Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6445/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 və nümayəndəsi Ağaməmmədova Kamella Bəylər qızının, cavabdeh X7, onun vəkili-nümayəndəsi Vəkil2, üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdehlər X10, Cavabdeh2 və X16 (maraqlı şəxs Abşeron rayon 1 saylı Notariat ofisi, Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) qarşı etibarnamələrin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 21 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X10, Cavabdeh2 (maraqlı şəxs Abşeron rayon 1 saylı Notariat ofisi, üçüncü şəxs X16) qarşı etibarnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 Abşeron rayon 1 saylı Notariat Ofisində və Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 verdiyi etibarnamələrin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh X10 04.03.2021-ci il tarixində Abşeron rayon 1 saylı Notariat Ofisində verilmiş 1529 reyestr nömrəli, 21.01.2021-ci il tarixində Cavabdeh2 Sumqayıt şəhəri 3 saylı notariat ofisində verilmiş 1344 reyestr nömrəli və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X2 verilmiş 7E-1819 reyestr nömrəli etibarnamələrin etibarsız hesab olunması, 09.03.2021-ci il tarixli 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X15 iddiaçının oğlu, cavabdeh X16 isə nəvəsidir. Cavabdeh X15 2021-ci ilin əvvəllərindən ona fiziki və mənəvi işgəncələr verməyi artırmışdır. O, mart ayında onu Abşeron rayon 1 saylı Notariat Ofisinə aparmış, notariusda olarkən oğlu oradakı əməkdaşlarla nəsə danışdıqdan sonra ona bir sənəd göstərildi və oğlu guya onun qüsurlu olduğunu bildirərək öz oğlunun həmin sənədə onun əvəzindən qol çəkməsini bildirmişdir. O isə sənədin nə sənəd olduğunu və nə üçün istədiyini soruşduqda ona “sən imza at, narahat olma” demişdir. Bundan bir neçə müddət sonra iddiaçı qızından və evə gəlib -gedən şəxslərdən öyrənmişdir ki, oğlu ona məxsus evi satmaq istəyir. Onun evini satmaq üçün şübhələndiyindən qızından həmin sənədlərin nə sənəd olduğunu dəqiqləşdirməsini istəmişdir. Bu məqsədlə qızı onu da götürüb Sumqayıtda yerləşən “Asan Xidmət” Mərkəzinə getmişdir. Həmin vaxt ona Elektron notariat X1 Çıxarış təqdim edərkən ona məlum olmuşdur ki, oğlu Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisində isə özünə etibarnamə yazdırmışdır. Həmin çıxarışda isə onu cismani qüsuru olan şəxs kimi qeyd etmiş və əvəzindən öz oğluna etibarnaməyə imza etdirmişdir. Cavabdeh bundan əlavə də ona hansısa sənədlərə qol çəkdirmişdir. Cavabdeh X10 Abşeron rayon 1 saylı Notariat Ofisində və Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 verdiyi etibarnamə onun iradəsi ilə və hər hansısa məqsədlə verilmədiyindən etibarnamənin verilmə tarixindən sonrakı andan adından edilən bütün hərəkətlər qanunsuz və əhəmiyyətsizdir. Sorğu zamanı məlum olmuşdur ki, cavabdeh X15 iddiaçının ona verdiyi etibarnamədən istifadə edərək oğlu X12 09.03.2021-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisində etibarnamə vermiş, X16 isə həmin etibarnamədən istifadə edərək 09.03.2021-ci il tarixli 4Ə-430 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaqla iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini cavabdeh X7 mülkiyyətinə keçirmişdir. Həmin bağışlanma müqaviləsi görünüş üçün bağlandığına görə uydurma əqddir. Belə ki, iddiaçının cavabdeh X10 etibarnamə verməsindən də görünür ki, onun öz mənzilini cavabdeh X10 hədiyə etmək niyyəti olmamışdır. Beləliklə, cavabdeh X10 Abşeron rayon 1 saylı Notariat Ofisində, Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat X2 verilmiş 7E-1819 reyestr nömrəli etibarnamələr iddiaçının iradəsi ilə və bağışlanma müqaviləsi bağlanması məqsədi ilə verilmədiyindən etibarnamələrin verilmə tarixindən sonrakı andan iddiaçının adından edilən bütün hərəkətlər qanunsuz və əhəmiyyətsizdir İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X7 vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib, təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddia tələbi uydurma və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı onun təmsil etdiyi cavabdehin atasıdır. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 9 sot yarım torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evini öz vəsaiti hesabına inşa etdirmişdir. Lakin, həmin vaxt ölkə ərazisində olmadığı üçün torpaq sahəsi formal olaraq atasının adına sənədləşdirilmişdir. 19 avqust 2013-cü il tarixdə iddiaçı öz iradəsi əsasında, heç bir kənar təsir olmadan Abşeron rayon 1 saylı Notariat Ofisində harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək və digər səlahiyyətləri verdiyi etibarnamə əsasında ona ötürmüşdür. 04 mart 2021-ci il tarixdə yenidən iddiaçı tərəfindən öz iradəsi ilə eyni məzmunlu etibarnamə verilmişdir. İddiaçı 09 mart 2021-ci il tarixdə isə Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat ofisində Abşeron rayonu, Saray qəsəbəsi, X32 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.0942 ha torpaq sahəsini tam mülkiyyət üzrə ona bağışlamışdır. Qeyd etdiklərindən göründüyü kimi etibarnamələrin verilməsi və daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Notariat ofisinin əməkdaşları, həmçinin kamera görüntüləri bunu təsdiq edə bilər. Sözügedən etibarnamələrin verilməsini əsassız edən heç bir hal yoxdur. Belə ki, iddiaçı həmin etibarnamələri oxumuş və öz xətti ilə “oxudum, razıyam” yazmış və imza etmişdir. İddiaçı fəaliyyət qabiliyyətli, özünü idarə etməyi bacaran biri kimi heç bir kənar təsir olmadan etibarnamələri imzalamışdır. Hazırda isə iddiaçının qızı X13 onu öyrədərək, belə əsassız iddia tələbi ilə məhkəməyə müraciət etməsinə şərait yaradır. Sonuncu etibarnamənin verilməsindən və bağışlanma müqaviləsinin bağlanmasından 8 ay müddət keçmişdir, İddiaçıya hər hansı fiziki və mənəvi işgəncələr olunmuşdursa niyə bu qədər müddət ərzində aidiyyatı qurumlara müraciət etmədiyi də sual doğurur. Bu ilin oktyabr ayında iddiaçının qızı X16 ilə bağlı əsassız yerə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. İş üzrə araşdırılma aparılmış və müraciətin əsassız olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi tamamilə əsassızdır.Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə prosesində cavabdeh X15 iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı onun atasıdır. Atası ilə aralarında heç bir problem olmamış və hal-hazırda da yoxdur. Verilmiş etibarnamə atasının iradəsi əsasında verilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir.Atası öz iradəsi ilə notariat orqanına getmiş, etibarnamə verməsinin nəticələri ona izah edilmiş, tez-tez başqa sənədləşmələrdə əziyyət olmasın deyə bütün səlahiyyətləri ona vermişdir. Verilmiş iddia ərizələri də atasının iradəsindən kənar tərtib edilir, ümumiyyətlə onun məhkəmədən məlumatı belə yoxdur. Bunu edən bacısıdır ki, onun da başqa maraqları var.Əslində isə atası evi əsil sahibinə qaytarıb. Belə ki, həmin torpaq sahəsini cavabdeh olaraq o, bacısının həyat yoldaşı Rzayev Əlyardan almış və üzərində tikini tikmişdir. Rzayev Əliyar həm bacısının həyat yoldaşı, həm də divar qonşusudur. O vaxt heç bir sənədləşmə aparmadan torpaq sahəsini almışdı.Evi tikib qurtardıqdan sonra atası ilə anası yaşlı adamlar olduğu üçün onları bu evə gətirmişdır.Bakıdakı evlər isə plana düşdüyü üçün bacısı Kamilə hansı yollarlasa pullarını alıb mənimsəmiş, onlara bir qəpik də olsa verməmişdir. 2012-ci ildə mübahisəli torpaq sahəsini və evi sənədləşdirmək qərarına gəldi,ona görə də Rzayev Əliyarın adından çıxış edən dostu Quluzadə Ədalət ilə atası arasında alqı-satqı bağlandı.O, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün torpaq sahəsini atasının adına sənədləşdirdi. 2015-ci ildə reyestr xidmətinə müraciət edib, evi öz adına rəsmiləşdirmək istədikdə, sənədlərdə çatışmamazlıq olduğu üçün, həmçinin torpaq sahəsinin koordinatları düz otuzdurmadığı üçün sənədləşdirə bilmədi. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, torpaq sahəsi atasının adına keçdikdən sonra 19.08.2013-cü ildə atası ona bütün səlahiyyətləri üzrə etibarnamə vermişdir. Atası 2018-ci ilə qədər Bakı şəhərində yerləşən evində qeydiyyatda olub. 2018-ci ilə qədər evdə yalnız o və oğlu qeydiyyatda olmuşlar. Atası 2018-ci ildə qeydiyyata düşüb. Qardaşı oğlu Elvin evləndikdən bir müddət sonra onun həyat yoldaşı Elnarə onun razılığı və icazəsilə həmin evə köçüb. Anasının vəfatından sonra da atasına yaxşı baxıb. Onun da bir əli həmişə atasının və onların üzərində olub. Lakin,2020-ci ilin sonlarında eşitdi ki, Elnarə xanım evi öz adına keçirtmək istəyir Bunu necə baş verəcəyini aydınlaşdırdıqda ona məlum oldu ki o, atasının adından etibarnamə alıb. Həmin etibarnamə 04.03.2021-ci ildə atası tərəfindən ləğv edilib. Elnarə də ona qarşı bu məkrli oyunu ifşa olunduğunu gördüyü üçün mənzili tərk etmiş, bir neçə gün sonra isə anası, qardaşı və bir neçə digər qohumlarının iştirakı ilə əmlaklarını yığıb onun bu evindən getmişdir. O, bu sənədləşmələr aparılarkən həmçinin, artıq dializ xəstəsi olduğu üçün uzun müddət burda qalmışdır. Atasına da baxmaq üçün ona xidmət edən şəxs tutmuş, çox mehriban yaşamışlar. Hətta etibarnaməni ona verəndə açıq şəkildə bildirib ki, "oğlum evinə sahib çıx, yoxsa mən öləndən sonra başına oyun açarlar". həmin müddətdə tərəflər birgə mübahisəli evdə yaşamışlar, həmin evdə müxtəlif məclislər keçirilmiş, evin onun adına keçirilməsindən ailə üzvlərinin hamısının məlumatı olmuşdur. Lakin o, yenidən Rusiya Federasiyasına gedən kimi bacısı Kamella gəlib atasının öz evinə aparmış, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, atasını isə onlardan gözlədir. O əminliklə deyir ki, atasının bu iddia ərizəsindən xəbəri belə yoxdur, iddianı şəxsən imzalamayıb. 2021-ci ilin oktyabr ayında o, Rusiyaya gedəndən sonra bacısı atanı özü ilə aparmış, bundan sonra onlardan gizlətmişdir. Bunun da səbəbi indi üzə çıxır ki, bacısı Bakı şəhərində yerləşən evlərdən qazandığı pulları xərcləyib qurtanb, indi də göz dikib onun evinə. Hətta özünə heç vaxt münasibəti olmadığı qardaşının gəlini Elnarəni də yardımçı kimi istifadə edir. Göründüyü kimi o, əslində özünə məxsus olan evi öz adına rəsmiləşdirmişdir. İddiaçının dəlilləri əsassızdır və təmin edilməməlidir. Cavabdeh X16 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, həmin iddia tələbinin o aid olan hissəsini qəbul etmir, onu qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2018-ci il tarixdən vəkil kimi Xırdalan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərir. Lakin iddia ərizəsində adları göstərilən şəxslər İddiaçı, cavabdeh X15, üçüncü şəxs X16 adlı şəxslər adı gedən işlə bağlı onun işlədiyi ofisdə olmamış, ona müraciət etməmiş və onunla müqavilə bağlamamışlar. İddiaçı tərəfindən 21 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat ofisində onun adına Etibarnamənin verilməsindən də xəbəri yoxdur. Həmin tarixdə o Sumqayıt şəhərində yerləşən həmin ofisdə olmamışdır. Bunu yoxlamaqda olar. Belə bir etibarnaməni görməmişdir, belə bir etibarnamə ona təqdim olunmamışdır və belə bir etibarnamə ilə kiminsə adından kiminsə xeyrinə və ya kiminsə ziyanına heç bir iş görməmişdir. Ola bilsin ki, bu adamların adından hansısa, bir qohumu nə vaxtsa, müəyyən işin görülməsi və ya müəyyən hüquqi məsləhətlərin alınmasından ötərin ona müraciət edib. Vəkillərə bir qayda olaraq, məhkəmələrdə onu verən şəxsin adından çıxış etmək üçün etibarnamələr verilir. Həmin etibarnamələrlə məhkəmədən kənar heç bir iş görmək olmur. Onun adına verilmiş etibarnamə ilə hər-hansı bir işin görüldüyünü müəyyən etmək istəsələr bunu çox asanlıqla aşkar edə bilərlər. Onun adına verilmiş Etibarnamə 30 sentyabr 2021-ci il tarixdə ləğv edilmişdir. Bütün bu yuxarıda göstərilənlərə əsasən ona qarşı irəli sütrülmüş iddia tələbini əsassız və qanunsuz hesab edirəm. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Elnarə Ağaməmmədova ifadələrində bildirdi ki, o, 2005-ci ildə həmin evə gəlin gəlmişdir. 2021-ci ilin martın 1-dək orada yaşamış, Ağammədov Elşən onu evdən qovmuşdur, 2015-2016-cı illərdə iddiaçı onun oğlu Məhəmmədin adına vəsiyyətnamə vermiş, ona isə etibarnamə vermişdir. Əlövsət həmişə Rusiyada yaşamış, qonaq kimi gəlib-getmişdir. Əlövsətlə münasibəti həmişə yaxşı olub, ancaq vəsiyyətnamə ortaya çıxandan sonra aralarında mübahisə yaranmışdır. Əlövsət martın 1-də Rusiyadan gəlmiş, sentyabra kimi burada qalmış, sonra yenidən Rusiyaya qayıtmışdır. Evin təmirini iddiaçının heyvanlarını sataraq etdirmişlər. 2010-cu ildə qaynanası vəfat etmişdir. Vəsiyyətnamə olduğu üçün heç vaxt narahat olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, ərizə ilə müraciət edərək onların iştirakları olmadan işə baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayon, Saray qəsəbəsi, X32 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.99 kv.m olan fərdi yaşayış evi X7 adına 02.04.2021-ci ildə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı X10 04.03.2021-ci il tarixdən 04.03.2031-ci ilədək etibarnamə vermişdir. Mülki iş materiallarında olan İddiaçı tərəfindən X10 04.03.2021-ci il tarixdən 04.03.2031-ci ilədək verilmiş və Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən 7E 1529 reyestr sayla qeydə alınmış eyni etibarnamənin əslindən görünür ki, etibarnamə İddiaçı tərəfindən şəxsən verilmiş, onun özü tərəfindən imzalanmışdır. X15 isə etibarnaməni etibaretmə qaydasında İddiaçı tərəfindən ona verilmiş səlahiyyətlərini Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 7E-1819 reyestr sayla qeydə alınmış 09 mart 2021-ci il tarixli etibarnamə ilə X12 vermişdir. Mülki iş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 21.01.2021-ci il tarixdən 21.01.2024-cü ilədək etibarnamə vermişdir. Mülki iş materiallarında olan Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 4Ə- 430 reyestr saylı, 09.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı adından etibarnamə ilə çıxış edən nümayəndəsi X16 Abşeron rayon, Saray qəsəbəsi, X32 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini X10 bağışlamışdır. Mülki iş materiallarında olan İddiaçı adından nümayəndəsi X12 tərəfindən verilmiş 09.03.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 10.12.2020-ci il tarixdə verilmiş **********28- 10301 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, X32 küçəsi ünvanında yerləşən ümumi sahəsi 302.9 kv.m olan 21 nömrəli fərdi yaşayış evini və 0.0942 ha olan torpaq sahəsini bağışlamaq (ev, mənzil, otaq) istəyir. Bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın “Elektron Notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsini təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan X16 tərəfindən verilmiş 09.03.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu Abşeron rayon, Saray qəsəbəsi, X32 küçəsi, ev 21 ünvanının və 0.0942 ha torpaq sahəsini bağışlanılmasına etiraz etmir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 09.03.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X3 rayon, Saray qəsəbəsi, X32 küçəsi, ev 21 ünvanında 03.05.2019-cu il tarixdən qeydiyyatdadır Qeydiyyatda olan digər şəxslər X15, xx.xx.1958. Mülki iş materiallarında olan 15.02.2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı ölən günədək onun bütün əmlakını X11 vəsiyyət etmişdir. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən 09.12.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 rayon, Saray qəsəbəsi, X32 küçəsində 2005-ci ildən hazıra kimi qeydiyyatsız yaşayır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Abşeron rayon 1 saylı NK-nın notariusu tərəfindən 7 e/01 reyestrlə qeydə alınmış, 09.01.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Rzayev Əliyar Əbdüləli oğlu tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində olan 0,09 ha torpaq sahəsinə dair ümumi səlahiyyətlərini Quluzadə Ədalət Şahbaz oğluna 50 il müddətinə vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 02 may 2012-ci il tarixli , Abşeron 1 saylı NK tərəfindən təsdiq edilmiş, 4Ə 930 reyestr saylı alqı-satqı müqaviləsindən görünür ki, Rzayev Əliyar Əbdüləli oğlunun adından etibarnamə ilə çıxış edən nümayəndəsi Quluzadə Ədalət Şahbaz oğlu Abşeron rayonu Saray qəsəbəsi ərazisində olan 0,09 ha torpaq sahəsini İddiaçı satmışdır. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş 19 avqust 2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, o əmlakları barədə ümumi səlahiyyətlərini 10 il müddətinə X10 vermişdir. İşin materialları içərisində olan DƏDRX-nin 4 saylı Əİ tərəfindən X10 ünvanlanan 20.11.2015-ci il tarixli bildirişdən müəyyən edilir ki, aparılmış tikinti mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində olan 0,0942 ha torpaq sahəsindən kənarda yerləşdiyindən sənədləşdirmə aparılmaqdan imtina edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı tərəfindən X10 04.03.2021-ci il tarixdən 04.03.2031-ci ilədək vermiş və Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən 7E 1529 reyestr sayla qeydə alınmış etibarnamə əsasında X15 etibarnaməni etibaretmə qaydasında ona verilmiş səlahiyyətlərini Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 7E-1819 reyestr sayla qeydə alınmış 09 mart 2021ci il tarixli etibarnamə ilə X12 vermiş, bundan sonra X16 həmin etibarnamə ilə Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 4Ə- 430 reyestr saylı, 09.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə İddiaçı məxsus Abşeron rayon, Saray qəsəbəsi, X32 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini X10 bağışlamışdır. İddiaçı iddia edir ki, onun adından cavabdehə verilən etibarnamə onun iradəsinə uyğun olmadan, ona cavabdeh tərəfindən fiziki və mənəvi işgəncə verilməklə, notariat ofisinə aparılıb imza etməklə aparıldığından onun adından verilmiş etibarnamələr, mülkiyyətində olan mübahisəli evin bağışlanma müqaviləsi isə görünüş üçün bağlandığından uydurma əqd hesab edilməklə, etibarsız hesab edilməli və onun hüquqi nəticələri ləğv edilməlidir. İşin məhkəmə baxışında iddiaçı şəxsən iştirak etmədi, onun nümayəndəsi-vəkili isə iddianın əsaslarını təşkil edən qeyd edilən dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməmiş, iddianın dəlillərinin əsassız olduğunu bildirmiş, cavabdehin atası olan iddiaçı ilə həmişə normal münasibətinin olduğunu, Rusiyada yaşamasına baxmayaraq, atasına lazımi diqqət göstərdiyi, maddi yardım etdiyi və ona baxmaq üçün belə xidmətçi tutduğunu, belə normal münasibətlər zəminində hansı fiziki və mənəvi işgəncədən söhbət getdiyinın anlaşılan olmadığını bildirdi. Bunu iddiaçı tərəfindən məhkəmədə şahid qismində dindirilən Elnarə Ağaməmmədova da ifadəsində etiraf etmişdir. Bundan başqa, iddiaçı mübahisəli tikilinin və onun yerləşdiyi torpaq sahəsinin formal olaraq atasının adına rəsmiləşdirildiyini, əslində isə özünə məxsus olduğunu bildirdi və bunu təsdiq etmək üçün yuxarıda qeyd edilən sübutları məhkəməyə təqdim etmişdir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mülki iş materiallarında olan İddiaçı tərəfindən X10 04.03.2021-ci il tarixdən 04.03.2031-ci ilədək verilmiş və Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən 7E 1529 reyestr sayla qeydə alınmış eyni etibarnamənin əslindən göründüyü kimi etibarnamə İddiaçı tərəfindən şəxsən verilmiş, onun özü tərəfindən şəxsən imzalanmışdır. Həmçinin, iş materiallarından göründüyü kimi mübahisəli evdə iddiaçı və cavabdehlər qeydiyyatdadırlar. Eyni zamanda işin məhkəmə baxışında iddiaçı tərəf iddiaçını şəxsən növbəti məhkəmə prosesinə gətirəcəklərini bildirsə də, növbəti məhkəmə iclasında iddiaçı şəxsən iştirak etmədi, əksinə Rusiya Federasiyasında yaşayan cavabdeh X15 özü şəxsən məhkəmə prosesində gəlib iştirak etdi və yuxarıda qeyd edilən məzmunda izahatını verdi. Məhkəmə həmçinin, qeyd edir ki, Cavabdeh2 İddiaçı tərəfindən 21 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat ofisində verilmiş etibarnamə onun tərəfindən 30 sentyabr 2021-ci il tarixdə ləğv edilmişdir. Həmin etibarnamə əsasında hər hansı əməliyyat aparılmamışdır. Bu etibarnamənin də etibarsızlığının əsasları məhkəmə prosesində müəyyən edilmədi. Məhkəmə mübahisəli evlə bağlı Ağaməmmədli Məhəmməd Elvin oğlunun adına ona məxsus əmlaklarına dair vəsiyyətnamə verməsi, Ağaməmmədova Elnarə Həbib qızına isə əmlakları ilə bağlı etibarnamə verməsinə hüquqi qiymət verərkən məhkəmə iddiaçının həmin şəxslərlə birlikdə yaşamaları və iddiaçının yaşlı şəxs olaraq həmin şəxslərin diqqət və qayğısına qarşılıqlı “əvəz”i kimi qiymət vermək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Eyni Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Qanunvericiliyin tələbinə görə tərəfin iradə ifadəsi əqdin etibarlılığının başlıca şərtidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1 və 668.1.1.-ci maddələrinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlanma etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1.maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4. maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məəcəllənin 340.1 maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsiz əqddir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən cavabdehlərə verilmiş etibarnamələr, onun iradəsinə uyğun verilmiş etibarnamələr olmaqla, həmin etibarnamələrin və bu etibarnamə əsasında aparılmış bağışlanma müqaviləsinin etibarsızlığının qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X10, Cavabdeh2 və X12 qarşı etibarnamələrin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-6445/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6445/2021
21.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver