Məhkəmə qərarları › İş №2(012)-5304/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5304/2021

23.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5304/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinə qarşı «çıxarışdan torpaq sahələrinə dair qeydlərin çıxarılması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinə qarşı «çıxarışdan torpaq sahələrinə dair qeydlərin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinə qarşı «çıxarışdan torpaq sahələrinə dair qeydlərin çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı vəkili-nümayəndəsi Vəkil Azər oğlunun Abşeron Rayon Məhkəməsinin 2(012)-5304/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3634/2021 saylı, 02.11.2021ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-5304 saylı 09 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilərək mülki iş üzrə iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsi müzakirə edilməsi üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının faktiki yaşadığı və cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin mülkiyyətində olan torpaq sahəsinin ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin hazırki iş üzrə İddiaçı «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsini cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, «Tərəvəzçilik Elmi- Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinin hüquqi ünvanını ünvan 2rialalrına əlavə edilmiş rəsmi sənədlərdən göründüyü kimi mübahisəli torpaqla bağlı sənəd Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, iddaçı həmin təşkilat tərəfindən verilmiş çıxarışdan qeydlərin çıxarılmasını xahiş etmişdir, bu da mülki işin inzibati ərai vahidi üzrə Bakı şəhəri, Sabunçu rayon ərazisinə aid olduğuna dəlalət edir. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində cavabdeh kimi «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsi qoyulsa da, ərizənin nəticə hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair «Tərəvəzçilik Elmi- Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinə verilmiş 08.10.2020-ci il tarixli, ********* saylı çıxarışdan mərhum anası X2 və mərhum bibisi X1 məxsus 0,20 ha torpaq sahələrinə dair qeydlərin çıxarılmasını xahiş etmiş, bununla da çıxarışı mübahisələndirsə də, lakin çıxarışı verən orqanı cavabdeh qismində göstərməmişdir. Azərbaycan Respublikasıın İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh «Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu» Publik hüquqi şəxsinə qarşı «çıxarışdan torpaq sahələrinə dair qeydlərin çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar