Məhkəmə qərarları › İş №2(012)-6004/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6004/2025

10.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6004/2025 10.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.09 2025-ci il tarixli qərarını (məcburi icra ödənişi haqqında) onun konstitusiyon və qanuni hüquq və maraqlarımı pozduğu üçün ləğv edilməsi və məndən bugünə qədər qanunsuz tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin, eyni zamanda, “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra İcra haqqında Qanun adlanacaq) 84.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu səbəbdən də, məhkəmə qanunun tələblərinə istinad edərək, tələbkar tərəfindən verilmiş ərizənin geri qaytarılması əsası olaraq, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etmək qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına dair Təlimatın 147.maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 8 - məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat. 8 indeksi ilə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat işlərinə baxılır. İddia ərizəsindən və ona əlavə edilmiş iş materiallarından göründüyü kimi, iddiaçı icra məmurunun qərarının ləğv edilməsi və pulun qaytarılmasını xahiş etmişdir. Lakin müraciət şikayət formasında deyil, iddia icraatı formasında verilmiş və bununla ərizənin forma və məzmununa əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı icra məmurunun qərarının ləğv edilməsi və pulun qaytarılması tələbinə dair iddia icraatı qaydasında deyil, “8” indeksi ilə məhkəmə qətnamələrinin (qərarlarının) icrası icraatı qaydasında məhkəməyə şikayət ilə müraciət etməli idi. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilməyərək iddia icraatı formasında verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki– Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar