Məhkəmə qərarları › İş №2(012)-693/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-693/2022

06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-693/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi X2na qarşı (maraqlı şəxs: Maraqlı şəxs cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi X2na qarşı (maraqlı şəxs: Maraqlı şəxs cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu 1 saylı notariat ofisinin xüsusi X2 8İ-10247 reyestr nömrəli xx.xx.2021-ci il tarixli notariat hərəkətinin (icra qeydinin) ləğv edilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu 1 saylı notariat ofisinin xüsusi X2 tərəfindən xx.xx.2021 tarixində aparılmış 8İ-10247 reyestr nömrəli notariat hərəkəti-icra qeydinə əsasən ondan tələbkar Maraqlı şəxs xeyrinə 5250 manat borcun və 20 manat dövlət rüsumunun tutulması təklif edilmişdir. Notarius tərəfindən aparılmış icra qeydi qanunsuzdur. Belə ki, İcra qeydinin aparılmasına və pul tələbinə dair nə tələbkar, nə də notarius tərəfindən ona heç bir rəsmi məlumat verilməmişdir. İcra qeydinin aparılmasına dair iki fərqli tarix qeyd edilmişdir. İcra qeydində tarix xx.xx.2021-ci il, aparılma tarixi isə xx.xx.2021-ci il yazılmışdır ki, bu da icra qeydinin 6 gün müddətində aparılması anlamına gəlir. İcra qeydində qeyd edilmişdir ki, ondan tələbkar Maraqlı şəxs xeyrinə 3M-362 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5250 manat 00 qəpik (beş min iki yüz əlli manat sıfır qəpik) tutulsun. İddia ərizəsinə surətini əlavə etdiyi Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 3M-362 saylı xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin 1-ci bəndinə uyğun olaraq, borc məbləği 5000 (beş min) manat qeyd edilmişdir. Həmçinin, 4-cü bəndində tərəflərin kreditin faizsiz verilməsini şərtləndirməsi qeyd edilmişdir. Lakin buna baxmayaraq, notarius icra qeydində 5250 manatı əsassız olaraq qeyd etmişdir. Lakin icra qeydi aparılmış kredit müqaviləsi üzrə tələb mübahisələdir. Belə ki, tərəflər arasında Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 3M-362 saylı xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi bağlanmamışdan 7 dəqiqə əvvəl həmin notarius tərəfindən 4Ə-109 reyestr nömrəsi ilə təsdiq edilmiş və eyni tərəflər arasında xx.xx.2020-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsində alıcı o, satıcı isə mülkiyyətçi X5 əvəzinə etibarnamə ilə Maraqlı şəxs olmuşdur. Onlar arasında əsl razılaşmanın mahiyyəti ondan ibarət olmuşdur ki, satıcı 4.0101 ha torpaq sahəsinə satmağı və alıcı yəni o, torpağı 45000 manata almağı öz öhdəsinə götürmüşdür. Lakin torpağın sənəddə olan sahəsi ilə faktiki sahəsi arasında fərq yarandığından müqaviləni bağlamaqdan imtina etmək istəmişdir. Onlar müqavilə bağlansın deyə onunla belə razılaşmışlar ki, torpağın faktiki sahəsini sənəd üzrə olan sahəyə qısa müddət ərzində uyğunlaşdıracaqlar və 4.0101 ha ərazi faktiki onun mülkiyyətində olan kimi onlara 5000 manat pul verəcəkdir. Həmin kredit onunla bu razılaşmanı pərdələmək üçün bağlanmışdır. Lakin qeyd edi ki, bu günə qədər onlar öz vədlərinə əməl etməyiblər və əlavə olaraq bu 5000 manatı ondan borc kimi tələb edirlər. Həmin gün onun üzərində 45000 manat ola-ola niyə Bəxtiyar adlı şəxsdən 5000 manat pul alsın ki? Notariusun depozit hesabına qoyulmuş 5000 manat onun öz pulu olmuşdur və hər iki müqaviləni təsdiq edən notarius İlham Məmmədov da bütün bunlardan məlumatlı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin nümayəndəsinin və Maraqlı şəxs iştirakı olmadan baxmağı məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (AZE ********, xx.xx.2015 00:00- Asan3-1; FİN: xxxxxxx; d/t: xx.xx.1965) xeyrinə Abşeron, Saray qəs 20 Yanvar küç 4,4) ünvanında qeydiyyatda olan İddiaçı (AZE ********, xx.xx.2018- Asan-Sumqayıt 2, FİN: xxxxxxx; d/t: xx.xx.1977) 3M-362 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5250 manat 00 qəpik (beş min iki yüz əlli manat sıfır qəpik) tutulmalıdır. Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumunun (haqq) olmaqla cəmi 5270 manat 00 qəpik (beş min iki yüz yetmiş manat sıfır qəpik) pulun tutulması təklif edilmişdir. Həmin icra qeydi xx.xx.2021-ci il tarixdə aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Müslümov X4 Namiq İdris oğluna xx.xx.2020-ci il tarixədək faizsiz 5000 (beş min) manat məbləğində borc pul vermişdir. İş materiallarında olan X5 əvəzinə Maraqlı şəxs ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli, AN- № ******* seriyalı Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Hacıəlibəy kəndi ünvanında yerləşən ümumi sahəsi 4.0101 ha olan torpaq sahəsini 40000 (qırx min) manata İddiaçı satmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən icra işinin materiallarında olan notariat icra qeydi barədə Maraqlı şəxs tərəfindən verilən xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ərizəçi 5000 manat borcun və 5% 250 manat faizin tutulması üçün icra qeydinin verilməsini xahiş edir. Yenə orada olan Maraqlı şəxs tərəfindən verilən xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, kreditor icra qeydinin verilməsi barədə borcluya məlumat vermişdir.Bu barədə xx.xx.2021-ci il tarixli yollayış çeki iş materiallarındadır. Lakin, bildirişin borclu tərəfindən qəbul edilib-edilməməsi barədə işdə hər hansı məlumat yoxdur. İddiaçının əsas dəlillərindən biri bu olmuşdur ki, icra qeydinin aparılmasına və pul tələbinə dair nə tələbkar, nə də notarius tərəfindən ona heç bir rəsmi məlumat verilməmişdir. Notariat haqqında Azərbaycan Respublikasının qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu müddəa həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndində də qeyd edilmişdir. Lakin, iş materiallarından göründüyü kimi tələbkar tərəfindən icra qeydinin verilməsi barədə borcluya bildiriş göndərilsə də, bunun borclu tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. Həmçinin İcra qeydinin aparılmasına dair iki fərqli tarix qeyd edilmişdir, icra qeydində tarix xx.xx.2021- ci il, aparılma tarixi isə xx.xx.2021 -ci il yazılmışdır ki, bu da icra qeydinin 6 gün müddətində aparılması anlamına gəlir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin tələblərinə uyğun olaraq İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. İcra qeydində iki fərqli tarixin qeyd olunması “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin tələblərinə uyğun deyildir. İcra qeydində qeyd edilmişdir ki, borcludan, tələbkar Maraqlı şəxs xeyrinə 3M-362 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5250 manat 00 qəpik (beş min iki yüz əlli manat sıfır qəpik) tutulsun. İddia ərizəsinə surətini əlavə etdiyim Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 3M-362 saylı xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin 1-ci bəndinə uyğun olaraq, borc məbləği 5000 (beş min) manat qeyd edilmişdir. Həmçinin, 4-cü bəndində tərəflərin kreditin faizsiz verilməsini şərtləndirməsi qeyd edilmişdir. Lakin buna baxmayaraq, notarius icra qeydində 5250 manatı əsassız olaraq qeyd etmişdir. Bu hal da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü bəndinin tələbini pozur. Həmin qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu; haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, icra qeydi yuxarıda qeyd edilən maddi hüquq normalarəının tələblərinin pozulması ilə verildiyindən iddia tələbi əsaslı hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayonu 1 saylı notariat ofisinin xüsusi X2 8İ-10247 reyestr nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumuna görə pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Abşeron Rayonu 1 saylı notariat ofisinin xüsusi X1 8İ-10247 reyestr nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilsin İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumuna görə pul cavabdehdən tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar