Məhkəmə qərarları › İş №2(012)-6353/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6353/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6353/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Elman Tofiq oğlu Məmmədov İddiaçı MMC-nin Cavabdehnə qarşı “icra sənədinin qismən icra edilməsi, əmrin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrası mümkün olmadığından məhkəməyə qaytarılması” barədə iddia ərizəsini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, 12 iyul 2019-cu il tarixli icra vərəqəsinin qismən icra edilməsi, İddiaçı MMC-nin 12T/HR saylı, 12 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrası mümkün olmadığından məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı MMC-nin Cavabdehnə qarşı “icra sənədinin qismən icra edilməsi, əmrin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrası mümkün olmadığından məhkəməyə qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. Çünki, Cavabdeh icra vərəqəsi üzrə icra sənədinin qismən icra edilməsi və icra sənədinin digər hissələrdə icrası mümkün olmadığından məhkəməyə qaytarılması tələbinə dair məhkəməyə müraciət - iddia ərizəsi ilə deyil (yəni, iddia icraatı qaydasında deyil), "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib edilmiş şikayətlə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149,151, 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdehnə qarşı “icra sənədinin qismən icra edilməsi, əmrin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrası mümkün olmadığından məhkəməyə qaytarılması” tələbinə dair ərizəsi iddianın yol verilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı MMC-nə rəsmi qaydada verilsin. İddiaçı MMC-nə Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, 12 iyul 2019-cu il tarixli icra vərəqəsinin qismən icra edilməsi və icra sənədinin digər hissələrdə icrası mümkün olmadığından məhkəməyə qaytarılması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar