Məhkəmə qərarları › İş №2(012)-5883/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5883/2024

23.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5883/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı cavabdehlər 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzi və Cavabdeh1 qarşı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzi və Cavabdeh1 qarşı payların müəyyən edilməsi tələbinə iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Ziya Bünyadov prospekti, ev 34 üzərində onun və nəvələri 28 mart 2008-ci il təvəllüdlü X2, 08 aprel 2009-cu il təvəllüdlü X3 və 13 noyabr 2015-ci il təvəllüdlü X1 hər birinin ¼ hissədə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinə iddiaçı tərəfindən 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi notariat ofisinin imtina məktubu əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya ilkin olaraq müvafiq notariat orqanından müraciətinə cavab olaraq imtina olunduğu halda məhkəməyə müraciət etməsi izah edilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 284-1-284-4-cü maddələrini rəhbər tutub, QƏRARAALDİ: İddiaçı cavabdehlər 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzi və Cavabdeh1 qarşı payların müəyyən edilməsi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya ilkin olaraq müvafiq notariat orqanından müraciətinə cavab olaraq imtina olunduğu halda məhkəməyə müraciət etməsi hüquqlarının olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar