Məhkəmə qərarları › İş №2(012)-5214/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5214/2021

06.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5214/2021 06.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Elman Tofiq oğlu Məmmədov İddiaçı Cavabdeh Şöbəsinə qarşı “icra vərəqəsinin icra olunmamasının qanunsuz hesab edilməsi və həmin icra vərəqəsinin dərhal icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək, Cavabdeh Şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-988/2015 saylı, 24.05.2015-ci il tarixli icra vərəqəsinin icra olunmamasının qanunsuz hesab edilməsi və həmin icra vərəqəsinin dərhal icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdeh Şöbəsinə qarşı “icra vərəqəsinin icra olunmamasının qanunsuz hesab edilməsi və həmin icra vərəqəsinin dərhal icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddia ərizəsinə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. Çünki, Cavabdeh Şöbəsinin icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair məhkəməyə müraciət - iddia ərizəsi ilə deyil (yəni, iddia icraatı qaydasında deyil), "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib edilmiş şikayətlə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149,151, 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Şöbəsinə qarşı “icra vərəqəsinin icra olunmamasının qanunsuz hesab edilməsi və həmin icra vərəqəsinin dərhal icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması”nə dair ərizəsi iddianın yol verilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı rəsmi qaydada verilsin. İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-988/2015 saylı, 24.05.2015-ci il tarixli icra vərəqəsinin icra olunmaması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar