Məhkəmə qərarları › İş №2(012)-5627/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5627/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5627/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Elman Tofiq oğlu Məmmədov İddiaçı oğlunun cavabdeh Abşeron Rayon İcra hakimiyyəti başçısı Aparatının “X1 İşləri və Hüquqlarının müdafiəsi” üzrə Komissiyası və 3-cü şəxs X2 qarşı «Abşeron Rayon İcra hakimiyyəti başçısı Aparatının “X1 İşləri və Hüquqlarının müdafiəsi” üzrə Komissiyasının rəyinin ləğv edilməsi və yeni rəy verilməsi » barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı oğlu cavabdeh Abşeron Rayon İcra hakimiyyəti başçısı Aparatının “X1 İşləri və Hüquqlarının müdafiəsi” üzrə Komissiyası və 3-cü şəxs X2 qarşı «Abşeron Rayon İcra hakimiyyəti başçısı Aparatının “X1 İşləri və Hüquqlarının müdafiəsi” üzrə Komissiyasının rəyinin ləğv edilməsi və yeni rəy verilməsi » barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı mülki məhkəmə icraatı qaydasında mübasisələndirmək istədiyi «Abşeron Rayon İcra hakimiyyəti başçısı Aparatının “X1 İşləri və Hüquqlarının müdafiəsi” üzrə Komissiyasının rəyi heç bir hüquqi nəticə yaratmayan,əldə olunmuş yazılı məlumat hesab edildiyindən,həmin məlumatın mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsi isə yolverilməzdir. Bundan başqa iddia ərizəsinin məzmunundan məlum olur ki,hazırki ərizə ilə bağlı iddiaçının məhkəməyə müraciət etməsinə səbəb Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/202i saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlıdır.Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Ona görə də məhkəmə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən İddiaçı İcra haqqında Azərbaycan Respublikasının qanunun 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət etmək hüququnun olmasının izah olunmasını da məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı oğlunun cavabdeh Abşeron Rayon İcra hakimiyyəti başçısı Aparatının “X1 İşləri və Hüquqlarının müdafiəsi” üzrə Komissiyası və 3-cü şəxs X2 qarşı «Abşeron Rayon İcra hakimiyyəti başçısı Aparatının “X1 İşləri və Hüquqlarının müdafiəsi” üzrə Komissiyasının rəyinin ləğv edilməsi və yeni rəy verilməsi » tələbinə dair ərizəsi iddianın yol verilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı rəsmi qaydada verilsin. İddiaçı icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar