Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-524/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2 MMC-nin nümayəndəsi X1, Cavabdeh1 MMC-nin direktoru X3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər «Halal Dad” MMC və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X7 Məsuliyyətli Cəmiyyəti və X8 Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı1 Qida zəhərlənməsi nəticəsində vurulmuş maddi ziyana görə 2000 manat pul məbləğinin və mənəvi zərərə görə 12000 (on iki min) manat pul məbləğinin İddiaçı1, cavabdehlər X7 Məsuliyyətli Cəmiyyəti və X8 Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı2 Qida zəhərlənməsi nəticəsində vurulmuş maddi ziyana görə 2000 manat pul məbləğinin və mənəvi zərərə görə 12000 (on iki min) manat pul məbləğinin İddiaçı2; cavabdehlər X7 Məsuliyyətli Cəmiyyəti və X8 Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı3 Qida zəhərlənməsi nəticəsində vurulmuş maddi ziyana görə 2000 manat pul məbləğinin və mənəvi zərərə görə 12000 (on iki min) manat pul məbləğinin İddiaçı1 və Cavabdehlər X7 Məsuliyyətli Cəmiyyəti və X8 Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı 0 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh «Halal Dad” MMC-nin direktoru Samir İsayev iddianın təmin edilməməsini xahiş etdi və bildirdi ki, onların şirkətində yoxlama olmuş, lakin qeyd edilən hadisə ilə bağlı təqsirli olmaları sübut olunmamış və cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəməyə təqdim etdiyi etirazla eyni məzmunlu izahat verdi. Etirazdan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və digərlərinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı hər iddiaçıya münasibətdə maddi zərərə görə 2000 manat, mənəvi zərərə görə 12000 AZN pul məbləğinin (ümumilikdə 8 000 manat maddi zərərə görə, 48 000 manat mənəvi zərərə görə pul məbləğinin) müştərək qaydada alınaraq iddiaçılara ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməklə iddia edirlər ki, xx.xx.2023 tarixdə Bakı şəhəri. Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən OBA Marketdən "xxxx" əmtəə nişanlı kolbasa məhsulu alaraq onu ailə üzvləri ilə birlikdə qəbul etmiş və nəticədə zəhərlənmişlər. İddia ərizəsinə əlavə edilmiş Sabunçu Rayon Prokurorunun köməkçisi Fərid Həsənovun xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi, iddiaçının və ailə üzvlərinin qida zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırılan 256-C-23 nömrəli material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərardan iddiaçı tərəfin şikayət verməsi və hər hansı sonrakı hüquqi hərəkətlərin edilməsi iş materiallarından müəyyən edilmir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda yalnız alınan məhsulun istehsalçısı olan "xxxx" MMC-də yoxlamanın keçirilməsi və yoxlama nəticəsində hüquqi şəxsin inzibati qaydada cərimələnməsi ilə bağlı məlumat əks olunmuşdur, Cavabdeh2 MMC-yə isə hər hansı tənbeh tədbiri tətbiq edilməmişdir. Göründüyü kimi, iddia ərizəsinə əlavə edilən heç bir sənəddə iddiaçının və onun ailə üzvlərinin zəhərlənməsində "xxxx" MMC-nin təqsirli olması, hadisə ilə bağlı hüquqa zidd əməl törətməsi, iddiaçılara maddi və mənəvi ziyan vurması, habelə zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması sübuta yetirilməmiş, hadisə ilə bağlı Cavabdeh2 MMC-nin, onun hər hansı əməkdaşının inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi faktı baş verməmişdir. İşin hallarından göründüyü kimi, zərərin mövcudluğu, zərərin həcminin təsdiqi, zərərin yaranmasında "Oba Market” MMC-nin təqsirinin olması, hadisə ilə bağlı hər hansı hüquqa zidd əməl törətməsi, habelə hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmadığından iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçının verdiyi izahatlardan da göründüyü kimi, iddiaçı əvvəllər də həmin “Oba Market’’dən müxtəlif çeşiddə mal almış, hər hansı problemi və şikayəti olmamış, habelə kolbasa məhsulunu alarkən onun zahiri görünüşündə hər hansı qüsurun olduğunu, habelə saxlanma şəraitində uyğunsuzluğun olduğunu aşkar etməmişdir. Belə ki, kolbasa məhsulu soyuducada saxlanılmış, soyuducu isə işlək vəziyyətdə olmuşdur. Bundan əlavə, məhkəmə nəzərə almalıdır ki, iddiaçı tələb etdiyi maddi və mənəvi zərərin məbləğini heç bir sənədlə sübüt etməmişdir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə, Mehdiabad yolundan üzü Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində istiqamətinə gələn zaman yolun solunda yəni, Balaxanı qəsəbəsində yerləşən “OBA” marketdən “Hala Dad” adlı kolbasa məhsulunu almışdır. Daha sonra, həmin tarixdə ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxozu nömrəsiz fərdi evə gələrək qeyd olunan qidanı ailə üzvlərinə vermiş, nəticədə iki övladı, özü və yoldaşı kolbasanı yedikdən sonra anidən hallarının pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişlər. xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, dəqiqləşirirlməmiş qida zəhərlənməsi diaqnozu qoyulmuşdur. İddiaçıların şikayəti əsasında Sabunçu rayon prokuruluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Hazırda iddiaçılar onlara dəymiş maddi və mənəvi ziyanı tələb edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-ci il tarixli KY ********* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində fəaliyyət göstərən Cavabdeh1 MMC-də 04 may - 08 may 2023-cü il tarixlərində plandankənar yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı qida zəhərlənməsinə şübhəli bilinən “Halal dad hindquşu” əmtəə nişanlı kolbasa məhsulundan nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilmişdir.Təqdim edilmiş nümunə texniki nomativ hüquqi aktın tələblərinə uyğun olmuşdur. Bununla belə, müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyinə icrası məcburi göstərişlər verilmiş, vəzifəli şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, mülki işin materiallarından olan 12 may 2023-cü il tarixli qərardan görünür ki, 256-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərar alınmışdır. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məktubunda qeyd olunan məsələ ilə bağlı qida zəhərlənməsində şübhəli bilinən ‘'Halal dad hindquşu” əmtəə nişanlı kolbasanın alındığı sözügedən müəssisəyə baxış keçirilmiş və baxış zamanı marketdə kolbasa məhsullarının saxlanmasında temperatur rejiminə, mal qonşuluğu qaydalarına, məhsulların yararlılıq müddətinə riayət edildiyi müəyyən olunmuşdur. “Halal dad hindquşu” əmtəə nişanlı kolbasanın istehsalçısı Cavabdeh1 MMC-də xx.xx.2023- xx.xx.2023-cü il tarixləri aralığında qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş qaydada plandankənar yoxlama həyata keçirilmiş və yoxlama zamanı müəssisədə yararlılıq müddəti bitmiş qida əlavələri, kolbasa məhsulları üçün qılaflar aşkar olunmuş, sanitariya norma və qaydalarına, istehsal olunan məhsulların markalanmasında texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilmiş və həmin inzibati xəta hadisələri ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə məhsul şəxs X5 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, o cümlədən, nöqsanların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilməsi qeyd olunmuşdur. Beləliklə də, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinin tərkibi yaranmaması müəyyən edilmişdir.Odur ki, İddiaçı1 və ailə üzvlərinin qida zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırılan 256-C-23 nömrəli material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. İşdən görünür ki, iddiaçılar qida zəhərlənməsi ilə bağlı dəymiş ziyanın ödənilməsini tələb etsələr də onların qida zəhərlənmələri ilə cavabdehlərin əməlləri arasında səbəbli əlaqə mövcud deyil. Bunu təsdiq edən 256-c-23 saylı material üzrə Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun rədd materialı da mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh öz hərəkətləri ilə iddiaçıya maddi və mənəvi zərər vurması sübut olunmadığından, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər «Halal Dad” MMC və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər «Halal Dad” MMC və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №2(012)-524/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-524/2024
23.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver