Məhkəmə qərarları › İş №2(012)-6274/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6274/2022

28.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6274/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdeh Daxili İşılər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə (üçüncü şəxslər: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Cavabdeh2, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsiliyə Nəzarət Dövlət Agentliyi, Baş Prokurorluq) qarşı müstəntiqin qərarının ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh Daxili İşılər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə (üçüncü şəxslər: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Cavabdeh2, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsiliyə Nəzarət Dövlət Agentliyi, Baş Prokurorluq) qarşı müstəntiqin qərarının ləğv edilməsi və s.tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış HK-1/7887 nömrəli materiallar əsasında müstəntiq Cavid Kərimlinin 03 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və sözügedən qanunsuz evlərin ərsəyə gəlməsində, eyni zamanda Dövlət reyestrinə qeydiyyata alınmasında korrupsiya hallarının və digər cinayət əməllərinin olubolmamasını hərtərəfli araşdırmaq məqsədi ilə, toplanmış materialların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPMnin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, İddiaçı iddia tələbində qeyd etdiyi qərarlardan məhkəməyə çinayət mühakimə icraatı qaydasəında şikayət ilə müraciət etmək əvəzinə düzgün olmayaraq iddia ərizəsi ilə müraciət etmişdir. Bu halda, məhkəmə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hazırkı iddia ərizəsinə məhkəmədə mülki iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi yolverilməz hesab edilməli və iddiaçıya aidiyyətı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Daxili İşılər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə (üçüncü şəxslər: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Cavabdeh2, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsiliyə Nəzarət Dövlət Agentliyi, Baş Prokurorluq) qarşı müstəntiqin qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya mübahisələndirdiiyi Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış HK-1/7887 nömrəli materiallar əsasında müstəntiq Cavid Kərimlinin 03 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Abşeron rayon Prokurorluğuna və Abşeron rayon məhkəməsinə cinayət mühakimə icraatı qaydasında şikayət vermək hüququnun olduğu izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar