Məhkəmə qərarları › İş №2(012)-6647/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6647/2021

04.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6647/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Abşeron Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və maraqlarına toxunan 3-cü şəxs: Cavabdeh3) şəhadətnamədən adın çıxarılması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Abşeron Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və maraqlarına toxunan 3-cü şəxs: Cavabdeh3) şəhadətnamədən adın çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin adına torpağın mülkiyyətə verilməsinə dair JN-380 A, 30800118 nömrəli şəhadətnamədə göstərilmiş “Cavabdeh3” adlı şəxsin adının şəhadətnamədən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı inzibati aktı mübahisələndirir. Belə olan halda iddiaçı ilkin olaraq bu barədə müvafiq inzibati orqana, imtina aldığı halda isə həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Abşeron Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və maraqlarına toxunan 3-cü şəxs: Cavabdeh3) şəhadətnamədən adın çıxarılması tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar