Məhkəmə qərarları › İş №2(012)-6691/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6691/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6691/2025 20.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı avtomobilin qeydiyyata alınması tələbi barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı avtomobilin qeydiyyata alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işi araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, mövcud qanunvericiliyə görə hazırki işə mülki icraat qaydasında baxılmalı deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə əvvəlcə müvafiq quruma, imtina aldıqda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə görə və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı avtomobilin qeydiyyata alınması barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar