Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6477/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı «hərracın yekunları barədə protokolun və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı «hərracın yekunları barədə protokolun və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş 136/22 nömrəli 22 iyul 2022-ci il tarixli Hərrac Təşkilatının hərracın yekunları Barədə Protokolun və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı iddia ərizəsində Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş 136/22 nömrəli 22 iyul 2022-ci il tarixli Hərrac Təşkilatının hərracın yekunları Barədə Protokolun və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş etsə də, cavabdehlərdən hər birinə olan tələbi, həmin tələbə əsas verən halları göstərməməklə ərizənin məzmununa riayət etməmişdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan hallara istinad edərək vəAzərbaycan Respublikası MPM-nin 149.2.3-cü və 152.1.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı «hərracın yekunları barədə protokolun və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı «hərracın yekunları barədə protokolun və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6477/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6477/2022
09.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver