Məhkəmə qərarları › İş №2(012)-64/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-64/2021

26.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-64/2021 26.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, vəkil X3, Cavabdeh1 MTK-nın nümayəndəsi X16 Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, Vəkil1, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi, Vəkil2 oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi, vəkil X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2,Cavabdeh3, X9, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X25 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair “xxxx” MMC ilə Cavabdeh2 arasında xx xxx 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X31 küçəsi 7 A ünvanda yerləşən qeyriyaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2019-cu il tarixli və X17 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin “xxxx” MMC ilə X13 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 18 saylı və “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X13 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X8 məxsus ünvan 2 A saylı ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyriyaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2008, xx xxxxxx 2008, xx xxxxxxxx 2008 və xx xxxxx 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 51.3 və 53-cü maddələrinə istinad edərək ərizə ilə məhkəməyə müraciət edib Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini; Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair “xxxx” MMC ilə Cavabdeh2 arasında xx xxx 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi; İddiaçı ilə “xxxx” MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2008, xx xxxxxx 2008, xx xxxxxxxx 2008 və xx xxxxx 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı Azərbaycan Respublikası MPM-nin 51.3 və 53-cü maddələrinə istinad edərək ərizə ilə məhkəməyə müraciət edib Cavabdeh3, X9, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X21 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini cavabdehlər qismində cəlb olunmasını, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair “xxxx” MMC ilə Cavabdeh2 arasında xx xxx 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X31 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2019-cu il tarixli və X17 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı ilə “xxxx” MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2008, xx xxxxxx 2008, xx xxxxxxxx 2008 və xx xxxxx 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin “xxxx” MMC ilə X13 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 18 saylı və “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X13 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X8 məxsus ünvan 2 A saylı ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X10 iddia tələbini müdafiə edərək göstərdi ki, xx xxx 2008-ci il tarixda həmin dövrdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, halhazırda Cavabdeh1 MTK-nə çevrilmiş “xxxx” MMC ilə İddiaçı anası X4 arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə “xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tanxli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC tərəfindən verilmış xx xxx 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. xx xxxxxx 2008-ci il tarixda həmin dövrdə “xxxx” MMC, hal-hazırda Cavabdeh1 MTK-nə çevrilmiş “xxxx” MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqavilələnn şərtlərinə görə “xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 15 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini İddiaçı verməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. xx xxxxx 2017-ci il tarixdə İddiaçı ilə yeni müqavilə bağlanmış. Yuxarıda göstərilən 2 müqavilə birləşdirilərək, Cavabdeh1 MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini İddiaçı verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə dair İddiaçı sxem də verilmişdir. Əlavə olaraq İddiaçı 13.800(on üç min səkkiz yüz) manat ödəniş edilməsi tələb olunmuş. xx xxxxxxx 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa gorə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Bundan əlavə xx xxxxxxxx 2008-ci il tarixda həmin dövrdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, halhazırda Cavabdeh1 MTK-nə çevrilmiş “xxxx” MMC ilə İddiaçı arasında daha bir müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə “xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tanxli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv metr ümumi sahəsi olan qaraj-zirzəmi sahəsini İddiaçı verməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC tərəfindən verilmış xx xxxxxxxx 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. xx xxxxx 2017-ci il tarixda İddiaçı ilə yeni müqavilə bağlanmış, Cavabdeh1 MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tanxli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv metr ümumi sahəsi olan zirzəmi sahəsini İddiaçı verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə dair İddiaçı sxem də verilmişdir. Əlavə olaraq İddiaçı 8370(səkkiz min üç yüz yetmiş) manat ödəniş edilməsi tələb olunmuş. xx xxxxxxx 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa gorə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Həmçinin Cavabdeh2 ilə xx xxx 2010-cu il tarixdə 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələrin İddiaçı məxsus Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməli olduğunu, belə ki, həmin sahənin iddiaçı və onun anasına 2008-ci ildə satıldığından Cavabdeh1 MTK-nın(həmin dövrdə “xxxx” MMC) 2010-cu ildə həmin sahəni başqa şəxsə satmağa səlahiyyəti olmamışdır. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, X31 küçəsi 7 A ünvanda yerləşən mübahisə predimeti olan qeyri-yaşayış sahəsinin də yerləşdiyi sahələri özəlləşdirmiş, həmin sahələrin bir qismini alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 və X2. Ona görə də iddianın təmin olunmasını, Abşeron rayonu, Xırdalan şəhəri, X31 küçəsi 7 A ünvanda yerləşən qeyriyaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 və X17 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil X10 məhkəmə prossesində vermiş olduğu izahatında göstərmişdir ki, ilk baxışda iş qəliz görünsədə aydın olur ki qəliz bir şey yoxdur. Cavabdeh2 2007-ci ildə bağlanmış müqaviləyə əsasən 324 kv.metr qeyri-yaşayış sahəsi alınması üçün müqavilə bağlamış və həmin sahəyə çıxarış almışdır. Daha sonra Cavabdeh3 və X17 ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən həmin qeyri-yaşayış sahəsinin bir hissəsini özgəninkiləşdirmişdir. Sözsüz ki, digər şəxslərlə mübahisələri yoxdur. Sözügedən mübahisəli yerin ümumi sahəsi 524 kv.mertdir. Cavabdeh2la bağlanmış müqavilələrdən görünür ki, ona 324 kv.metr, 216 kv.metr və 108 kv.metr qeyri-yaşayış sahələri satılmışdır, lakin 108 kv.metr sahə Cavabdeh2 da yoxdur. 324 kv.metr qeyri-yaşayış sahəsinə dair müqavilə iddiaçıdan əvvəl bağlansa da 108 və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair müqavilələr iddiaçıdan sonra, yəni 2010-cu ildə bağlanmışdır. İddiaçı və üçüncü şəxsin yeri Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 MTK-nın verdiyi sənədlər şübhə altındadır, ekspert isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin sxeminə əsaslanıb cavab verib. İddiaçının iddia tələbinin Cavabdeh2la bağlanmış 216 kv.metr qeyri-yaşayış sahəsinin 46 kv.metr sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsini xahiş etmiş, iddia tələbinin qalan hissədə olduğu kimi qalmasını bildirmişdir. İddiaçı məhkəmə iclasında etibarnamə üzrə nümayəndəsi, vəkil X3 göstərdiklərini təstiqləyərək iddiasının təmin olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi, vəkil X14 məhkəmə prossesində vermiş olduğu izahatında göstərmişdir ki, onların mövqeyi İddiaçı mövqeyi ilə üst-üstə düşür, ekspert rəyinə əsasən mübahisəli sahənin bir hissəsi gözəllik salonunun üzərinə düşdüyü üçün işə qoşulublar. Cavabdeh2la bağlanmış müqavilələrə əsasən X8 məxsus 36 kv.metr qeyri-yaşayış sahəsi olan gözəllik salonu ilə üst-üstə düşən sahəyə sənəd verilmişdir. Buna görə də Cavabdeh2 verilmiş müqavilələrin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh1 MTK-nın nümayəndəsi X26 məhkəmə prossesində iddia tələbini qəbul etdiklərini bildirərək göstərdi ki, iddiaçı iddia tələbində tam haqlıdır. İddiaçının iddia etdiyi sahə Abşeron rayon Məhkəməsinin 2(012)-226/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 verilən 648 kv.metr sahəsinin içərisindədir. Belə ki, qətnamə çıxarılana qədər məhkəmə prosseslərində Cavabdeh1 MTK-nın nümayəndəsi kimi çıxış etmiş, lakin məhkəmə zamanı sözügedən sahənin eyni vaxtda başqa şəxslərə satıldığından xəbəri olmamışdır. Məlumat ona çatanda isə Cavabdeh1 MTK-nın rəhbərinin ona digər şəxslərin işə cəlb edilməsinə ehtiyac olmadığını dediyinə görə sözügedən sahə ilə bağlı digər şəxslərin müqavilələrini məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, Vəkil1 iddia tələbinə etiraz edərək göstərdi ki, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr qeyri-yaşayış sahəsi “xxxx” MMC tərəfindən Cavabdeh2 satılmışdır. xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 216 kv.metr qeyri-yaşayış sahəsi “xxxx” MMC tərəfindən Cavabdeh2 satılmışdır. xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 108 kv.metr qeyri-yaşayış sahəsi “xxxx” MMC tərəfindən Cavabdeh2 satılmışdır. Lakin yuxarıda göstərilən xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 satılmış 108 kv.metr qeyri-yaşayış sahəsi “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 verilməmiş, həmin 108 kv.metr qeyri-yaşayış sahəsi başqa şəxsə verilmişdir. “xxxx” MMC və onun varisi Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan razılaşmaya əsasən 108 kv.metr qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh2 zirzəmi qatından qeyri-yaşayış sahəsi verilmişdir. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış və iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********23 nömrəli məktubdan da görünür ki, RX seriyalı, ******* nömrəli, **********01-05***-******* reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində 324 kv.metr qeyri-yaşayış sahəsi olmuşdur. Həmin 324 kv.metr qeyri-yaşayış sahəsinin 108 kv.metr hissəsi özgəninkiləşdirilmiş və yerdə qalan 216 kv.metr qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, **********01- 05***-******* reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra həmin çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 216 kv.metr qeyri-yaşayış sahəsinin 108 kv.metr və 80 kv.metr hissələri özgəninkiləşdirilərək yerdə qalan 28.0 kv.metr hissə üzərində Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən **********01-05***-******* reyestr nömrəli çıxarış verilmişdir. Göründüyü kimi Cavabdeh2 ilk öncə xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-dən almış olduğu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr qeyri-yaşayış sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən çıxarış almış, sonra qeyri-yaşayış sahəsinin bir hissəsini özgəninkiləşdirmiş və həmin qeyri-yaşayış sahəsindən mülkiyyətində **********01-05***-******* reyestr nömrəli çıxarışla 28.0 kv.metr qeyri-yaşayış sahəsi qalmışdır. Yəni Cavabdeh2 ilə X17 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən həmin şəxslərə satılmış qeyri-yaşayış sahələri Cavabdeh2 xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-dən almış olduğu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən RX seriyalı, ******* nömrəli, **********01-05***-******* reyestr nömrəli çıxarışla almış olduğu 324 kv.metr qeyri-yaşayış sahəsidir. X19 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış və iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********23 nömrəli məktubdan da görünür ki, Cavabdeh2 **********01- 05***-*******; **********01-05***-******* və **********01-05***-******* reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahələrini birləşdirərək vahid əmlaka, yəni 96 kv.metr qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixdə **********01-05***-******* reyestr nömrəli çıxarış əldə etmişdir.Bundan əlavə işdə olan ekspert rəyindən də göründüyü kimi üçüncü şəxsin istifadəsində olan sahənin Cavabdeh2 satılmış və mülkiyyətində olan qeyri-yaşayış sahələrinə heç bir aidiyyəti yoxdur, üst-üstə düşmür buna görə də üçüncü şəxsin tələbinə münasibət bildirməyə lüzum yoxdur. Bundan başqa İddiaçı iddia tələbi isə Cavabdeh2 qarşı və onun tərəfindən özgəninkiləşdirilmiş qeyri-yaşayış sahələrəinə dair tələbi isə özlüyündə absurtdur. İş materiallarından da göründüyü kimi Cavabdeh2 mülkiyyətində 324 kv.metr və 68 kv.metr olmaqla ümumilikdə istifadəsində və mülkiyyətində cəmi 392 kv.metr qeyri-yaşayış sahəsi olmuşdur, qalan sahələr isə digər şəxslərdədir. Həmçinin iddiaçı ilkin olaraq 31 və 15 kv.metr olmaqla 2(iki) qeyriyaşayış sahəsi almış, lakin həmin qeyri-yaşayış sahələrinin heç bir sxemi yoxdur və mübahisəli sahənin harda yerləşdiyi bəlli deyil. Ekspert rəyindən də göründüyü kimi 31 və 15 kv.metr qeyriyaşayış sahələrinin yerini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi iddiaçı Cavabdeh2 qarşı subyektiv hüququnun olmasını sübut etməli olmasına, ilk öncə 31 və 15 kv.metr qeyri-yaşayış sahələrinin yerləşmə mövqeyinin müəyyən edilməli olmasına baxmayaraq, iddiaçı sübut edə bilmir və Cavabdeh2 qarşı heç bir subyektiv hüququ yoxdur. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının “xxxx” MMC ilə Cavabdeh2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7A ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi, Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış xx xxx 2019-cu il tarixli və X17 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi əsassızdır.Yuxarıda göstərilənlərə əsasən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tələblərinin Cavabdeh2 qarşı olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi, Vəkil2 oğlu məhkəmə prossesində vermiş olduğu izahatında göstərmişdir ki, Cavabdeh3 qarşı hər hansı iddia tələbi vermək üçün heç bir tərəfin subyektiv hüququ yoxdur, çünki 324 kv.metr sahəyə tərəflərin iddia tələb hüququ yoxdur, həmçinin iddiaçı və üçüncü şəxsin Cavabdeh1 MTK-ya qarşı subyektiv hüququ ola bilər, lakin digər tərəflərə qarşı belə hüquqları yoxdur. Bu səbəbdən də iddianın Cavabdeh3 aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə prossesində iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X12 məhkəmə prossesində vermiş olduğu izahatında göstərmişdir ki, qərardadda qoyulmuş suallar əsasında tədqiqat aparmış, 31 və 15 kv.metr sahələrinin sxeminin olmadığına görə həmin sahələri müəyyən etməyin mümkün olmamış, 46 kv.metr sahəyə dair verilmiş sxemə əsasən isə həmin qeyri-yaşayış sahəsinin 31 kv.metr hissəsi Cavabdeh2, digər 15 kv.metr sahə isə gözəllik salonu ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər X17, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin və Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan üzərində xx xxx 2008-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, “xxxx” MMC ilə X7 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tanxli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Zərnişan Abbasova isə müqavilənin dəyəri olan 22372(iyirmi iki min üç yüz yetmiş iki) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində 2007-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” ünvanda inşa olunan yaşayış binası “xxxx” MMC-yə məxsusdur. X7 tərəfindən 31 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 22372(iyirmi iki min üç yüz yetmiş iki) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan üzərində xx xxxxxx 2008-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tanxli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 15 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, İddiaçı isə müqavilənin dəyəri olan 4050(dörd min əlli) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində xx xxxxxx 2008-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” ünvanda inşa olunan yaşayış binası “xxxx” MMC-yə məxsusdur. İddiaçı tərəfindən 15 kv metr ümumi sahəsi olan qeyriyaşayış sahəsinə görə 4050(dörd min əlli) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan üzərində xx xxxxx 2017-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında xx xxx 2008-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” ünvanda inşa olunan 15 mərtəbəli yaşayış evinin 3cü blokunda qeyri-yaşayış mərtəbəsində 46 kv metr ümumi sahəni verməyi öhdəsinə götürmüş, İddiaçı isə müqavilənin dəyəri olan 26422(iyirmi altı min dörd yüz iyirmi iki) manatı, hazırda isə 13800(on üç min səkkiz yüz) manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində x xxxxxxx 2018-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” ünvanda inşa olunan yaşayış binası “Cavabdeh1 MTK-ya məxsusdur. İddiaçı tərəfindən 46 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 40222(qırx min iki yüz iyirmi iki) manat ödənilmiş və MTK-ya heç bir borcu yoxdur. Həmçinin maliyyə arayışına sxem əlavə edilmişdir. İş materiallarında olan üzərində xx xxxxxxxx 2008-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ““xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evində ümumi sahəsi 31 kv metr olan qaraj-zirzəmi sahəsini verməyi öhdəsinə götürmüş, İddiaçı isə müqavilənin dəyəri olan 8370(səkkiz min üç yüz yetmiş) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində xx xxxxxxxx 2008-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” ünvanda inşa olunan yaşayış binası “xxxx” MMC-yə məxsusdur. İddiaçı tərəfindən 31 kv metr ümumi sahəsi olan qaraj sahəsinə görə 8100(səkkiz min bir yüz) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan üzərində xx xxx 2007-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, “xxxx” MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ““xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 324 kv metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə müqavilənin dəyəri olan 194400(bir yüz doxsan dörd min dörd yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində xx xxx 2007-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ərazidə inşa olunan yaşayış binası “xxxx” MMC-yə məxsusdur. Cavabdeh2 tərəfindən 324 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 194400(bir yüz doxsan dörd min dörd yüz) manat ödənilmiş və MMC-yə borcu yoxdur. İş materiallarında olan üzərində xx xxx 2010-cu il tarixi qeyd edilmiş müqavilədən görünür ki, “xxxx” MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ““xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda 216 kv metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə müqavilənin dəyəri olan 118800(bir yüz on səkkiz min səkkiz yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində xx xxx 2010-cu il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” saylı ünvanda inşa olunan yaşayış binası “xxxx” MMC-yə məxsusdur. Cavabdeh2 tərəfindən 216 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 118800(bir yüz on səkkiz min səkkiz yüz) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan üzərində xx xxx 2010-cu il tarixi qeyd edilmiş müqavilədən görünür ki, “xxxx” MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ““xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda 108 kv metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə müqavilənin dəyəri olan 59400(əlli doqquz min dörd yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində xx xxx 2010-cu il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” saylı ünvanda inşa olunan yaşayış binası “xxxx” MMC-yə məxsusdur. Cavabdeh2 tərəfindən 108 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 59400(əlli doqquz min dörd yüz) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan üzərində xx xxxx 2008-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, “xxxx” MMC ilə X13 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ““xxxx” MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 33,5 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, X13 isə müqavilənin dəyəri olan 28475(iyirmi səkkiz min dörd yüz yetmiş beş) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində xx xxxxxx 2017-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, Cavabdeh1 MTK ilə X13 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” saylı ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda 36 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, X13 isə müqavilənin dəyəri olan 30600(otuz min altı yüz) manatı, hazırda isə 10800(on min səkkiz yüz) manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzərində xx xxxxxx 2017-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” saylı ünvanda inşa olunan yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. X13 tərəfindən 36 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 41400(qırx bir min dörd yüz) manat ödənilmiş və MTK-ya borcu yoxdur.Həmçinin maliyyə arayışına sxem əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)- 226/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi təmin edilmiş, xx xxx 2007-ci il tarixli Cavabdeh2 ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzada və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahəsinə dair, xx xxx 2007-ci il tarixli Cavabdeh2 ilə “xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan shəri, M.Ə.Rəsulzada və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icaza verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 216 kv.m olan qeyri-yaşayış sahəsinə dair, xx xxx 2007-ci il tarixli Cavabdeh2 ilə “xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan shəri, M.Ə.Rəsulzada və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icaza verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 sahiblik və istifadə hüquqları tanınması, həmin qeyriyaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi “Cavabdeh1" MTK-ya həvalə edilməsi, qeyri-yaşayış sahələrinin Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)- 226/2018 saylı icra vərəqindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi üzrə qəbul edilmiş qətnamə xx xxxx 2018-ci il tarixindən qanuni qüvvəsin almış və icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli, **********28501-05***-******* reyestr nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, b 7 A saylı ünvanda yerləşən 324 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixdə **********01-05101-083009 reyestr nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, b 7 A saylı ünvanda yerləşən 28 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixdə **********01-05101-083006 reyestr nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, b 7 A saylı ünvanda yerləşən 33,5 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixdə **********01-05101-083007 reyestr nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, b 7 A saylı ünvanda yerləşən 34,5 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixdə **********01-05***-******* reyestr nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, b 7 A saylı ünvanda yerləşən 96 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixdə **********01-05101-083002 reyestr nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, b 7 A saylı ünvanda yerləşən 120 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********23 nömrəli məktubdan görünür ki, Cavabdeh2 RX seriyalı, ******* nömrəli, **********01-05***-******* reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin 324 kv.metr hissəsindən 108 kv.metr hissəsi özgəninkiləşdirərək yerdə qalan 216 kv.metr hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, **********01-05***-******* reyestr nömrəli çıxarış əldə etmişdir. Bundan sonra **********01-05***-******* reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin 216 kv.metr hissəsindən 108 kv.metr və 80 kv.metr hissəsini özgəninkiləşdirərək yerdə qalan 28.0 kv.metr hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən **********01-05***-******* reyestr nömrəli çıxarış əldə etmişdir. Cavabdeh2 **********01-05***-*******; **********01-05***-******* və **********01-05***-******* reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahələrini birləşdirərək vahid əmlaka dair xx.xx.2019-cu il tarixdə **********01-05***-******* reyestr nömrəli çıxarış əldə etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(085)-2704/2018 saylı qərarından görünür ki, Cavabdeh2 iddiası təmin edilmiş, “xxxx” MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən, ümumi sahəsi 324 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı qərarından görünür ki, Cavabdeh2 iddiası təmin edilmiş, “xxxx” MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, Cavabdeh2 “xxxx” MMC-dən xx xxx 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.m qeyri-yaşayış sahəsinin 68 kv.m hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə üzərinə vəzifə olaraq qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-423/2019 saylı qərarından görünür ki, Cavabdeh2 iddiası təmin edilmiş, “Cavabdeh1 Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120.0 kv.m olan qeyri-yaşayış sahəsini üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 3979 saylı ekspert rəyində tədqiqatın nəticəsi hissəsindən görünür ki, Qərardadın birinci sualı üzrə: Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri binanın layihəsində qeyd olunan E-K və 5-8 saylı oxlar arasında yerləşdiyi və 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 524,4 m2 təşkil edir; Qərardadın ikinci sualı üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3cü blokunda yerləşən “xxxx” MMC ilə bağlanmış xx xxx 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0m2 və xx xxxxxx 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0m2 qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15m2 və 31m2 qeyriyaşayış sahəsi) Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 MTK arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi və 31,0 kv.m. olan zirzəmi sahəsi Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunur; Qərardadın üçüncü sualı üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən “xxxx” MMC ilə bağlanmış xx xxx 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0m2 və xx xxxxxx 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0m2 qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15m2 və 31m2 qeyri-yaşayış sahəsi) Cavabdeh2, Cavabdeh3 və X11 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X31 küçəsi 7A ünvanında yerləşən qeyri-yaşayış sahələri ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 MTK arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində verilmiş Çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə **********01-05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0m2 qeyri yaşayış sahəsinin 31,0m2 hissəsi ilə və 15m2 hissəsi isə baxış zamanı Gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0m kənarda yerləşən qeyri yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur; Qərardadın dördüncü-altıncı sualları üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən “xxxx” MMC ilə bağlanmış xx xxx 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0m2 və xx xxxxxx 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0m2 qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin qeyri-yaşayış sahələrinin (15m2 və 31m2 qeyri-yaşayış sahəsi) ayrı-ayrılıqda yerləşmə mövqeləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını, cavabdehlərin və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkilin dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı iddiası qismən təmin olunmalı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarından İddiaçı və onun anası X7 ilə “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2008-ci il tarixi müqavilə və əlavə edilmiş maliyyə arayışından, xx xxxxxx 2008-ci il tarixi müqavilə və həmin tarixli maliyyə arayışından, xx xxxxxxxx 2008-ci il tarixi müqavilə və həmin tarixli maliyyə arayışından, xx xxxxx 2017-ci il tarixi müqavilə və x xxxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı və anası Zərnişan Abbasova ilə cavabdeh “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında müxtəlif ölçülü qeyriyaşayış sahələrinə dair müqavilələr bağlanınmış, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq ödəməli olduğu məbləği ödəməsinə baxmayaraq “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK tərəfindən üzərlərinə götürmüş olduqları öhdəlikləri icra etməmişlər. Buna görə də İddiaçı cavabdeh “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK-ya qarşı iddia tələbi üzrə haqlıdır və həmin hissədə təmin edilməlidir. Bundan başqa iş materiallarında olan Cavabdeh2 ilə “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2007-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 324 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi əldə etmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh2 ilə “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2010-cu il tarixli müqavilələrlə və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 108 və 216 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahələrini əldə etmişdir. Lakin həmin qeyri-yaşayış sahələrində Cavabdeh2 faktiki olaraq xx xxx 2007-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi 324 kv.metr sahəyə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli, **********28501-05***- ******* reyestr nömrəli çıxarışla mülkiyyət hüquqları tanınmış, daha sonra isə digər cavabdehlər Cavabdeh3 və X17 ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən həmin qeyri-yaşayış sahəsinin bir hissəsini özgəninkiləşdirmiş, nəticədə mülkiyyətində həmin qeyri-yaşayış sahəsindən 28 kv.metr sahə qalmışdır. Həmçinin Cavabdeh2 xx xxx 2010-cu il tarixli müqaviləyə əsasən isə 216 kv.metr sahə əldə etməli olduğu halda faktiki olaraq 68 kv.metr sahə əldə etmişdir. Daha sonra isə həmin sahələri 324 kv.metr qeyri-yaşşayış sahəsindən qalmış 28 kv.metr sahə ilə birləşdirərək 96 kv.metr sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixdə **********01-05***-******* reyestr nömrəli çıxarışı əldə etmişdir. Bundan başqa Cavabdeh2 xx xxx 2010-cu il tarixli müqaviləyə əsasən almış olduğu 108 kv.metr sahə faktiki olaraq ona verilməmiş əvəzində zirzəmi qatından 120 kv.metr sahə ilə təmin edilmişdir. Məhkmə həmçinin qeyd etmək istəyir ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 faktiki sahiblik və istifadəsində olmasını, hazırda etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr barədə çoxdan məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi təmin edilmiş, 324 kv.m, 216 kv.metr və 108 kv.metr olan qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 sahiblik və istifadə hüquqları tanınmış, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi “Cavabdeh1" MTK-ya həvalə edilməsi, qeyri-yaşayış sahələrinin Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Deryan Türkiyəyə qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Bundan başqa Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, Vəkil1 və digər Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi, Vəkil2 oğlu məhkəmə prossesində İddiaçı hazırkı iddia tələbi ilə bağlı onlara qarşı subyektiv hüququ yoxdur. Göstərilən dəlillə bağlı məhkəmə qeyd edir ki, məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmağa çalışmışdır. Lakin məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh2, Cavabdeh3 və X11 qarşı subyektiv hüququnun mövcudluğu müəyyən edilməmişdir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında da dəfələrlə qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul edilməsini nəzərdə tutur (Viktor Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli və s. Qərarlar). Qərarın ədalətliliyi isə onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar. (X22rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. (Kraska İsveçrəyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərar, § 30) Bundan başqa müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən də göründüyü kimi İddiaçı ilə Cavabdeh1 MTK arasında xx xxxxx 2017-ci il tarixdə bağlanmış müqavilə və x xxxxxxx 2018-ci il tarixli maliyyə arayışı ilə verilmiş 46 kv.metr qeyri-yaşayış sahəsinə görə hazırlanmış sxemə əsasən sxemdə göstərilən qeyri-yaşayış sahəsinin 15 kv.metr hissəsi X1 və istifadəsində olan Gözəllik salonu kimi istifadə olunan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. Yəni mülki iş üzrə sübutların tədqiqatı zamanı müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı tələb irəli sürməsi subyektiv hüquq nöqteyi- nəzərindən də heç bir əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2,Cavabdeh3, X9, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X25 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair “xxxx” MMC ilə Cavabdeh2 arasında xx xxx 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X31 küçəsi 7 A ünvanda yerləşən qeyriyaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2019-cu il tarixli və X17 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh1 MTK-ya qarşı İddiaçı ilə “xxxx” MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış xx xxx 2008, xx xxxxxx 2008, xx xxxxxxxx 2008 və xx xxxxx 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin “xxxx” MMC ilə X13 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 18 saylı və “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X13 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X8 məxsus ünvan 2 A saylı ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar