Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-69/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş torpaq sahəsinin geri alınması, özbaşına tikintinin sökülməsi və əvvəlki hasarın bərpa edilməsi, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı tikintinin sökülməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş torpaq sahəsinin geri alınması, özbaşına tikintinin sökülməsi və əvvəlki hasarın bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən, İddiaçı məxsus 0.05 ha torpaq sahəsinin özbaşına tutulmuş hissəsinin geri alınması, cavabdehin vəsaiti hesabına həmin ərazidə özbaşına tikilmiş hasarın sökülməsi və əvvəlki daş hasarın tikilib bərpa edilməsinin cavabdehə vəzifə qoyulması, cavabdehdən onun xeyrinə 330 manat məhkəmə xərclərinin və 500 manat ziyanın əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,05 ha ölçüdə olan torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi və ona həmsərhəd olan, hazırda cavabdehə məxsus 0,07 ha ölçülü sahəsi başqa şəxsə - X4 məxsus idi. Həmin şəxs 12 iyun 2009-cu il tarixində alqı-satqı müqaviləsi ilə 0,05 ha torpaq sahəsini ona satmışdır. Cavabdehə məxsus 0,07 ha torpaq sahəsi onun mülkiyyətinə xx.xx.2010-cu il tarixdə keçirilmişdir. 2009-cu ilin axırında onun tərəfindən öz vəsaiti hesabına 32 metr uzunluğu və 2 metr hündürlüyü olan daş hasar tikilmişdir. Cavabdehə məxsus torpaq sahəsində onun ailə üzvləri yaşayırlar. Üç il bundan öncə, həmin şəxslər onun razılığı olmadan bu hasarın bir hissəsini, yəni 24 metrini sökmüşlər və təxminən 50 sm enində sərhədləri pozaraq torpaq sahəsində yenidən hasar tikmişlər. Hasar meyvə ağaclarına bitişik tikildiyinə görə cəmi 4 ədəd 10 illik nar və əncir ağacları deformasiya olunmuşdur və gələcəkdə bunun nəticəsində onlar məhv ola bilər. Faktiki olaraq ona məxsus torpaq sahəsini bir hissəsi cavabdeh özbaşına ələ keçirmişdir. O, cavabdehdən həmin hasarın sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsini tələb etmiş, o isə razılaşmamışdır. Beləliklə, cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt edib mülkiyyətini ələ keçirmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ona məxsus 0,05 ha torpaq sahəsinin özbaşına tutulmuş hissəsinin geri alınması, cavabdehin vəsaiti hesabına həmin ərazidə özbaşına tikilmiş hasarın sökülməsinin və əvvəlki daş hasarın tikilib bərpa edilməsinin cavabdehə həvalə edilməsi, cavabdehdən onun xeyrinə 330 manat məhkəmə xərclərinin, 500 manat ziyanın əvəzinin və 22750 manat kompensasiyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı tikintinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndindəki 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun hasarına bitişik olan hissəsinin cavabdehin hesabına sökülərək normalara uyğunlaşdırılmasının, həmçinin həmin tikilinin mövcud olduğu 6 il üçün illik 3600 manat kompensasiya məbləği olmaqla, ümumilikdə 21600 manat kompensasiyanın, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırılmışdır ki, 2010-cu il tarixdə o əldə etdiyi torpaq sahəsində 2016-cı il tarixdə olan hasarın uçması səbəbindən yeni hasarın tikilməsi qərarına gəlmişdir. Bu niyyətlə torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin tikmiş olduğu yarıuçuq hasarı sökdürüb əvəzində yeni hasar tikintisinə başlamışdır. Həmin vaxt cavabdehin atası ona müraciət edərək bildirmişdir ki, əgər mümkünsə, hasarın bünövrəsini təşkil edən 20 sm hissədən əlavə 20 sm özül tikilsin və hasarın möhkəmliyini təmin etmək üçün betondan hasar edilsin. Həmin ərəfədə özü də cavabdehin atasına müraciət edərək onun fərdi yaşayış evinin mülkiyyətində olan torpaq sahəsinə girdiyini bildirsə də, sonradan qonşuluq şəraitində bu problemin həllinə nail olmuşlar. Hazırki iddiadan isə görünür ki, cavabdeh atası ilə olan razılaşmanın ziddinə gedərək heç bir əsas olmadan onu məhkəməyə vermişdir. Cavabdehə məxsus olan evin bir divarı onun hasarına bitişik tikilmiş və bu yolla tikinti normaları pozulmuşdur. İşdə olan sənədlərdən və iddia ərizəsinə əlavə edilən sənədlərdən də görünür ki, İddiaçı qeyd edilən tələbləri kobud şəkildə pozmuşdur. Bu səbəbdən də fərdi yaşayış evinin onun hasarına bitişik olan hissəsi İddiaçı hesabına sökülməli və fərdi yaşayış evi normalara uyğun tikilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4911/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 onun iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Onlar Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 onun tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizələrini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh iddiası isə təmin olunmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2009cu il tarixli, AA 017595 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,05 ha torpaq sahəsini 4500 manata İddiaçı, 0,07 ha torpaq sahəsini isə 5300 manata Babayev X1. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 784 saylı sərəncamının surətindən görünür ki, İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,05 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndindəki 0,05 ha torpaq sahəsində yerləşən 30,4 kv.metrlik fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2021ci il tarixli texniki pasport tərtib olunmuşdur. İşdə olan xx.xx.2010-cu il tarixli, AN-0212301 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,07 ha torpaq sahəsini 25499 manata Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli MA ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Onun adına xx.xx.2010-cu il tarixli, AA 021983 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li, xx.xx.2009-cu il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2009-cu il tarixli 017595 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh həmin torpaq sahəsinin qərb hissəsində 36 kv.metrini daş hasara alaraq faktiki istifadə edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2497 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li, xx.xx.2009-cu il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2009-cu il tarixli 017595 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh həmin torpaq sahəsinin qərb hissəsində 36 kv.metrinin daş hasara alaraq faktiki istifadə etdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,07 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada Cavabdeh faktiki istifadəsində olan 0,0756 ha torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li, xx.xx.2010-cu il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2010-cu il tarixli AA 021983 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,07 ha torpaq sahəsində İddiaçı tərəfindən hər hansı bir tikinti aparılmamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/142 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 13 dekabr 2023-cü il tarixli **********10 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,07 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada Cavabdeh faktiki istifadəsində olan 0,0756 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li, xx.xx.2010-cu il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2010-cu il tarixli AA 021983 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,07 ha torpaq sahəsində İddiaçı tərəfindən hər hansı bir tikinti aparılmadığı müəyyən olundu. Həmçinin mütəxəssis rəyinə əlavə olunmuş sxemdən görünür ki, Cavabdeh faktiki istifadəsində olan 0,0756 ha torpaq sahəsinin 0,0036 (36 m2) hissəsi ilə İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi üst-üstə düşür. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin evin yerləşdiyi torpaq sahəsinin sərhəddində olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbinə uyğun deyildir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər Abşeron rayonunun Məmmədli kəndində qonşudurlar. Belə ki, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə X5 mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,05 ha torpaq sahəsini 4500 manata İddiaçı, 0,07 ha torpaq sahəsini isə 5300 manata X2 satmış, X6 isə həmin sahəni xx.xx.2010-cu il tarixli, AN-0212301 saylı alqı-satqı müqaviləsinə əsasən 25499 manata Cavabdeh satmışdır. Tərəflər bu torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlər alaraq orada fərdi yaşayış evləri inşa etmişlər. Hazırda İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş torpaq sahəsinin geri alınması, özbaşına tikintinin sökülməsi və əvvəlki hasarın bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ona məxsus 0,05 ha torpaq sahəsinin özbaşına tutulmuş hissəsinin geri alınması, cavabdehin vəsaiti hesabına həmin ərazidə özbaşına tikilmiş hasarın sökülməsinin və əvvəlki daş hasarının tikilib bərpa edilməsinin cavabdehə həvalə edilməsi, cavabdehdən onun xeyrinə 330 manat məhkəmə xərclərinin, 500 manat ziyanının əvəzinin və 22750 manat kompensasiyanın tutulmasına, Cavabdeh isə İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndindəki 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun hasarına bitişik olan hissəsinin cavabdehin hesabına sökülərək normalara uyğunlaşdırılmasının, həmçinin həmin tikilinin mövcud olduğu 6 il üçün illik 3600 manat kompensasiya məbləği olmaqla, ümumilikdə 21600 manat kompensasiyanın, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5 və 69.5.2-1-ci maddələrinə görə ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qaydasında müəyyən edilir. İşdən görünür ki, mübahisə predmeti olan 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Aparılmış ekspertiza və mütəxəssis tədqiqatları ilə müəyyən edilmişdir ki, cavabdehin çəkdirdiyi hasar bu sahənin 36 kv.metrini zəbt etməklə inşa edilmişdir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddiası qismən əsaslıdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 36 kv.metr hissəsində bu qaydada tikili inşa etdirməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. İş materialları ilə müəyyən edilir ki, hazırki mübahisə üzrə hüquqi yardım alınması üçün İddiaçı 300 manat vəsait xərcləmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, bu vəsaitin 200 manat hissəsi cavabdehin hesabına ona qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə iddianın həmin hissələrdə əsaslı olduğundan qismən təmin edilməsi nəticəsinə gəlir. Bununla belə, İddiaçı iddiasının digər hissələrinin, habelə Cavabdeh tələbinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. Belə ki, İddiaçı cavabdehin ona 500 manat məbləğində maddi ziyan vurmasını, cavabdehdən 22750 manat kompensasiyanın tutulmasını iddia etsə də, maddi zərərin və kompensasiyanın hüquqi əsasları barədə işdə hər hansı legitim sübut mövcud deyil. Ona görə də məhkəmə həmin hissələrdə iddianın təmin edilməməsi qənaətinə gəlir. Cavabdeh İddiaçı qarşı tikintinin sökülməsi tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı məxsus yaşayış evinə dair reyestrdən çıxarış mövcuddur və bu hüquq müəyyənedici sənəd hazırda qüvvədədir. Onun məzmununun qeyri-dəqiqliyi Cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşdən görünür ki, İddiaçı mübahisəli evi müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən inşa etdirmiş, bu əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Bundan başqa, iş materialları ilə təsdiq olunur ki, İddiaçı öz torpaq sahəsini Cavabdeh münasibətdə daha öncə əldə etmişdir, yəni Cavabdeh torpaq sahəsini alarkən mövcud situasiyanı görmüş və bununla barışmışdır. Ona qarşı qaldırılan iddiadan sonra Cavabdeh hazırki tələblə məhkəməyə müraciət etməsi isə məhkəmənin qənaətinə görə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu isə qanunla qadağandır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən, iddiaçıya məxsus 0,05 ha torpaq sahəsinin özbaşına tutulmuş 36 kv.metr hissəsi geri alınmalı, cavabdehin vəsaiti hesabına həmin ərazidə özbaşına tikilmiş hasar sökülməli və əvvəlki daş hasarın tikilib bərpa edilməsi cavabdehə həvalə edilməli, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 300 manat pulun 200 manat hissəsi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı qaytarılmalı, qalan hissədə İddiaçı iddiası təmin edilməməli, Cavabdeh İddiaçı qarşı tikintinin sökülməsi barədə iddiası təmin olunmamalıdır. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 100 manat pulun 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, mütəxəssis tədqiqatlarının aparılması üçün ödənilmiş vəsaitlər isə tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli MH ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndindəki 0,05 ha torpaq sahəsinin 36 kv.metr hissəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar Cavabdeh vəsaiti hesabına sökülsün və Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi bu ölçüdə boşaldılsın. Tərəflərə məxsus torpaq sahələri arasında əvvəlki daş hasarın tikilib bərpa edilməsi Cavabdeh həvalə edilsin. Hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 300 manat pulun 200 manat hissəsi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qalan hissədə İddiaçı iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı tikintinin sökülməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 100 manat pulun 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis tədqiqatlarının aparılması üçün ödənilmiş vəsaitlər tərəflərin özlərinə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-69/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-69/2023
30.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver