Məhkəmə qərarları › İş №2(012)-6250/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6250/2025

02.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6250/2025 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış əsasında onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,04 ha torpaq sahəsindən onun tərəfindən istifadə edilməsinə, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına maneələr yaradılması və həmin torpaq sahəsində tikiləcək tikililərin sökülməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.04 ha torpaq sahəsi (kateqoriyası - yaşayış məntəqələrinin torpaqları) xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 417 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Həmçinin torpaq sahəsinə dair İddiaçı adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, AN seriyalı, 983772 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Həmin torpaq əvvəllər də İddiaçı mülkiyyətində olmuş, sonradan digər şəxsin adına özgəninkiləşdirilmiş, daha sonra yenidən iddiaçının adına qeydiyyata alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla, onun həmin torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları olsa da, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə, orada tikinti işləri aparmasına imkan verilməmiş, həmin torpaq sahəsində tikiləcək tikililərin söküləcəyi bildirilmişdir. İddiaçı dəfələrlə mülkiyyətində olan torpaq sahəsində tikinti işləri (fərdi yaşayış evi, torpaq sahəsinin ətrafına hasar çəkilməsi) aparmaq istəsə də, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən buna imkan verilməmişdir. Belə ki, İddiaçı tərəfindən mülkiyyətində olan həmin torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin eskiz layihəsi hazırlanaraq Abşeron Rayon İcra Hakimiyyətinə təqdim edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 3779 nömrəli məktubu ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin təqdim edilmiş eskiz layihə daxilində tikilməsinə icazə verilmişdir. Bundan sonra İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsində tikinti işləri aparmaq istəsə də, hər dəfə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən orada iddiaçı tərəfindən həmin işlərin başlanması və aparılmasına şərait yaradılmamışdır. Buna görə də İddiaçı müxtəlif dövlət orqanlarına müraciətlər etmiş, onun tərəfindən mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən mane olunduğunu və bunun qarşısının alınmasını xahiş etmişdir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin dayandırıldığını bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin müraciətə xx.xx.2018-ci il tarixli, 06/06-B-09-1488 nömrəli məktubla cavab verilmiş, həmin məktubda fərdi yaşayış evlərinin tikintisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun aparılmalı olduğu, tikinti işlərinin dayandırılması ilə bağlı prosedurlar və mexanizmlərin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası” ilə tənzimləndiyi, həmin qaydada tikinti işlərinin həyata keçirilərkən hansı pozuntu hallarında tikinti işlərinin dayandırılmasının öz əksini tapdığı, qaydaya əsasən tikinti işlərinin dayandırılmasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid edildiyi göstərilmişdir. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən şərait yaradılmamasının səbəbləri barədə bir neçə dəfə cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həmin müraciətlərə xx.xx.2024-cü il tarixli, 14-2/2-B-16xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 14-2/2-B-2896/2-39/2024 nömrəli məktublarla cavab verilmişdir. Həmin məktublarda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatların yoxlanılması nəticəsində həmin 401 kv.metr torpaq sahəsinin koordinatlarında olan 395 kv.metr hissəsinin SOCAR-n H.Əliyev adına X2 istismarında olan neft məhsulları nəql olunan kəmərlərlə (dizel və kerosin) ən yaxın nöqtəsinin 35 metr olmaqla mühafizə zonası daxilində, 6 kv.metr hissəsinin isə mühafizə zonası xaricində yerləşdiyi, kəmərlərin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaq sahəsinin sözügedən kəmərin mühafizə zonası daxilində yerləşən 395 kv.metr hissəsinin ayrı-ayrı cavab məktubunda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1.3-cü bəndinə əsasən hündürlüyü ən çıx 2 metr 20 sm olan qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisə icazənin tələb olunmadığı göstərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.04 ha torpaq sahəsindən (kateqoriyası - yaşayış məntəqələrinin torpaqları) istifadə edilməsinə və orada tikinti işlərinin aparılmasına maneələr yaradılması davam edir, həmçinin həmin torpaq sahəsində tikiləcək tikililərin söküləcəyi bildirilir. Mübahisə predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.04 ha torpaq sahəsi (kateqoriyası - yaşayış məntəqələrinin torpaqları) iddiaçıya məxsus olmaqla, İddiaçı həmin torpaq sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqlarına, eləcə də həmin torpaq sahəsindən heç bir məhdudiyyət və kənar müdaxilə olmadan sərbəst şəkildə istifadə etmək və orada tikinti işləri aparmaq hüquqlarına malikdir və başqa şəxslərin və ya dövlət idarə və ya təşkilatlarının İddiaçı məxsus həmin torpaq sahəsində iddiaçı tərəfindən işlər görülməsinə müdaxilə etmək və işlərin aparılmasına maneəçilik törətmək hüquqları yoxdur. Lakin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən həmin torpaq sahəsinə dair heç bir hüquqlara malik olmasalar da, onlar özbaşına olaraq İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmaqla onun hüquqlarını pozurlar. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən dəfələrlə həmin torpaq sahəsində tikinti işlərinin başlanılmasına, aparılmasına mane olmaqla, orada tikinti işləri aparılacağı halda söküləcəyini bildirməklə, iddiaçının həmin torpaq sahəsindən heç bir maneə olmamaqla istifadə etməsinə və orada tikinti işləri aparmasına mane olmaqla iddiaçının həmin torpaq sahəsinə dair hüquqlarını pozurlar və cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)əməkdaşları həmin hərəkətlərini hazırda da davam etdirirlər. İddiaçı dəfələrlə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarından onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə və orada tikinti işləri aparılmasına yaratdıqları maneələri aradan qaldırmağı tələb etsə də, onlar öz qanunsuz hərəkətlərini davam etdirərək iddiaçının qanuni tələblərini nəzərə almırlar və özbaşınalıq etməkdə davam edirlər. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.04 ha torpaq sahəsindən (kateqoriyası-yaşayış məntəqələrinin torpaqları) iddiaçının istifadə etməsinə, orada tikinti işləri aparılmasına mane olmaları, eləcə də tikinti işləri aparılacağı halda həmin tikintilərin söküləcəyi faktı öz təsdiqini tapır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4345/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkilinümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-540/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair mülki işin baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, 2013-cü ildə torpağı almışdır, buna dair çıxarışı da var. Orada iş görmək istəyəndə SOCAR-ın işçiləri icazə verməmişlər. 2024-cü ildə torpağı satmaq istədikdə isə həmin əraziyə torpaq töküldüyünü görmüşdür. Keçən iclasdan sonra polislər cavabdehin nümayəndələrinin kim olduğunu aydınlaşdırmışlar. Bundan sonra isə ona qarşı nümayəndələr tərəfindən maneçilik törədilməmişdir. Hasar tikilmiş, başa vurulmuşdur. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddiasına dair heç bir sübutu yoxdur. Çıxarış inzibati məhkəmədə mübahisələndirilmişdir. ARDNŞ əməkdaşları heç bir maneə yaratmamışdır. Sadəcə iddiaçıya məlumat verilmişdir. İddiaçı bəzən maneə olduğunu, bəzən isə maneə olmadığını qeyd etmişdir. Cavabdeh tərəfdən iddiaçıya maneəçilik törədilmir.Həmçinin heç bir maneənin olmadığı haqda iddiaçıya rəsmi məktub da ünvanlanmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 0.04 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə **********39 reyestr, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Onun adına xx.xx.2023-cü il tarixdə A983772 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. -Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMC-yə verilmiş “Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü üzrə verilmiş xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsinə icazə verilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2013cü il tarixli, 3779 saylı məktubun surətindən görünür ki, İddiaçı Xırdalan şəhəri ərazisində DƏDR-dən ******* saylı çıxarış ilə mülkiyyətində olan 0.04 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş bir mərtəbəli fərdi yaşayış evinin eskiz layihəsinin tikintisinə razılıq verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, fərdi yaşayış evlərinin tikintisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun aparılmalıdır. Tikinti işlərinin dayandırılması ilə bağlı prosedurlar və mexanizmlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası” ilə tənzimlənir. Həmin qaydada tikinti işləri həyata keçirilərkən hansı pozuntu hallarında tikinti işlərinin dayandırılması öz əksini tapmışdır. Qaydaya əsasən tikinti işlərinin dayandırılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid edildiyi göstərilmişdir. -Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatların yoxlanılması nəticəsində həmin 401 kv.metr torpaq sahəsinin koordinatlarında olan 395 kv.m hissəsinin SOCAR-ın H.Əliyev adına X2 istismarında olan neft məhsulları nəql olunan kəmərlərlə (dizel və kerosin) ən yaxın nöqtəsinin 35 metr olmaqla mühafizə zonası daxilində, 6 kv.metr hissəsinin isə mühafizə zonası xaricində yerləşdiyi, kəmərlərin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaq sahəsinin sözügedən kəmərin mühafizə zonası daxilində yerləşən 395 kv.m hissəsinin ayrı-ayrı hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsinin yolverilməz olduğu göstərilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarından görünür edilir ki, iddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.04 ha torpaq sahəsindən onun tərəfindən istifadə edilməsinə, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmasını irəli sürərək həmin maneələrin yaradılması və sözügedən torpaq sahəsində tikiləcək tikililərin sökülməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qadağan edilməsini xahiş etmiş, cavabdeh tərəf isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən qanunsuz müdaxilələrin törədildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. Həmçinin iddiaçı öz izahatında hazırda cavabdeh tərəfindən heç bir maneə törədilmədiyini etiraf etmişdir. Göründüyü kimi, qanunvericilik iddianın sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyur. Bununla əlaqədar iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində göstərilmiş torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən qanunsuz müdaxilələrinin yaradılmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, istinad etdiyi halı sübut edə bilməmiş, cavabdeh tərəf isə göstərilən halı inkar etmiş, əlavə olaraq iddiaçı da cavabdeh tərəfindən hazırda heç bir maneə törədilmədiyini etiraf etmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar