Məhkəmə qərarları › İş №2(012)-678/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-678/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-678/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2455,18 manat məbləğində vurulmuş zərər və 44,56 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2499,74 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5949/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə, iddia icraatı qaydasında baxılması, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işin məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasının 26 noyabr 2024-cü il tarixə, saat 12:10-a Abşeron rayon Məhkəməsinin binasında təyin edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra ismin müvafiq hallarında «sığortalı» adlandırılacaqdır) mülkiyyətində olan «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək bəzi hadisələrdən, o cümlədən yolnəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASCdə könüllü sığorta növündə sığortalamışdır. Sığortalıya CSH ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2023-cü il martın 17-də Cavabdeh idarə etdiyi və eyni zamanda "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış “MERCEDES BENZ 303” markalı, **-UH-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «CHEVROLET CRUZE» markalı, **-PY-*** dövlət nömrə nişanlı, «TOYOTA PRADO» markalı, **-CV-*** dövlət nömrə nişanlı, «BAİC» markalı, **-OJ-*** dövlət nömrə nişanlı və «MERCEDES BENZ» markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Rəvan İsrayılov tərəfindən 04 aprel 2023-cü il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-ə göndərilmişdir. Binəqədi RPİ-nin DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. “MERCEDES BENZ 303” markalı, **-UH-*** dövlət nömrə nişanlı avtobus "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığı üçün iddiaçı tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci və 58.3-cü maddələrinə əsasən zərərçəkənlərə, yəni «CHEVROLET CRUZE» markalı, **-PY-*** dövlət nömrə nişanlı, «TOYOTA PRADO» markalı, **-CV-*** dövlət nömrə nişanlı, «BAİC» markalı, **-OJ-*** dövlət nömrə nişanlı və «MERCEDES BENZ» markalı, 99—VU-747 dövlət nömrə nişanlı avtomobillərlə dəymiş zərərə görə sığorta ödənişini mütənasib qaydada həyata keçirilmiş. İcbari sığorta qanunverciliyinə görə «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobil üçün 794,82 manat sığorta ödənişi təşkil etmişdir. AVTOSERVİS MASAZİR tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində «FORD TRANSİT YÜK» markalı, **- JR-*** dövlət nömrə nişanlı avtomobilə 3350 manat məbləğində zərər dəymişdir. İddiaçı ilə sığortalı arasında 100 manat məbləğində franşizə (şərtsiz azadolma) nəzərdə tutlduğundan və icbarı sığorta növündə 794,82 manat sığorta ödənişi təşkil etdiyi üçün, ümumilikdə sığorta ödənişi 2455,18 manat məbləğində həyata keçirilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə, işə iddia tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sığorta aktından görünür ki, "xxxx" ASC-də CSH200275169 saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 15000 manat dəyərində sığortalanmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «CHEVROLET CRUZE» markalı, **-PY-*** dövlət nömrə nişanlı, «TOYOTA PRADO» markalı, **-CV-*** dövlət nömrə nişanlı, «BAİC» markalı, **-OJ-*** dövlət nömrə nişanlı və «MERCEDES BENZ» markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobillərə 3350 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 2455,18 manat pul vəsaiti avtomobilin təmiri üçün fiziki şəxs X1 hesabına köçürülmüşdür. -"xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli subroqasiya hüququ ilə əlaqədar məktubdan görünür ki, ASC tərəfindən 2455,18 manat sığorta ödənişinin 7 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Binəqədi DYŞP tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhərində Cavabdeh tərəfindən idarə olunmuş “MERCEDES BENZ 303” markalı, **-UH-*** dövlət nömrə nişanlı avtobusu idarə edərkən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «CHEVROLET CRUZE» markalı, **-PY-*** dövlət nömrə nişanlı, «TOYOTA PRADO» markalı, **-CV-*** dövlət nömrə nişanlı, «BAİC» markalı, **-OJ-*** dövlət nömrə nişanlı və «MERCEDES BENZ» markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş, yol hərəkət qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Avtoservis Masazır tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair ilkin və yekun aktdan görünür ki, «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər olaraq 3350 manat hesablanmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/1065/2025 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan (cild i.v.23) qüsur aktına əsasən, 2007-ci il buraxılışlı «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobilin 15 adda ehtiyat hissələri üzrə təmir-bərpa xərci təxminən, dəyişilməli olan hissələrin qiyməti 1770 manat, təmir-bərpa işlərinin qiyməti 1060 manat olmaqla, cəmi 2830 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC (bundan sonra ismin müvafiq hallarında «sığortalı» adlandırılacaqdır) mülkiyyətində olan «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamış, sığortalıya CSH ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2023-cü il martın 17-də Cavabdeh idarə etdiyi və eyni zamanda "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış “MERCEDES BENZ 303” markalı, **-UH-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı, «CHEVROLET CRUZE» markalı, **-PY-*** dövlət nömrə nişanlı, «TOYOTA PRADO» markalı, **-CV-*** dövlət nömrə nişanlı, «BAİC» markalı, **-OJ-*** dövlət nömrə nişanlı və «MERCEDES BENZ» markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş, mülki iş materiallarında olan qüsur aktına əsasən, «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər olaraq 3350 manat hesablanmışdır. Sığorta aktından göründüyü kimi «FORD TRANSİT YÜK» markalı, **-JR- *** dövlət nömrə nişanlı, «CHEVROLET CRUZE» markalı, **-PY-*** dövlət nömrə nişanlı, «TOYOTA PRADO» markalı, **-CV-*** dövlət nömrə nişanlı, «BAİC» markalı, **-OJ-*** dövlət nömrə nişanlı və «MERCEDES BENZ» markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobillərə sığorta ödənişi məbləği olaraq 2455,18 manat pul vəsaiti avtomobilin təmiri üçün fiziki şəxs X1 hesabına köçürülmüşdür. Hazırda, iddiaçı "xxxx" ASC 2455,18 manat dəymiş zərərin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş TP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, cavabdehin yol hərəkət qaydalarını pozması nəticəsində Cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində «CHEVROLET CRUZE» markalı, **-PY-*** dövlət nömrə nişanlı, «TOYOTA PRADO» markalı, **-CV-*** dövlət nömrə nişanlı, «BAİC» markalı, **-OJ-*** dövlət nömrə nişanlı və «MERCEDES BENZ» markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobillərə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən, əməli sübuta yetirilərək təqsirli bilinmişdir. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində «FORD TRANSİT YÜK» markalı, **-JR-*** dövlət nömrə nişanlı avtomobilə iddiaçı tərəfindən dəymiş zərər olaraq 3350 manat hesablanmışdır. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı tərəfindən 3350 manat dəymiş zərər hesablanmışdır. Lakin ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 2830 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində göstərilən 2830 manat dəymiş zərər məbləğini daha ədalətli və düzgün hesab edir. Bu səbəbdən dəymiş zərər məbləği 2830 manat olaraq qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə sığortalı arasında 100 manat məbləğində franşizə (şərtsiz azadolma) nəzərdə tutulmuşdur və icbari sığorta növündə 794,82 manat sığorta ödənişi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən 2830 manat dəymiş zərər məbləğində 100 manat məbləğində franşizə və 794,82 manat sığorta ödənişi çıxılmaqla, 1935,18 (2830-100-794,82=1935,18) məbləğində pul Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 44,56 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1935,18 (min doqquz yüz otuz beş manat on səkkiz) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 44,56 (qırx dörd manat əlli altı qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar