Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6564/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Abşeron rayon İcra Şöbəsinə qarşı icra sənədi üzrə icraatın davam etdirilməsi barədə hərəkətlərdən şikayətinə dair mülki iş üzrə iddiaçının ərizəsinə 29 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Abşeron rayon İcra Şöbəsinə qarşı icra sənədi üzrə icraatın davam etdirilməsi barədə hərəkətlərdən şikayətinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Abşeron rayon İcra Şöbəsinə qarşı icra sənədi üzrə icraatın davam etdirilməsi barədə hərəkətlərdən şikayətinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Abşeron rayon İcra Şöbəsinə qarşı icra sənədi üzrə icraatın davam etdirilməsi barədə hərəkətlərdən şikayətinə dair iddiaçının iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6564/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6564/2021
29.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver