenidən göndərilməsi üçün Masallı rayon Məhkəməsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5169/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5169/2021
01.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver