Məhkəmə qərarları › İş №2(012)-6659/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6659/2023

22.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6659/2023 22.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, heç bir hüquqi əsas olmadan onlarla eyni məhəllədə yaşayan və onları hər gün ölümlə təhdid edən Cavabdeh yaşadıqları ərazidən çıxdaş edilməsi » tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması» tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, bacısı Sonaxanım Dadaşovanın, həyat yoldaşı Viktoriya Dadaşovanın, övladları Cəfər Dadaşzadə və Zəhra Dadaşovanın həmin məkanda təhlükəsiz yaşamaqla yanaşı mülkiyyət hüquqlarının tanınması, heç bir hüquqi əsas olmadan onlarla eyni məhəllədə yaşayan və onları hər gün ölümlə təhdid edən Cavabdeh yaşadıqları ərazidən çıxdaş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin xahiş edirəm hissəsini təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Lakin iddiaçı iddia ərizəsində tələbini göstərərkən Azərbaycan dilinin leksik norma qaydalarına riayət etməmiş, tələbini aydın və konkret ifadə etməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları ərizəçi tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Dadaşov X1 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu X2 vasitəsilə xx.xx.2023-cü ildə saat 15:05-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, heç bir hüquqi əsas olmadan onlarla eyni məhəllədə yaşayan və onları hər gün ölümlə təhdid edən Cavabdeh yaşadıqları ərazidən çıxdaş edilməsi » tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, heç bir hüquqi əsas olmadan onlarla eyni məhəllədə yaşayan və onları hər gün ölümlə təhdid edən Cavabdeh yaşadıqları ərazidən çıxdaş edilməsi » tələbi barədə 2(012)-6659/2023 saylı mülki iş üzrə X2 vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar