Məhkəmə qərarları › İş №2(012)-7001/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7001/2021

03.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7001/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdehnə qarşı “qətnamənin tam icra olunmamasının qanunsuz hesab edilməsi və cavabdehin hərəkətləri barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün müvafiq prokrorluğa göndərilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı nümayəndəsi Cavabdehnə qarşı “qətnamənin tam icra olunmamasının qanunsuz hesab edilməsi və cavabdehin hərəkətləri barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün müvafiq prokrorluğa göndərilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 yanvar 2014-cü il tarixli qətnaməsinin tam icra olunmaması qanunsuz hesab edilməsi, cavabdehin hərəkətlərində cinayət əməlinin əlamətləri olduğu üçün xüsusi qərardad qəbul edilməsi və araşdırılması üçün müvafiq prokrorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdehnə qarşı məhkəməyə müraciət etmiş olduğu “qətnamənin tam icra olunmamasının qanunsuz hesab edilməsi və cavabdehin hərəkətləri barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün müvafiq prokrorluğa göndərilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. Çünki, bu tələb üçün məhkəməyə müraciət - iddia ərizəsi ilə deyil (yəni, iddia icraatı qaydasında deyil), "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib edilmiş şikayətlə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim iddia ərizəsini qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya verilməli və ya göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 231, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qətnamənin tam icra olunmamasının qanunsuz hesab edilməsi və cavabdehin hərəkətləri barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün müvafiq prokrorluğa göndərilməsi” tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar