Məhkəmə qərarları › İş №2(012)-6786/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6786/2021

15.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6786/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı Cavabdeh (maraqlı tərəf Maraqlı şəxsnə) qarşı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsi və bütün sənədləşmənin qanuni şəkildə aparılması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh (maraqlı tərəf Maraqlı şəxsnə) qarşı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsi və bütün sənədləşmənin qanuni şəkildə aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan 12.02.2018-ci il tərtib edilmə tarixi, A№ 224052 torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsi və bütün sənədləşmənin qanuni şəkildə aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddialardan biri də, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialardır. (məcburetmə haqqında iddia); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 31.1.3. bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqanlar sırasına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 31.1.3. bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqanlar sırasına daxil edilmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı mübahisənin həll edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət edərək imtina cavabı almış, lakin cavabdehin qərar və hərəkətlərini mübahisələndirdiyi halda, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməli olduğu halda düzgün olmayaraq ümumi məhkəməyə müraciət etmişdir Bu halda, məhkəmə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndinin məzmununa görə eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1 maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı iddia ərizəsinə məhkəmədə mülki iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi yolverilməz hesab edilməli və iddiaçıya aidiyyətı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh (maraqlı tərəf Maraqlı şəxsnə) qarşı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsi və bütün sənədləşmənin qanuni şəkildə aparılması tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya aidiyyətı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar