Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-695/2023 20.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «payların naturada ayrılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,1705 ha torpaq sahəsi və üzərində 1-mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 41.61 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, səhhətiylə bağlı problem olduğundan, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində 0,1705 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 41.61 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi 1/2 hissədə ümumi paylı mülkiyyət hüququ əsasında onunla Cavabdeh mülkiyyətindədir. Cavabdeh ilə sabiq ər-arvad olmuşlar. 2011-ci ildə Culfa Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh ilə aralarındakı nikah pozulmuşdur. Nikahın pozulması Culfa Rayon Qeydiyyat şöbəsində qeydiyyata alınaraq AZ-İ № 152190-olan nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh hazırkı mübahisəni-paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi barədə öz aralarında qarşılıqlı razılaşmanın əldə olunması üçün təklif göndərilmiş və mediasiya sessiyasında iştiraka dəvət edilmişdir. Cavabdeh hazırkı mübahisənin həlli ilə bağlı hər hansı razılıq barədə təklif verməyəcəyini bildirmiş və mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında göstərilir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Həmçinin həmin qərarda qeyd olunur ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka(əşyaya) sərbəst surətdə sahib ola bilər və ona dair sərəncam verə bilər, ona mənsub əmlak barəsində ö/ mülahizəsi ilə hərəkətləri edə bilər,...» Mülkiyyət hüququ-subyektin dövlət tərəfindən tanınan və qorunan hüququdur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi). Cavabdeh ilə 1/2 hissədə paylı mülkiyyətlərində olan Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,1705 ha torpaq sahəsi və üzərində 1-mərtəbəli, 2 otaqlı, 41.61 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin orta bazar qiyməti 10000 manat təşkil etməkdədir. ünvan 2 ünvanında yerləşən 0,1705 ha torpaq sahəsi və üzərində 1-mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 41.61 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin 1/2 hissədə ümumi paylı mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Naxçıvan MR, Naxçıvan şəhəri, Qaraçuq kəndi,1-ci küçə, ev33 ünvanında yerləşən 0,1705 ha torpaq sahəsi və üzərində 1-mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 41.61 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin evinin 19 avqust 2008-ci il tarixdə texniki pasportu tərtib edilmişdir. Cavabdeh hazırkı mübahisəni paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi barədə öz aralarında qarşılıqlı razılaşmanın əldə olunması üçün təklif göndərilmiş, lakin Nəbi Xalıqveriyev ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə xx.xx.2022-ci il tarixli arayış və 50 manat mediasiya xərcini onun ödədiyinə dair qəbz verilmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, hazırki iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,1705 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 41,61 m2 olan fərdi yaşayış evi hüquq sahibləri olan Cavabdeh adına ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və hüquq sahiblərinin hər birinin həmin əmlaka payları 1/2 hissədə müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 178 saylı, 28 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 0,1705 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 41,61 m2 olan fərdi yaşayış evindən İddiaçı məxsus 1/2 hissəsi olan payın və Cavabdeh məxsus 1/2 hissəsi olan payın naturada təcrid olunmuş qaydada bölünməsi İnşaat Norma və Qaydaları 22.08.01.89*-un (СНиП 2.08.01.89* “Жилые эдания”) 1.1., 2.2., 2.4., 2.9 bəndlərində və metodik vəsaitdə (Məmmədov M.N “Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları” Bakı-2008) bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb və bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-695/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 178 saylı, 28 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 0,1705 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 41,61 m2 olan fərdi yaşayış evindən İddiaçı məxsus 1/2 hissəsi olan payın və Cavabdeh məxsus 1/2 hissəsi olan payın naturada təcrid olunmuş qaydada bölünməsi İnşaat Norma və Qaydaları 22.08.01.89*-un (СНиП 2.08.01.89* “Жилые эдания”) 1.1., 2.2., 2.4., 2.9 bəndlərində və metodik vəsaitdə (Məmmədov M.N “Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları” Bakı-2008) bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki işdən görünür ki, tərəflərin mübahisələndirdiyi ünvan 2 ünvanında yerləşən 0,1705 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 41,61 m2 olan fərdi yaşayış evinin paylara uyğun olaraq naturada, təcrid olunmuş şəkildə bölünməsi mümkün deyildir, bu hal iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 178 saylı, 28 fevral 2023-cü il tarixli ekspert rəyi ilə təstiq olunur və həmin rəyi təkzib edəcək digər sübut müəyyən edilməmişdir. Qanun isə paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququnun olmasını, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olmasını təsbit edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən 0,1705 ha torpaq sahəsi və üzərində 1mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 41.61 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada bölünməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-695/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-695/2023
20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver