Məhkəmə qərarları › İş №2(012)-61/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-61/2023

23.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-61/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi, torpaq sahələrinin sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılaraq yenidən inşa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vəsaitiylə inşa edilmiş hasarın üzərində tikilmiş tikilinin Cavabdeh öz vəsaiti ilə sökülməsi, torpaq sahələrinin sərhədlərinin öz əvvəlki yerinə qaytarılaraq cavabdehin vəsaiti ilə yenidən əvvəlki sərhəddə inşa edilməsi, dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh onun qonşusudur. AR Torpağa Mülkiyyət Hüququna dair 30800118 kodlu, JN1762 nömrəli dövlət aktına əsasən Abşeron rayon, Novxanı qəsəbəsində yerləşən 0,45 hektar torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh onun torpaq sahəsinə bitişik 1200 kv.m-lik ərazidə özünə ev tikməyə başlayarkən torpaqlarının sərhəddini müəyyən etmək məqsədi ilə o, öz vəsaitiylə tikdirdiyi hasarı sökmüş və 80 santimetr iddiaçının torpaq sahəsinin içərisində beton bünövrə tökərək yeni hasar inşa edərək sonradan da üzərində ev tikmiş və pəncərələrini də onun həyəti istiqamətində qoymuşdur. Bu səbəbdən dəfələrlə cavabdehə xəbərdarlıq edərək pəncərələri bağlamasını və onun hasarının üzərində tikdiyi tikintini dayandırmasını və hasarı öz sərhəddinə qaytarmasını və hasarla ara məsafəsi saxladıqdan sonra ev tikməsini xahiş etsə də, cavabdeh buna əhəmiyyət verməyərək ona çox hörmətsizlik etmiş və qanunvericiliyin tələblərini kobudca pozmuşdur. O, dəfələrlə cavabdehdən hasarı söküb öz yerinə qaytarmağı, hasarının üzərindəki tikintini dayandırmağı, sonradan isə sökməyi tələb etsə də buna əhəmiyyət verməyərək tikintini bitirmişdir. Bundan əlavə o, özü mühəndisdir. Hesab edir ki, bütün ərazini ölçmək əvəzinə, aralarındakı hasarın ölçülməsi kifayət olardı. Ona görə də o, ekspert rəyi ilə razı deyildir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, o, 15 ildir ki, sözügedən ərazidə yaşayır və tikinti üçün İcra Hakimiyyəti Sərəncamı almışdır. 12 sot torpaq sahəsi vardır. 2 oğlu olduğu üçün mənzil şəraitini yaxşılaşdırmaq üçün tikintiyə başlamışdır. Orada yeni hasar tikiləcəkdi. İddiaçının evinin pəncərələri onun həyəti istiqamətindədir. Bu səbəbdən o, öz hasarının artırmışdır. Onun tikdiyi hasar iddiaçıya mane olmur. Onun tikili ilə bağlı Dövlət Aktı da vardır. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi X3 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Beləliklə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktına əsasən, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ona məxsus Abşeron rayon, Novxanı qəsəbəsində yerləşən 0,45 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini və tikinti işlərinin aparıldığını bildirmişdir. Məhkəmə mübahisə üzrə obyektiv həqiqətlərə nail olmaqdan ötrü tikinti-texniki ekspertizası keçirmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı rəyindən göründüyü kimi mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqumluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair" 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqumluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmədiyindən torpaq sahəsinə müdaxilə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmir. Elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi ("Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmədiyindən torpaq sahəsinə müdaxilə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd: Ləğv edilmiş DTXK-si tərəfindən verilmiş İddiaçı məxsus JN- 1762 kod: 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı köhnə koordinat sistemində olduğundan Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı rəyində göstərilən xüsusatları təkzib edən mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 izahatlarına tənqidi yanaşaraq iddianın təmin olunmasını mümkün hesab etmir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı onun vəsaitiylə inşa edilmiş hasarın üzərində tikilmiş tikilinin Cavabdeh öz vəsaiti ilə sökülməsi, torpaq sahələrinin sərhədlərinin öz əvvəlki yerinə qaytarılaraq cavabdehin vəsaiti ilə yenidən əvvəlki sərhəddə inşa edilməsi, dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar