Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5509/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və q. qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə 05 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və sonuncunun yetkinlik yaşına çatmayan uşaqları X3 və X4 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iş üzrə X6 və X7 cavabdeh qismində, Cavabdeh3 onların qanuni nümayəndəsi qismində cəlb edərək və İddiaçı mülkiyyyətində Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və sonuncunun yetkinlik yaşına çatmayan uşaqları X3 və X4 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanında yerləşən mənzil vardır. Həmin mənzildə iddiaçının qardaşının arvadı Cavabdeh2, iddiaçının qardaşının oğlu Cavabdeh1, iddiaçının bacısı Cavabdeh4, iddiaçının qardaşının qızı Cavabdeh3 və sonuncunun yetkinlik yaşına çatmayan uşaqları X12 və X13 adlı uşaqları qeydiyyatdadır. Onların hər birinin mənzil şəraiti vardır. Uzun illərdir ki, onlar həmin evdə yaşamırlar. Həmin evdə cavabdehlərin heç bir əşyası qalmamışdır. Mənzil uzun zamandır ki, iddiaçının və onun ailə üzvlərinin istifadəsindədir.Onların mənzildə qeydiyyatda qalmaları cavabdehlərin mülkiyyət hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 ifadəsində göstərmişdir ki, o, iddiaçının qızıdır. Cavabdehlər qohumlarıdır. Onlar Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanında yaşamamışlar. Özlərinə məxsus evləri var. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində göstərmişdir ki, o, iddiaçının oğludur. Doğulandan ünvan 1 ünvanda da qeydiyyatdadır. Mənzil babasından qalmışdır. Cavabdeh Mələk onun bibisi, Dilarə əmisi arvadı, Esmira və Vüqar əmisi uşaqlarıdır. X5r, iki evi var, qeyd olunan mənzildə yaşamır. Əmisi arvadı Dilarə və uşaqlar Müşviqabad qəsəbəsində öz evlərində yaşayırlar. Cavabdehlərə qeydiyyatdan çıxmaları barədə müraciət olunsa da, bir nəticəsi olmamışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər: Cavabdeh1 xx.xx.1991; Cavabdeh2 xx.xx.1967; Cavabdeh3 xx.xx.1989; X12 xx.xx.2013; İddiaçı xx.xx.1967; Cavabdeh4 xx.xx.1962; X14 xx.xx.2015; Cavabdeh2 Yusif qızı xx.xx.1973; X13 xx.xx.2016; X9 xx.xx.1993. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, mübahisəli ev 2011-ci ildən iddiaçının mülkiyyətindədir, daha əvvəl isə iddiaçının ata evi olmuşdur.Cavabdehlərdən Cavabdeh2 iddiaçının qardaşının arvadı, iddiaçının qardaşının oğlu Cavabdeh1, iddiaçının bacısı Cavabdeh4, iddiaçının qardaşının qızı Cavabdeh3 və sonuncunun yetkinlik yaşına çatmayan uşaqları X12 və X13 adlı uşaqları olmaqla həmin evdə qeydiyyatdadırlar. Onlar 2000-ci ilədək ailə qurmaları ilə əlaqədar mübahisəli evi tərk edib getmişlər, özlərinə məxsus yaşayış sahələrində yaşamaqla, mübahisəli evi köçüb yaşamaq istəmələrini təsdiq edən hər hansı sübut işdə mövcud deyildir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 köçüb getməklə həmin evə istifadə hüququnu itirsələr də, hələ də orada qeydiyyatdadırlar, hazırkı mülkiyyətçi olan iddiaçı ilə isə mübahisəli mənzildən istifadə ilə bağlı aralarında mənzildən istifadə hüququnu şərtləndirən saziş bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli” Qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinin məzmununa görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar olduqda, yəni vətəndaşlar daimi yaşamaq üçün başqa əhali məntəqəsinə və ya başqa yerə daimi yaşamaq üçün getdikdə onların hüququ 6 ay müddətində saxlanılır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X10rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “X1rşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında yaşayış sahəsindən istifadə hüququnun mahiyyəti ilə bağlı hüquqi mövqelərini formalaşdırmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehlər mülkiyyətçinin qohumlarıdırlar, onların həmin mənzildə istifadə hüquqları olmuş, lakin 2000-ci ilədək mübahisəli evi tərk edib getmiş, başqa yaşayış sahəsinə köçmüşlər. Cavabdehlərin yetkinlik yaşına çatmayan ailə üzvləri X12 və X4 yaşayış yeri valideynlərinin yaşayış yeridir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və sonuncunun yetkinlik yaşına çatmayan uşaqları X12 və X4 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 5, mənzil 29 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5509/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5509/2022
05.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver