Məhkəmə qərarları › İş №2(012)-6260/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6260/2021

28.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6260/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi, qohumluq və sənədin şəxsə məxsus olması faktlarının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququ üzrə mülkiyyət hüququnun tanınmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi, qohumluq və sənədin şəxsə məxsus olması faktlarının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququ üzrə mülkiyyət hüququnun tanınmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair 22.03.2006-cı il tarixli (JN-600A, Kod ********) şəhadətnamənin X9 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın, Məmməd Zərbəli oğlu ilə Ruqiyə (arxiv arayışında adı Urqiyə kimi göstərilmişdir) Zərbalı qızının doğma bacı-qardaş olmaları barədə qohumluq faktının müəyyən edilməsi, X4 və X10 onun bibisi qızları olmalarına dair qohumluq faktının müəyyən edilməsi, miras əmlak olan torpağın mülkiyyətə verilməsinə dair 22.03.2006-cı il tarixli (JN-600A, Kod ********) şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 saylı qərarı ilə X15, X6 və X12 Abşeron rayonu, Qobu qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsinə beşinci növbəli vərəsə kimi onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin torpaq sahəsinə qanun üzrə beşinci növbəli vərəsə kimi vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair 22.03.2006-cı il tarixli (JN-600A, Kod ********) şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 saylı qərarı ilə X15, X6 və X12 Abşeron rayonu, Qobu qəsəbəsi, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. İlk növbədə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ağamalı Məmmədovun ata adı səhvən “Balaəhməd” əvəzinə “Ümüdalı” kimi göstərilmişdir. Belə ki, Ağamalı Məmmədovun həm nikahın bağlanılması haqqında şəhadətnaməsində, həm də digər hüquqmüəyyənedici sənədlərində atasının adı “Balaəhməd” kimi göstərilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv göstərildiyindən bu hal da miras əmlaka vərəsəlik hüquqlarının tanınması üçün maneə törətmişdir. Bu səbəbdən də hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 22.03.2006-cı il tarixli (JN-600A, Kod ********) şəhadətnamənin X9 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edir ki, mülkiyyətçilərdən X13 və X1 Ağamalı Balaəhməd oğlunun övladlarıdır. X7 həyat yoldaşı Ruqiya Zərbalı qızı isə onun bibisidir və o, 26.12.1996-cı il tarixdə vəfat etmişdir. X16 onun bibisinin həyat yoldaşı, X13 və X20 isə onun bibisi qızlarıdır. Bibisi qızları Bibixanım Məmmədova və Həqiqət Məmmədova ailə həyatı qurmamışlar və bu səbəbdən də onların övladları yoxdur. X16 05.01.1990-cı il tarixdə, X13 06.03.2013-cü il tarixdə və X20 08.08.2017-ci il tarixdə Qobu qəsəbəsində vəfat etmişlər. Ağamalı Məmmədovun həyat yoldaşı Ruqiya Zərbalı qızı ilə onun atası Məmməd Zərbalı oğlunun bacı-qardaş olması iş üzrə arxiv sənədləri ilə tam təsdiq olunur. Lakin həmin arxiv arayışlarında da texniki səhvlərə yol verilərək ana qrafası Səhərnaz əvəzinə Saranisə kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, Ağamalı Məmmədovun 1990-cı ildə vəfat etməsi ilə miras açılmış və həmin miras onun yeganə iki övladı olan Həqiqət və Bibixanım tərəfindən qəbul edilmişdir. Ağamalı Məmmədovun həyat yoldaşı, yəni onun bibisi Ruqiyə Məmmədova həyat yoldaşından sonra, yəni 26.12.1996-cı il tarixdə vəfat etmişdir. Ağamalı Məmmədovun vəfatından sonra miras əmlak onun qızları tərəfindən faktiki qəbul edilsə də, onlar həmin əmlakı öz adlarına rəsmiləşdirməmişlər və miras əmlakda yaşayaraq orada vəfat etmişlər. Bibisi qızları vəfat etdikdən sonra miras əmlaka o, yiyələnmiş və bibisi qızları vəfat edən gündən miras əmlak onun sahibliyindədir. Beləliklə, bibisi qızlarının vəfatından sonra miras əmlak onun tərəfindən qəbul olunduğu üçün və bibisi qızlarının başqa yaxın qohumları olmadığı üçün, həmin miras əmlaka onun vərəsəlik üzrə mülkiyyət hüquqları tanınmalıdır. Eyni zamanda, bibisi qızları ölən vaxtadək onun himayəsində yaşamış, onların yaşadığı evi o, təmir etmiş və yaşayış üçün normal vəziyyətə gətirmişdir. Miras əmlaka vərəsəlik hüquqlarının tanınması ilə bağlı Abşeron rayon 2 saylı notariat ofisinə müraciət etmiş, lakin notariat kontoru sənədlərlə uyğunsuzluq olduğu üçün vərəsəlik işinin açılmasından imtina etmişdir. Bu səbəbdən də hesab edir ki, onun miras əmlaka vərəsəlik üzrə mülkiyyət hüquqları məhkəmə qaydasında tanınmalıdır. Miras qoyan Ağamalı Məmmədovdan miras qalmış əmlak onun birinci növbəli vərəsələri olan övladları (Həqiqət və Bibixanım) tərəfindən faktiki qəbul olunduğu üçün həmin paya onlar vərəsəlik hüquqları əldə etmişlər. Lakin bibisi qızlarının hüquqi cəhətdən bilikləri olmadıqları üçün miras əmlaka hüquqlarını rəsmiləşdirməmişlər. Buna baxmayaraq, onlar həmin miras əmlakı idarə etmişlər və ona sahibliyi həyata keçirmişlər. Bibisi qızları ailə həyatı qurmadıqları və övladları olmadığı üçün, eyni zamanda, o, hazırda yeganə varis olduğu üçün, həmin miras əmlaka məhz onun vərəsəlik hüquqları tanınmalıdır. Beləliklə, qanunun tələblərinə əsasən, hesab edir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən və bibisi qızlarından miras qalmış 0.10 ha torpaq sahəsinə onun mirasın qəbul edilməsi faktı müəyyən edilməli və həmin əmlaka vərəsəlik hüququ üzrə mülkiyyət hüquqları tanınmalıdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Abşeron rayon 2 saylı notariat Ofisi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X48 ifadəsində bildirmişdir ki, o, Abşeron rayon Qobu Bələdiyyəsinin sədridir. O, Ərizəçi 15-20 ilə yaxın müddətdir ki, tanıyır. O, özü də Qobu qəsəbəsində anadan olmuşdur. Ərizəçi bibisi Ruqiyyənin evi olmuş ünvan 1 ünvanın adı da hazırda Sona Salmanova küçəsi olaraq adlanır. Həmin ünvan Rafiqin bibisinin olmuş və bibisi doxsanıncı ilin ortalarında vəfat etdikdən sonra qızları Həqiqət və Bibixanım qalmış, onlar isə iki min onuncu ilin axırlarında vəfat etmişlər. Bibisi Ruqyiyə qardaşı oğlu Rafiqi hələ doxsanıncı ilin əvvəllərində öz evlərinə gətirmiş, Rafiq onlarla birlikdə yaşamışdır. Ruqiyyənin qızları Həqiqət və Bibixanım Ərizəçi bibisi qızları olmuşdur. Ərizəçi bibisi qızlarının dəfn və yas mərasimləri xərclərini qarşılamışdır. Dəfn mərasimlərində o özü də iştirak etmişdir. Bibisi qızları rəhmətə gedəndən sonra Rafiq həmin evi və torpağı orada yaşadığından faktiki qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun dayısı oğludur. Ağamalı Məmmədov isə onun xalasının yoldaşı olmuşdur. X7 yoldaşı, yəni onun xalası Ruqiyyə Məmmədova olmuşdur. Onların Həqiqət və Bibixanım adlı iki qızları və Əhməd adlı oğulları olmuşdur. 1989-cu ildə Əhməd, 1990-cı ildə Ağamalı, 1996-cı ildə isə Ruqiyyə rəhmətə getmişdir. Onların evi Abşeron rayonu Qobu qəsəbəsində yerləşirdi. Bibisi oğlu Ərizəçi atası X19 qardaşı, yəni onun dayısı olmuşdur. X52 1990-cı illərin əvvəllərində öz yanına gətirmişdir. Sonradan onun xalası və xalası qızları rəhmətə getdikdən sonra Ərizəçi öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir və hal-hazıra qədər orada yaşayır. Həmçinin, bildirir ki, Ərizəçi bibisinin əri X9 verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçinin atasının adı səhvən Ümüdalı olaraq getmişdir. Xalası qızlarından miras qalmış əmlak 0.10 ha torpaq sahəsi və üzərində yerləşən iki otaqlı fərdi yaşayış evindən ibarətdir. Həqiqətin və Bibixanımın uşaqları olmamışdır və onların Ərizəçi savayı vərəsəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, o, Ərizəçi əmisi oğludur və Bakı şəhəri Nəsimi rayonu Sarabski küçəsi 7 saylı evdə yaşayır. Ağamalı Məmmədov onun bibisinin əri olmuşdur. O, bibisi ərini görmüşdür. Belə ki, bibisi əri rəhmətə gedəndə onun 24 yaşı vardı. Həmin müddətdə o, Abşeron rayonu Qobu qəsəbəsində yaşayırdı. Ona görə də bilir ki, bibisi əri Ağamalı Məmmədovun atasının adı “Ümüdalı” deyil, “Balaəhməd” olmuşdur. X50 öz atasının adını öz oğluna qoymuşdur. X46 rayonu Qobu qəsəbəsində yaşamışdır. Yoldaşının adı Ruqiyyə, qızlarının adı isə Həqiqət və Bibixanım olmuşdur. Ruqiyyə 1996-cı ildə vəfat etmişdir. Ağamalı Məmmədova verilən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yoldaşının adı qeyd edilməmişdir, çünki həmin sənəd 2006-cı ildə verilmişdir. Həmid sənəddə də torpağın mülkiyyətçisi kimi Ağamalı Məmmədovun ata adı Ümüdalı kimi düşmüş, halbuki ata adı Balaəhməd olmuşdur. Məmməd Zərbəli oğlu Ərizəçi atası olmuşdur. Məmməd Zərbəli oğlu ilə Ruqiyyə Zərbəli qızı bacı və qardaş olmuşlar. Ruqiyyə isə Ağamalı Məmmədovun həyat yoldaşı olmuşdur. Beləliklə də, Ruqiyyə Ərizəçi bibisi olmuşdur. Məmmədova Bibixanım və X17rı isə ərizəçinin doğma bibisi qızları olmuşlar. Ərizəçinin bibisi öz qardaşı oğlu Ərizəçi öz oğlu kimi yanında saxlamışdır. 1989-cu ildə ərizəçinin bibisi oğlu, 1990-cı ildə bibisi əri Ağamalı Məmmədov rəhmətə getmişdir. Beləliklə də, ərizəçinin bibisi evdə kişi xeylağı olsun deyə qardaşı oğlu, yəni Ərizəçi öz yanına gətirmişdir. Sonradan isə ərizəçinin bibisi, onun ardınca isə bibisi qızları rəhmətə getmişdir. Onların vəfatından əvvəl və sonra Ərizəçi həmin evdə yaşamışdır. Belə ki, həmin miras əmlak 0.10 ha torpaq sahəsi olmaqla üzərində iki otaqdan ibarət ev yerləşir. Hazırda da, ərizəçi həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ərizəçinin başqa yerdə isə evi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Ərizəçi onun doğma əmisi oğludur. Ağamalı Məmmədov onların bibisi Ruqiyyə Zərbəli qızının əri olmuşdur. Rafiqin atası Məmməd Zərbəli oğlu ilə Ruqiyyə Zərbəli qızı bacı və qardaş olmuşlar. Beləliklə, onların bibisinin nikahından 3 övladları olmuşdur. Oğlu Balaəhməd, qızları isə Həqiqət və Bibixanım olmuşdur. Onlar Abşeron rayonu Qobu qəsəbəsində yaşamışlar. Ağamalı Məmmədovun atasının adı Balaəhməd olmuşdur. Eşitdiyinə görə də, ona məxsus sənəddə ata adı səhv gedərək Ümüdalı kimi yazılmışdır. Onların oğlu 1989cu ildə, Ağamalı Məmmədov isə 1990-cı ildə vəfat etmişdir. Bundan sonra bibisi və bibisi qızları Rafiqi öz yanlarına gətirərək bir evdə yaşamışlar. 1996 və ya 1997-ci illərdə Ruqiyyə, Bibixanım 2013-cü ildə, Həqiqət isə 2017-ci ildə vəfat etmişdir. X30 doğma bibisi qızları olmuşlar. Onların evi 0.10 ha torpaq sahəsindən və bir evdən ibarətdir. Rafiq əzəl gündən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişdir. Həqiqət və Bibixanımın Rafiqdən savayı başqa vərəsəsi yoxdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.04.1957-ci il tarixli İ-ИE № 049439 saylı evlənmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə Ruqiyə Zərbəli qızı 17.04.1957-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 281 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. -Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.03.1960-cı il tarixli İ-ИE № 981104 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 16.02.1960-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında doğum haqqında akt qeydi tərtib olunmuş, atası Məmməd Zərbəli oğlu, anası X11r. -1987-ci il tarixli 3443 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədov X33 əlilidir. -Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı tərəfindən verilmiş 1108 saylı üzvlük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 2012-ci ildən X25 üzvüdür. -Abşeron Rayon Qobu qəsəbə Sovetliyi tərəfindən verilmiş 14.03.1990-cı il tarixli İİ- ЖГ № 476913 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağamalı Məmmədov 05.01.1990-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 14.03.1990-cı il tarixdə 5 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş 17.01.1997-ci il tarixli İV-ЖГ № 488771 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədova Ruqiyyə Zərbalı qızı 26.12.1996-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.01.1997-ci il tarixdə 2 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Bakı şəhəri Qaradağ rayon Həmkarlar Komitəsi tərəfindən verilmiş 28.02.2000-ci il tarixli 037841 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi həmin vəsiqə əsasında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -22.03.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-600A saylı 30800076 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.10 ha sahəsi Abşeron rayon Qobu qəsəbə sakinləri X14, X4 və X10 mülkiyyətinə verilmiş və 600 nömrə ilə qeydə alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.04.2013-cü il tarixli AZ-İ № 594388 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 06.03.2013-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.03.2013-cü il tarixdə 22 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27.09.2017-ci il tarixli AZ-İ № 886465 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 08.08.2017-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.09.2017-ci il tarixdə 31 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin müavini Ç.K.Ağarzayevin, Qobu bələdiyyəsinin sədri A.T.Nəcəfovun, Qobu qəsəbə sakinləri A.B.Qasımovanın, Ə.M.Aslanovun, Ş.M.Şərfəliyevin imzaları ilə təsdiq edilmiş 27.09.2017-ci il tarixli aktdan görünür ki, onlar Abşeron rayonu Qobu qəsəbəsində 08.08.2017-ci il tarixdə vəfat etmiş Qobu qəsəbə sakini mərhumə 1962-ci il təvəllüdlü X10 vəfat edən günə kimi yaxın qohumu Lökbatan qəsəbə sakini Ərizəçi himayəsində yaşamasını təsdiq etmişlər. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.09.2018-ci il tarixli 870 saylı arayışdan görünür ki, Qobu qəsəbə sakini X32 1964-cü ildə Qobu qəsəbəsində anadan olmuş, 29.08.1989-cu ildə Qobu qəsəbəsində vəfat etmişdir. Heç vaxt ailəli olmamışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli 1165 saylı arayışdan görünür ki, Qobu qəsəbəsi Ağamalıoğlu küçəsi, 73 saylı evdə yaşamış mərhum Məmmədov Ağamalı, mərhumə Məmmədova Ruqiyyə Zərbalı qızı, mərhumə X13, mərhumə X20 vəfat edən günə kimi Ərizəçi himayəsində olmuşlar. -Abşeron 2 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 01.09.2021-ci il tarixli 233 saylı məktubdan görünür ki, 06 mart 2013-cü il tarixdə vəfat etmiş mərhum X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin açılması üçün edilən müraciətə cavab olaraq notariat ofisinə mərhumun vərəsəsi müraciət etmədiyindən və Ərizəçi notariat ofisinə təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkan xaricində olduğu bildirilərək bu səbəblə bağlı Abşeron rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. -Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.09.2021-ci il tarixli AZ-İİ № 193541 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X21 18.12.1995ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.02.1996-cı il tarixdə 31 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.09.2021-ci il tarixli AZ-İİ № 193542 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Məmməd Zərbəli oğlu 13.05.2006-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.05.2006-cı il tarixdə 250 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli DA- 01442-2021 saylı arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1930-cu ilə dair Bakı şəhəri Qobu qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 16 fevral 1930-cu ildə doğulan Məmməd Zərbəli oğlunun təvəllüdü qeyd olunur. Atası: Zərbəli Məmməd oğlu, anası: Saranisə (sənəddə olduğu kimi) Süleyman qızı. Əsas: f. 3168, siy.1, sax.vah.1875, akt № 43 olmuşdur. -Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli DA-01477-2021 saylı arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1935-1937-ci illərə dair Bakı şəhəri Molotov (Qaradağ) rayonu Qobu qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 15 noyabr 1935-ci ildə doğulan Urqiyə (sənəddə olduğu kimi) Zərbalı (sənəddə olduğu kimi) qızının təvəllüdü qeyd olunur. Atası: Zərbalı (sənəddə olduğu kimi) Məmməd oğlu, Anası: Səhərnaz Süleyman qızıdır. Əsas: f. 3168, siy.1, sax.vah.3706, vər.176, akt № 30 olmuşdur. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli 1672 saylı və 03.11.2021-ci il tarixli 1805 saylı arayışlardan görünür ki, Ərizəçi ünvan 3 ünvanda qeydiyyatsız olmaqla ailə üzvləri-arvadı X43, qızları-X37, X38 və oğlu X44 ilə birlikdə yaşayır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş 21.11.2021-ci il tarixli 68 saylı arayışdan görünür ki, Qobu qəsəbəsi Ağamalıoğlu küçəsi 73 saylı ünvanda yaşamış, X16 05.01.1990-cı il tarixdə, onun həyat yoldaşı Məmmədova Ruqiyyə Zərbalı qızı 26.12.1996-cı il tarixdə, qızı X13 06.03.2013-cü il tarixdə, qızı X20 isə 08.08.2017-ci il tarixdə vəfat etmişdir. Lakin onların heç bir vərəsələri qalmamışdır. Mərhumlara himayədarlıq etmiş qohumu Ərizəçi öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. (Qeyd: Evin şəhadətnaməsində X7 ata adı səhvən X5 yazılmışdır.) -Qaradağ RPİ tərəfindən verilmiş 09.03.2018-ci il tarixli AZE № 17518938 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin: 305.1.1. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. 307.2. maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. 310.1. maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 149.3. maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Məhkəmə ərizəçinin ərizəsi ilə bağlı qeyd edir ki, Ərizəçi bir-biri ilə bağlı olan bir neçə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməklə, 1) sənədin onun bibisi ərinə məxsus olması, 2) bibisi ilə atasının qohum olması, 3) bibisi qızları ilə onun qohum olması, 4) miras qalmış əmlaka onun beşinci növbəli vərəsə kimi tanınmaqla mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair aşağıdakıları qeyd edir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahid ifadələri əsasında ərizəçinin bibisinin əri olmuş Ağamalı Məmmədovun ata adının Balaəhməd olduğu halda Torpağın mülkiyyətə verilməsinə dair JN-600A saylı 30800076 kod nömrəli şəhadətnaməyə əsasən, Ümüdalı kimi qeyd edilməsi müəyyən edilsə də, məhkəmə sənədin şəxsə məxsus olması faktını müəyyən edərkən onun adını, soyadını və ata adını təsdiq edən sənədə istinad edir ki, həmin sənəd də mülki iş materiallarına əlavə edilmiş Abşeron Rayon Qobu qəsəbə Sovetliyi tərəfindən verilmiş 14.03.1990-cı il tarixli İİ-ЖГ № 476913 saylı ölüm haqqında şəhadətnamədir. Həmin şəhadətnaməyə əsasən, şəxsin adı və soyadı olaraq, yalnız “Ağamalı Məmmədov” kimi qeyd edilmiş, bu səbəbdən də məhkəmə şahid ifadələrini tədqiq olunmuş həmin sənədlə paralel şəkildə qiymətləndirərək ölüm haqqında şəhadətnaməni daha mötəbər, təsdiqedici sübut kimi qiymətləndirib, 22.03.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-600A saylı 30800076 kod nömrəli şəhadətnamənin “Ağamalı Məmmədov”a məxsus olan faktını müəyyən edir. Belə ki, 22.03.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-600A saylı 30800076 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli Qərarı ilə 0.10 ha torpaq sahəsinin verildiyi mülkiyyətçi qismində Abşeron rayon Qobu qəsəbə sakini “X26” qeyd edildiyi halda, həmin şəxsin adı Abşeron Rayon Qobu qəsəbə Sovetliyi tərəfindən verilmiş 14.03.1990-cı il tarixli İİ-ЖГ № 476913 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, “Ağamalı Məmmədov” kimi qeyd edilmişdir. Bu isə, “X26”nun “X16” ilə deyil, məhz “Ağamalı Məmmədov” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqlədiyindən, məhkəmə ərizəçinin ərizəsinin bu hissədə qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə əsasən, 2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə araşdırması zamanı, tədqiq olunmuş sübutlar əsasında, ərizəçinin izahatı və şahidlərin ifadəsi əsasında müəyyən olunmuşdur ki, qohumluq faktının müəyyən olunması xahiş edilən şəxslər müəyyən edilərkən, məhkəmə sistemləşdirərək aşağıdakıları qeyd edir: Belə ki, Ərizəçi, onun atası Məmməd Zərbəli oğlu, anası X28, bibisi Məmmədova Ruqiyyə Zərbalı qızı, bibisinin əri Ağamalı Məmmədov, bibisi uşaqları – X32, X13, X20, nənəsi Səhərnaz Süleyman qızı, babası Zərbəli Məmməd oğludur. Belə ki, Ali Məhkəmənin Plenum Qərarında göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırki ərizə üzrə qeyd olunan şəxslərlə ərizəçinin qohumluq faktının müəyyən edilməsi ərizəçinin miras qalmış əmlaka münasibətdə vərəsə kimi tanınaraq onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün zəruridir. Bu səbəbdən də, məhkəmə ərizəçinin qohumluq faktının müəyyən edilməsinin vacibliyini qeyd edərək aşağıdakı kimi hüquqi qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş şahid ifadələri və arayışlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi bibisi oğlu X32 29.08.1989-cu ildə, bibisi əri Ağamalı Məmmədov isə 05.01.1990-cı il tarixdə vəfat etmişdir. Bundan sonra ərizəçi bibisinin yaşadığı fərdi yaşayış evində məskunlaşaraq bibisinin ailəsinə himayədarlıq etməyə başlamışdır. Şahid ifadələri əsasında, həmçinin, tədqiq olunmuş arayışlar əsasında təsdiq olunur ki, ərizəçinin 13.05.2006-cı il tarixdə vəfat etmiş atası Məmməd Zərbəli oğlu ilə ərizəçinin bibisi Ruqiyyə Zərbəli qızı bacı və qardaşdırlar. Ərizəçinin bibisi həyat yoldaşı olmuş Ağamalı Məmmədov ilə 17.04.1957-ci il tarixdə nikaha daxil olduqdan sonra yoldaşının “Məmmədova” soyadını qəbul etmiş və sənədlərdə adı, soyadı və ata adı “X22” olaraq qeydə alınmışdır ki, bu hal Məmmədova Ruqiyyə Zərbalı qızının 26.12.1996cı il tarixdə vəfat etməsinə dair Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş 17.01.1997-ci il tarixli İV-ЖГ № 488771 saylı ölüm haqqında şəhadətnamə ilə də təsdiq olunmuşdur. Beləliklə ərizəçinin, atası Məmməd Zərbəli oğlu ilə bibisi Məmmədova Ruqiyyə Zərbalı qızının (sənədlərdə qeyd olunmuş) bacı və qardaş olmaları faktının müəyyən edilməsinə dair ərizəsi bu hissədə təmin edilərək əsaslı hesab edilməlidir. Məhkəmə, Ərizəçi X4 və X10 onun bibisi qızları olması faktının müəyyən edilməsinə dair ərizəsinə münasibət bildirərək isə qeyd edir ki, şahid ifadələri və arayışlar əsasında təsdiq olunmuşdur ki, Ərizəçi atası Məmməd Zərbəli oğlu, atasının bacısı, yəni, bibisi isə Məmmədova Ruqiyyə Zərbalı qızıdır. Məmmədova Ruqiyyə Zərbalı qızı Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.04.1957-ci il tarixli İ-ИE № 049439 saylı evlənmə haqqında şəhadətnaməyə əsasən X16 ilə nikaha daxil olmuş və həmin nikah münasibətlərindən 3 övladları – X32, X13 və X20 anadan olmuşdur. Həmin şəxslərin nikah münasibətlərindən anadan olmuş uşaqlarının onların övladları olması ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş şəhadətnamələr əsasında da öz təsdiqini tapmışdır. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.09.2018-ci il tarixli 870 saylı arayışdan, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.04.2013-cü il tarixli AZ-İ № 594388 saylı və 27.09.2017-ci il tarixli AZ-İ № 886465 saylı ölüm haqqında şəhadətnamələrdən də görünür ki, 29.08.1989-cu il tarixdə vəfat etmiş Əhmədin, 06.03.2013-cü il tarixdə vəfat etmiş Bibixanımın, 08.08.2017ci il tarixdə vəfat etmiş Həqiqətin ata adı “Ağamalı”, soyadları isə “Məmmədov” kimi qeyd olunmuşdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin ərizəsinin bu hissədə də təmin edilərək, X10 və X4 Ərizəçi bibisi qızları olması faktını müəyyən edir. Məhkəmə ən nəhayətində, Ərizəçi ərizəsinin Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə onun beşinci növbəli vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və onun beşinci növbəli vərəsə kimi vərəsəlik hüquqlarının və mülkiyyət hüquqlarının tanınması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1243.1 maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixili Qərarındakı hüququ mövqeyə əsasən, həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarındakı hüququ mövqeyə əsasən, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə mirasın qəbul edilməsi faktı ilə bağlı qeyd edir ki, ərizəçi mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə ərizə ilə notariat qurumuna müraciət etmiş, lakin daşınmaz əmlakla bağlı mirasın qoyanın vərəsələri tərəfindən müraciət edilmədiyindən və sənədlərdə uyğunsuzluq olduğundan həmin müraciətə imtina cavabı verilmiş, bu səbəbdən də ərizəçinin hüququnun məhkəmə qaydasında müdafiəsi üsulu yaranmışdır. Mülki Məcəllənin: 1159.1. maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. maddəsinə əsasən, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. maddəsinə əsasən, dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. maddəsinə əsasən, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, qanunvericilik miras əmlaka bərabər pay hüquqlu vərəsə olmaq hüququna malik olan şəxslər dairəsini konkret olaraq müəyyən etmişdir ki, hazırki mülki iş üzrə də Ərizəçi qanunun tələblərinə əsasən beşinci növbəli vərəsə qismində tanınmalıdır. Lakin o halda ki, ona qədər vərəsələrin olmadığı öz təsdiqini tapmış olmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi ilkin olaraq Ağamalı Məmmədovun və onun qızlarının xüsusi mülkiyyətində olmaqla bu barədə 22.03.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-600A saylı 30800076 kod nömrəli şəhadətnamə verilmişdir. Mülkiyyətçi ata - Ağamalı Məmmədov 05.01.1990-cı il tarixdə öldükdən sonra onun qızları X20 və X13 həmin torpaq sahəsi və fərdi yaşayış evinə faktiki sahiblik edərək həmin evdə yaşamağa davam etmişlər. Beləliklə də, mülkiyyətçinin qızları həmin əmlaka vərəsə qismində tanınmışlar. Lakin şahid ifadələri və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, miras əmlak üzərində faktiki sahiblik edən şəxslər subay olmuş, övladları olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.09.2018-ci il tarixli 870 saylı arayışa əsasən, 29.08.1989-cu ildə Qobu qəsəbəsində vəfat etmiş X23, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş 21.11.2021-ci il tarixli 68 saylı arayışa əsasən isə, 05.01.1990-cı il tarixdə X7, 26.12.1996-cı il tarixdə vəfat etmiş Məmmədova Ruqiyyə Zərbalı qızının, 06.03.2013-cü il tarixdə vəfat etmiş X4, 08.08.2017-ci il tarixdə vəfat etmiş X10 heç bir vərəsələri qalmadığı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı şahid ifadələri, həmçinin, tədqiq olunmuş arayışlar və akt əsasında da müəyyən olunmuşdur ki, ərizəçinin bibisinin onun oğlu və həyat yoldaşının ölümündən sonra qardaşı oğlunu – yəni, Ərizəçi öz yanına gətirməsi, sonuncunun bibisinin ailəsinə başçılıq (himayədarlıq) etməsi öz təsdiqini tapmışdır ki, bu da həmin şəxsin miras qalmış əmlaka faktiki sahiblik etməsi, başqa sözlə, mirası qəbul etmək niyyətini də açıq-aşkar təsdiqləmiş olur. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin müavini Ç.K.Ağarzayevin, Qobu bələdiyyəsinin sədri A.T.Nəcəfovun, Qobu qəsəbə sakinləri A.B.Qasımovanın, Ə.M.Aslanovun, Ş.M.Şərfəliyevin imzaları ilə təsdiq edilmiş 27.09.2017-ci il tarixli akta və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli 1165 saylı arayışa əsasən, mərhum Məmmədov Ağamalı, mərhumə Məmmədova Ruqiyyə Zərbalı qızı, mərhumə X13, mərhumə X20 vəfat edən günə kimi Ərizəçi himayəsində olmuşlar. Göründüyü kimi, ərizəçi Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşamış, həmin əmlaka faktiki sahiblik etmişdir. Bu səbəbdən də məhkəmə ərizənin bu hissədə təmin edilərək miras qalmış Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə münasibətdə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə ərizəçinin həmin torpaq sahəsinə qanun üzrə 5-ci növbəli vərəsə kimi vərəsəlik və mülkiyyət hüquqlarının tanınması hissəsinə münasibət bildirərək isə qeyd edir ki, qanunvericiliyin tələblərinə istinad edərək qeyd olunmalıdır ki, hazırki qətnamə ilə ərizəçinin miras qalmış əmlaka faktiki sahiblik etməsi öz təsdiqini tapmaqla mirası qəbul etməsi faktı müəyyən edilsə də, bu, səlahiyyətli qurum tərəfindən verilən miras əmlaka vərəsəlik şəhadətnaməsini əvəz etmir, lakin şəhadətnamənin verilməsi üçün əsasdır. Belə ki, mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında təsdiq edilməsi barədə məhkəmə qətnamələri həmin daşınmaz əmlaklara dair şəhadətnamənin və çıxarışın verilməsinə əsas olduğundan və bu vəzifələrin icra edilməsi həmin vəzifə üzrə səlahiyyətli qurumların müstəsna səlahiyyəti olduğundan, məhkəmə qeyd olunan vəzifələrin icra etmək öhdəliyini daşıyan qurumların üzərinə həmin vəzifələrin icrası öhdəliyinin qoyulması üçün əsaslar görmədiyindən ərizə bu hissədə də təmin edilməməlidir. Belə ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarının: 2-ci bəndinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır: 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir.

28. bəndinə əsasən notarius vərəsəlik, mülkiyyət hüququnu, ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin və sənədlərinin verilməsini, şəxsin sağ olması faktını, şəxsin müəyyən yerdə olması faktını, şəxsin fotoşəkildəki şəxslə eyniliyini, sənədlərin saxlanmaq üçün qəbul edilməsini təsdiq edərkən müvafiq şəhadətnamələr verməlidir.

92. bəndinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer hesab edilir.

95. bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun: 12.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 12.2. maddəsinə əsasən dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, göründüyü kimi, miras əmlaka vərəsləlik hüquqlarının, həmçinin mülkiyyət hüquqlarının tanınmasını təsdiq edən sənədlərin təqdim edilməsi səlahiyyətini daşıyan qurumlar mövcuddur. Bu səbəbdən də ərizə bu hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə, yuxarıda qeyd edilən qanunvericilik aktlarını, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları ümumi şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-600A saylı 30800076 kod nömrəli 22.03.2006-cı il tarixli, 600 nömrə ilə qeydiyyata alınmış şəhadətnamənin “Ağamalı Məmmədov”a məxsus olması faktı, Məmməd Zərbəli oğlu ilə Məmmədova Ruqiyyə Zərbalı qızının doğma bacı və qardaş olmaları faktı, X4 və X10 Ərizəçi bibisi qızları olması faktı müəyyən edilməli, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair Ərizəçi tərəfindən mirasın faktiki qəbul edilməsi tanınmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-600A saylı 30800076 kod nömrəli 22.03.2006cı il tarixli, 600 nömrə ilə qeydiyyata alınmış şəhadətnamənin “Ağamalı Məmmədov”a məxsus olması faktı müəyyən edilsin. Məmməd Zərbəli oğlu ilə Məmmədova Ruqiyyə Zərbalı qızının doğma bacı və qardaş olmaları faktı müəyyən edilsin. X4 və X10 Ərizəçi bibisi qızları olması faktı müəyyən edilsin. Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair Ərizəçi tərəfindən mirasın faktiki qəbul edilməsi tanınsın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar