Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5903/2024 04.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reyestrdən çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv olunması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh verilmiş **********-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarışa əsasən yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, onun Nümayəndə ilə nikahı xx.xx.1996-cı il tarixində 17 nömrəli akt qeydi ilə Cəlilabad rayon Əliqasımlı kənd icra nümayəndəliyi tərəfindən rəsmi olaraq qeydə alımışdır. Birgə nikahdan xx.xx.1998-ci il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh adlı uşaqlar doğulmuşdur. Övladları yetkinlik yaşına çatmışlar. Onlar birgə nikah dövründə Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evini əldə etmişlər. Həmin ev övladı Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh onu evdən qovmuşdur, o, anası Nümayəndə və bacısı X7 ilə birlikdə yaşayır. ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə **********-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 81.3 kv.metrdən ibarət 2 otaqlı ev tam mülkiyyət hüququ üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin ev birgə nikah dövründə onun əməyi hesabına tikilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədilər. Onlar bildirdilər ki, mübahisəli evin iddiaçıya heç bir aidiyyəti olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 43 saylı notariat ofisi və DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, C.Hacıyev küçəsindəki 0,021 ha torpaq sahəsində yerləşən 41 saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İşdə olan daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, C.Hacıyev küçəsindəki 0,021 ha torpaq sahəsində yerləşən 41 saylı fərdi yaşayış evini 53000 manata X4. İşdə olan Milli Arxiv İdarəsinin Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli F-635 saylı çıxarışından görünür ki, Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin xx.xx.1990-cı il tarixli, 23-b saylı qərarı ilə X3 Masazır kəndi ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsindəki 0,02 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Baxılan iş üzrə iddia tələbi hüquqların qeydiyyatı barədə çıxarışın etibarsız sayılması, ondan sonra rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğvi barədədir. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X13rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X11 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-cü il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı reyestrdən çıxarışın etibarsızlığı əsası kimi göstərmişdir ki, oğlunun adına qeydə alınmış daşınmaz əmlak onun və arvadı Nümayəndə birgə nikahı zamanı əldə edilmişdir və deməli onun mülkiyyət hüquqları pozulmuşdur. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb, onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3 və 8.0.9.1.2-ci maddələrinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, habelə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli evin yerləşdiyi 0,021 ha torpaq sahəsi əvvəllər X2 (cavabdehin xalası) mülkiyyətində olmuş, orada tikili olsa da, onun barəsində hüquqlar qeydə alınmamış, torpaq sahəsi alqı-satqı əməliyyatı vasitəsilə Cavabdeh mülkiyyətinə keçmiş, lakin o, burada yerləşən tikilinin üzərində hüquqlarını da xx.xx.2023-cü il tarixli, **********-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla qeydə aldırmışdır. İşdən göründüyü kimi, mübahisəli evin birgə nikah zamanı onun və arvadının birgə vəsaiti hesabına əldə edilməsi barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə xx.xx.2023-cü il tarixli, **********-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi üçün əsas tapmır. xx.xx.2023-cü il tarixli, **********-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış qanuni əsaslarla tərtib edildiyindən məhkəmə həmin çıxarışa əsasən yaranmış hüquqi nəticələrin, yəni daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi üçün də heç bir əsas tapmır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən təmin edilməməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, onun etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən reyestrdən çıxarış tərtib edilərkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən reyestrdən çıxarışın etibarsızlığından və alqı-satqı müqaviləsinin ləğv edilməsindən söhbət gedə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı reyestrdən çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv olunması barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı reyestrdən çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv olunması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5903/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5903/2024
04.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver