Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-589/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X7 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Kia Sorento markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 9900 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla cəmi 9930.40 manatın Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh 27.04.2016-cı il tarixdə etibarnamə əsasında idarə etdiyi BMW 3231 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nobel prospekti ilə şəhər istiqamətinə hərəkət edərkən yerdəyişmə zamanı manevretmə qaydasını pozaraq X7 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Kia Sorento markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Xətai rayon Məhkəməsinin 3(011)- 353/2020 saylı X13 Qərarında öz əksini tapmışdır. 10.06.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Kia Sorento markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə 18230 manat ziyan dəymişdir. 10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən, sığortalanmış avtomobilə dəyən zərərin miqdarı sığortalanmış nəqliyyat vasitəsinin bazar dəyərinin 75 faizindən çoxdur. İddiaçı Sığorta Şirkəti ASC-nin avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə, avtomobilin sığorta məbləği 23500 manatdan (10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq) avtomobilin yol nəqliyyat qəzasından sonrakı qalıq dəyəri 8500 manat manat (10.06.2016cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq) və sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişi 14900 manata bərabərdir. **********962 saylı sığorta müqaviləsinin 027858 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 14900 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin İcbari sığorta Şirkəti İddiaçı Sığorta Şirkəti ASC-də olduğundan subroqasiya qaydasında dəymiş zərərin 5000 manat iddiaçı tərəfindən tənzimlənmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə); 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Azərbaycan Respublikası DİN-in MAPS şöbəsi tərəfindən verilmiş 20.07.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -AC № 056088 saylı 08.07.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı Kia Sorento markalı ** SA *** qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. -08.07.2013-cü il tarixli 969974 saylı etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan Kia Sorento markalı ** SA *** qeydiyyat nişanlı avtomobili idarə etməyi 14.04.2020-ci il tarixinə kimi X7 etibar etmişdir. -İddiaçı SŞ ASC-nin 16.06.2016-cı il tarixli 027858 saylı sığorta aktından görünür ki, X8 mülkiyyətində olan Kia Sorento markalı ** SA *** qeydiyyat nişanlı avtomobil 16.07.2015-ci il tarixdən 15.0.2016-cı il tarixədək sığorta məbləği 23500 manat, avtonəqliyyət vasitəsinə dəyən zərər üzrə franşiza – azadolma məbləği 100 manat olmaqla sığortalanmış, 27.04.2016-cı il tarixdə Bakı şəhəri Nobel prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BMW 3231 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobilə dəymiş 10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən sığortalanmış avtomobilə dəyən ziyanın miqdarı sığortalanmış nəqliyyat vasitəsinin bazar dəyərinin 75 faizindən çoxdur, A.R. Maliyyə Nazirliyi tərəfindən 01.12.2010-cu il tarixində təsdiq edilmiş «Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Qaydaları»na əsasən hadisə nəticəsində avtonəqliyyat vasitəsinin təmiri üçün tələb olunan pul vəsaiti onun bazar dəyərinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında, avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır; sığorta ödənişi olaraq İddiaçı Sığorta Şirkətinin avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə, avtomobilin sığorta məbləği 23500 AZN-dən (10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq) avtomobilin yol-nəqliyyat qəzasından sonrakı qalıq dəyəri 8500 AZN (10.06.2016cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta uyğun olaraq) və sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişi 14 900 manata bərabərdir, nağd şəkildə X16 Eduardoviçə ödənilmişdir. -İddiaçı SŞ ASC-nin 16.06.2016-cı il tarixli məxaric xəzinə orderinin surətindən görünür ki, 16.06.2016-cı il tarixli 027858 saylı sığorta aktına əsasən sığorta ödənişi olaraq X16 Eduardoviçə 14900 manat ödəniş edilmişdir. -Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 10.06.2016-cı il tarixli 045098 saylı aktdan görünür ki, Kia Sorento markalı ** SA *** qeydiyyat nişanlı avtomobilin qiymətləndirilmə nəticəsində sığorta məbləği 23500 manat, hadisədən sonra avtomobilin qalıq dəyəri 8500 manat müəyyən edilmişdir. -Xətai RPİ tərəfindən verilmiş 19.11.2010-cu il tarixli AZE 08201271 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 Eduardoviç ünvan 2 ünvanında qeydiyyatdadır. -AB № 474632 saylı 02.08.2011-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1998-ci il buraxılışlı BMW 3231 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil X9 mülkiyyətindədir. -05.10.2015-ci il tarixli ƏN-V 080977 saylı etibarnamənin surətindən görünür ki, X11 mülkiyyətində olan BMW 3231 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi 05.10.2016-cı il tarixinə kimi Cavabdeh etibar etmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 20.05.2016-cı il tarixli 101-14969-016 saylı arayışdan görünür ki, 27.04.2016-cı il tarixdə Bakı şəhəri Nobel prospekti ərazisində X9 mülkiyyətində olan, etibarnamə əsasında Cavabdeh idarə etdiyi BMW 3231 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma nəticəsində X16 Eduardoviçin mülkiyyətində olan hadisə baş verən zaman etibarnamə əsasında X5 idarə etdiyi Kia Sorento markalı ** SA *** qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. -Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.07.2016-cı il tarixli 3(011)-353/2016 saylı X13 iş üzrə qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. -Xətai RPİ-nin arayışından görünür ki, 27.04.2016-cı il tarixdə Xətai rayonu, Nobel prospektində baş vermiş YNH zamanı X4 xəsarət alması faktı üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş lakin hadisə zamanı xəsarət alan S.Qasımovanın MTE-na təkrar müayinəyə getmək zərurəti yarandığından onun almış olduğu bədən xəsarətlərinin dərəcələri tam verilməmişdir. İlkin araşdırılma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh 27.04.2016-cı il tarixdə Xətai rayonu, Nobel prospektində X15 pozaraq sol zolaqda hərəkət edən sürücü X6 idarə etdiyi Kia Sorento markalı **-SA-*** dövlət nömrə nişanlı avtomaşının hərəkət yoluna çıxaraq YNH-ni törətmişdir. -İddiaçı SŞ ASC-nin 22.06.2016-cı il tarixli 1254/16 saylı pretenziyadan görünür ki, Cavabdeh 14900 manat sığorta ödənişi 7 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair AR Dövlət Neft Şirkəti 10 %, Ran- Eksim MMC 27 %, İ.S.R Holding Limited 63 % olmaqla 05.10.2017-ci il tarixli, **********103900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X10 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən “İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 05.10.2017-ci il tarixdə qeydə alınmış və 05.10.2017-ci il tarixli, **********103900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X10 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2021-ci il tarixli 9/5850 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 10.06.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü buraxılışlı “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16470.0 manat müəyyən edilir. İşin araşdırılan hallarından müəyyən edildi ki, Cavabdeh 27.04.2016-cı il tarixdə etibarnamə əsasında idarə etdiyi BMW 3231 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nobel prospekti ilə şəhər istiqamətinə hərəkət edərkən yerdəyişmə zamanı manevretmə qaydasını pozaraq X7 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış Kia Sorento markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Xətai rayon Məhkəməsinin 3(011)- 353/2020 saylı X13 Qərarı ilə təsdiq olunmuşdur. 10.06.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Kia Sorento markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə 18230 manat ziyan dəymişdir. 10.06.2016-cı il tarixli yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə akta əsasən, sığortalanmış avtomobilə dəyən zərərin miqdarı sığortalanmış nəqliyyat vasitəsinin bazar dəyərinin 75 faizindən çox olduğundan İddiaçı Sığorta Şirkəti ASC-nin avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə, qalıq dəyəri olan 8500 manat məbləği avtomobilin sığorta məbləği olan 23500 manat məbləğindən çıxmaqla və sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza (azadolma məbləği) nəzərə alınmaqla sığorta ödənişi 14900 manat manat müəyyən edilmiş, **********962 saylı sığorta müqaviləsinin 027858 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 14900 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin İcbari sığorta Şirkəti İddiaçı Sığorta Şirkəti ASC-də olduğundan subroqasiya qaydasında dəymiş zərərin 5000 manat məbləği iddiaçı tənzimləmiş, iddiaçının qalıq olan 9900 manat məbləğində sığorta ödənişinin cavabdehdən tələb etmə hüququ yaranmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Mülki Məcəlləsinin 1108.1. maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. İşin araşdırılan hallarından və tədqiq edilmiş ekspertiza rəyindən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində 2013-cü buraxılışlı “Kia Sorento” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 16470.0 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı 027858 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalı X16 Eduardoviçə 14900 manat sığorta ödənişi ödəmiş və haqlı olaraq həmin ziyanı reqress qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspert rəyində dəymiş zərərin qiyməti 16470.0 manat müəyyən edilmiş və həmin məbləğ isə iddiaçının qeyd etdiyi kimi sığortalanmış nəqliyyat vasitəsinin bazar dəyərinin 75 faizindən çox etmir. Ona görə də məhkəmə hesab edir ki, 16470.0 manat zərərin məbləği əsas götürülməklə həmin məbləğdən cavabdehin icbari sığorta məbləği olan 5000 manat pul vəsaiti çıxılmalı, 100 manat franşiza (azadolma məbləği) nəzərə alınmaqla sığorta ödənişi 11370 manat müəyyən edilməlidir. İddia ərizəsindən isə görünür ki, iddiaçının iddia tələbi 9900 manatdan ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi müəyyən edilmiş sığorta ödənişi məbləğindən az olduğundan iddia tələbi həcmində qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prossesual Məcəlləsi) 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırda isə iddia tələbindən kənara çıxılması üçün müstasna hal yoxdur. Mülki Məcəllənin; 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.3. maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanunun tələbindən aydın olur ki, iddiaçının iddia tələbinin eyni zamanda digər Cavabdeh qarşı qoyulması düzgün və əsaslıdır, qanun onun subroqasiya hüququnu tanıyır. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan 16.09.2015-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat Cavabdeh aid edilərək ondan tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9900 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumu, cəmi 9930.40 manat tutulmalı, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdehdən alınaraq məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9900 (doqquz min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 9930.40 manat (doqquz min doqquz yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-589/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-589/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver