Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-129/2022 08.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Əkbər oğlunun Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan 0.2501 ha yaşayış məntəqələri torpaqlarının 1 metr eni və 13 metr uzunluq məsafəsində onun xeyrinə servititla yüklü edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əkbər oğlu Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan 0.2501 ha yaşayış məntəqələri torpaqlarının 1 metr eni və 13 metr uzunluq məsafəsində onun xeyrinə servititla yüklü edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ təstiq edilmiş daşınmaz əmlak 0.2501 ha yaşayış məntəqələri torpaqlarında ona 1 metr eni və 13 metr uzunluq məsafəsində yol verilməsinə dair (servitla yüklü edilməsinə dair) qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. İddiaçı Əkbər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı Əkbər oğlunun Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan 0.2501 ha yaşayış məntəqələri torpaqlarının 1 metr eni və 13 metr uzunluq məsafəsində onun xeyrinə servititla yüklü edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əkbər oğlunun Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan 0.2501 ha yaşayış məntəqələri torpaqlarının 1 metr eni və 13 metr uzunluq məsafəsində onun xeyrinə servititla yüklü edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-129/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-129/2022
08.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Sair mülki iş - Digər - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver