Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5573/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokola görə ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xətta haqqında protokollara görə İddiaçı ASC tərəfindən ödənilmiş 593 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edərək bildirdi ki, 28 mart 2018-ci il tarixdə AL-1429 (3) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi əsasən 31 may 2017-ci il tarixli AL-1429 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X4 öz üzərinə götürmüş və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA577434 ban, 0076 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdmda və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərə və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(001)- 8517/2019 saylı qətnaməsi ilə (hakim M.Rüstəmli) İddiaçı ASC-nin iddası təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və cavabdeh X1 ümumilikdə 2887.16 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan X2 xahişi əsasında şirkət tərəfindən Cavabdeh lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Sürücü Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən AR X8 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən təqdim olunmuş protokolların surəti və DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 30.12.2018-ci il tarixli EQ ******* saylı protokola görə 225 manat; 06.02.2019-cu il tarixli İXP ******* saylı protokola görə 64 manat; 07.03.2019-cu il tarixli İXP ******* saylı protokola görə 64 manat; 25.03.2019-cu il tarixli İXP ******* saylı protokola görə 240 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 593 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X7 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 31.05.2017-ci il tarixli, AL-1429 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, Cavabdeh (lizinq alan) ilə İddiaçı ASC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 14800 manat təşkil etmişdir. İş materiallarında olan 28 mart 2018-ci il tarixdə AL-1429 (3) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 31 may 2017-ci il tarixli AL-1429 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X4 öz üzərinə götürmüş və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA577434 ban, 0076 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8517/2019 saylı, 27.12.2019-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 31 may 2017-ci il tarixli, AL-1429 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və cavabdeh X1 31 may 2017-ci il tarixli, AL-1429 saylı “Daxili lizinq” müqaviləsi üzrə 616,67 manat məbləğində əsas, 193,99 manat məbləğində mükafat, 346,50 manat məbləğində dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 1730 manat məbləğində maddi zərərin əvəzi, ümumilikdə 2887,16 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 30.12.2018-ci il tarixli EQ ******* saylı protokola görə 225 manat; 06.02.2019-cu il tarixli İXP ******* saylı protokola görə 64 manat; 07.03.2019-cu il tarixli İXP ******* saylı protokola görə 64 manat; 25.03.2019-cu il tarixli İXP ******* saylı protokola görə 240 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8517/2019 saylı, 27.12.2019-cu il tarixli qiyabi qətnaməsi ilə İddiaçı ASC ilə X3 arasında bağlanmış 31 may 2017-ci il tarixli, AL-1429 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və cavabdeh X1 31 may 2017-ci il tarixli, AL-1429 saylı “Daxili lizinq” müqaviləsi üzrə 616,67 manat məbləğində əsas, 193,99 manat məbləğində mükafat, 346,50 manat məbləğində dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 1730 manat məbləğində maddi zərərin əvəzi, ümumilikdə 2887,16 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin Cavabdeh tərəfindən sözügedən lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA577434 ban, 0076 mühərrik nömrəli, ağ rəngli avtomobil ilə inzibati xəta törətmiş və iş materiallarında olan 30.12.2018-ci il tarixli EQ ******* saylı protokola görə 225 manat; 06.02.2019-cu il tarixli İXP ******* saylı protokola görə 64 manat; 07.03.2019-cu il tarixli İXP ******* saylı protokola görə 64 manat; 25.03.2019-cu il tarixli İXP ******* saylı protokola görə 240 manat olmaqla, ümumilikdə 593 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Odur ki, Cavabdeh inzibati xətta haqqında protokollara görə İddiaçı ASC tərəfindən ödənilmiş 593 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh inzibati xətta haqqında protokollara görə İddiaçı ASC tərəfindən ödənilmiş 593 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5573/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5573/2021
23.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver