Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2651/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 3 saylı X3rşı «qohumluq münasibətlərinin, ölüm faktının və vərəsəliyin müəyən edilməsi, miras torpaq sahəsi və həmin sahədə inşa edilmiş evə sahiblik, istifadə və sərəncam (mülkiyyət) hüququnun müəyyən edilməsi» tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdı̇: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 3 saylı X3rşı «qohumluq münasibətlərinin, ölüm faktının və vərəsəliyin müəyən edilməsi, miras torpaq sahəsi və həmin sahədə inşa edilmiş evə sahiblik, istifadə və sərəncam (mülkiyyət) hüququnun müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək babası X1 ölüm faktının müəyyən edilməsi, onun vərəsəsi tanınmağın, adına qeydə alınmış, ünvan 1 ünvanında yerləşən 0,275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 109,0 kv metr, 3 otaqdan ibarət yaşayış sahəsi 48,4 kv met, köməkci sahə 60,6 kv metr, açıq eyvan 17,7 kv metr, zirzəmi 17,6 kv metr, hamam-tualet 13,7 kv metr və talvar 23,5 kv metr olan tikilər üzərində vərəsəlik hüququ əsasında mülkdən istifadə, sahiblik və sərəncam (mülkiyyət) hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə nəzərdən keçirilərkən müəyyən olundu ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, ərizəçinin ölüm faktının müəyyən edilməsi, vərəsəliyin tanınması və tikililər üzərində mülkdən istifadə, sahiblik və sərəncam hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi bir-biri ilə əlaqədar olmayan tələblərdir və onlara bir icraatda baxılması tərəflərin və üçüncü şəxslərin mənafeyinə toxuna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 3 saylı X3rşı «qohumluq münasibətlərinin, ölüm faktının və vərəsəliyin müəyən edilməsi, miras torpaq sahəsi və həmin sahədə inşa edilmiş evə sahiblik, istifadə və sərəncam (mülkiyyət) hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizədə qeyd etdikləri tələblərini müstəqil iddialarla irəli sürməklə ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2651/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2651/2020
08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver