Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6585/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “ailə başçısının ölümünə görə ödəncin ödənilməsi” tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “ailə başçısının ölümünə görə ödəncin ödənilməsi” tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-də işləmiş atası X1 22.08.2017-ci ildə işlədiyi "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli binanın 14cü mərtəbəsindən yıxılaraq istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar 22.08.2017-ci il tarixdən onun 18 yaşının tamam olduğu 09.09.2019-cu il tarixinə kimi hesablanmış ödəncin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, İddiaçı tələbində "xxxx" MTK-də işləmiş atası X1 22.08.2017-ci ildə işlədiyi "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılaraq istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar 22.08.2017-ci il tarixdən onun 18 yaşının tamam olduğu 09.09.2019-cu il tarixinə kimi hesablanmış ödəncin cavabdehdən alınıb ona ödənilməsini xahiş etsə də, iddiaçı cavabdehdən tutulacaq ödəncin məbləğini, həmin ödəncin məbləğini müəyyənləşdirən hallar və həmin halların istinad olunduğu sübutlar göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələb olunan əmlakın fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyrimümkün olmasına kifayət qədər əsaslar verir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPMnin 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “ailə başçısının ölümünə görə ödəncin ödənilməsi” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “ailə başçısının ölümünə görə ödəncin ödənilməsi” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6585/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6585/2021
01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver