Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-556/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə 08 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış «Hyundai İX» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2309 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun, cəmi 2339,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 16.12.2012-ci il tarixdə idarə etdiyi «VAZ 21154» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax yolunun 377-ci km-də X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış «Hyundai İX» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan «VAZ 21154» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması AYP 324673 DYPİ X8 Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomaşına dəymiş ziyanla bağlı “xxxx” MMC-nin təqdim etdiyi 25.12.2012ci il tarixli akta uyğun olaraq, həmin avtomaşına 2809 manat ziyan dəymişdir. MİP № 100076-B26 saylı sığorta müqaviləsinə və № 202/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 500 manat çıxmaqla 2309 manat sığorta ödənişi həyata keçirmişdir. Odur ki, o, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, 9 il bundan əvvəl baş vermiş buzlu şəraitdə zəncirvari avtoqəzada onun günahi yoxdur. Məhkəmə prosesində iştirak edə bilmədiyi üçün bunu məhkəməyə sübut edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan kompyuter çıxarışından görünür ki, VAZ 21154» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş 16.12.2012-ci il tarixli, AYP 324673 saylı X8 protokoldan görünür ki, Abbasov X4 Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədiyinə görə arəsində 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan MİP-1 № 202/2013 saylı,13 fevral 2013-cü il tarixli sığorta aktından görünür ki, zədələnmiş «Hyundai İX» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin məbləği 2809 manat həcmində olması müəyyən edilmişdir. İş materiallarında olan MİP № 100076-B26 saylı sığorta müqaviləsinə və № 202/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 500 manat çıxmaqla 2309 manat sığorta ödənişi həyata seçirmişdir. İş materiallarında olan 15 fevral 2013-cü il tarixli, 841 №-li ödəniş tapşrığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC X1 bank hesabına 2309 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı təşkilatın nümayəndəsini dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 16.12.2012-ci il tarixdə Bakı-Qazax yolunun 377-ci km-də mülkiyyətçisi Cavabdeh2 olan «VAZ 21154» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış X3 məxsus «Hyundai İX» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncunun əmlakına zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsiri iş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş 16.12.2012-ci il tarixli, AYP 324673 saylı X8 protokol ilə tam təsdiq olunur. Həmçinin sübutların tədqiqatı zamanı müəyyən edilir ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2809 manat müəyyən edilmiş, 500 manat çıxılmaqla 2309 manat İddiaçı Sığorta Şirkəti ASC tərəfindən nağd şəklində sığortalı X3 ödənilmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan «VAZ 21154» markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmamışdır. Belə olan təqdirdə məhkəmə icbari sığortalar haqqında qanunun 25-ci maddəsinə istinad edərək hesab edir ki, Cavabdeh2 da ödənilmiş sığorta məbləğinə görə də öhdəlik daşıdığından iddiaçı təşkilatın sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2309 manat sığorta ödənişinin məbləğini cavadehlərdən tələb etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, avonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat (otuz manat, qırx qəpik) da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış «Hyundai İX» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2309 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla cəmi 2339,40 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-556/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-556/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver