Məhkəmə qərarları › İş №2(012)-6374/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6374/2021

05.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Sair mülki iş - Digər - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6374/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədinin müəyyən edilməsi, torpaq sahəsində hasarın tikintisinin dayandırılması və həmin sahənin bərpası, zəbt olunmuş ümumi istifadədə olan torpaq sahəsindən çıxarılma və yoldan istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədinin müəyyən edilməsi, torpaq sahəsində hasarın tikintisinin dayandırılması və həmin sahənin bərpası, zəbt olunmuş ümumi istifadədə olan torpaq sahəsindən çıxarılma və yoldan istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdeh ilə aralarında razılığa gəldiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədinin müəyyən edilməsi, torpaq sahəsində hasarın tikintisinin dayandırılması və həmin sahənin bərpası, zəbt olunmuş ümumi istifadədə olan torpaq sahəsindən çıxarılma və yoldan istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının ərizəsinə əsasən geri qaytarılmalıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı 18.10.2021-ci il tarixdə 15543 nömrəli və 3819 saylı qəbzlərlə "xxxx" ASC vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 10 (on) manat və 100(yüz) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası X1 həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədinin müəyyən edilməsi, torpaq sahəsində hasarın tikintisinin dayandırılması və həmin sahənin bərpası, zəbt olunmuş ümumi istifadədə olan torpaq sahəsindən çıxarılma və yoldan istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı 18.10.2021-ci il tarixdə 15543 nömrəli və 3819 saylı qəbzlərlə "xxxx" ASC vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 10 (on) manat və 100 (yüz) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası X1 həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar