Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7016/2025 11.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh, Abşeron rayon prokuroru Qabil Qasımov və Cavabdeh baş müstəntiqi Faiq Sultanova qarşı «cavabdehlər tərəfindən edilmiş hərəkətlərin qanunsuz olmasının tanınması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, həmçinin belə qanunsuz hərəkətlərin gələcəkdə təkrarlanmaması» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, МÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh, Abşeron rayon prokuroru Qabil Qasımov və Cavabdeh baş müstəntiqi Faiq Sultanova qarşı «cavabdehlər tərəfindən edilmiş hərəkətlərin qanunsuz olmasının tanınması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, həmçinin belə qanunsuz hərəkətlərin gələcəkdə təkrarlanmaması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sistemində daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Odur ki, hazırki iddia tələbi cavabdehlər tərəfindən edilmiş hərəkətlərin qanunsuz olmasının tanınması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, həmçinin belə qanunsuz hərəkətlərin gələcəkdə təkrarlanmaması ilə bağlı olduğundan hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı müvafiq prokurorluq orqanı və prokurorluq işçisinin hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz hərəkətlər nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə inzibati qaydada müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh, Abşeron rayon prokuroru Qabil Qasımov və Cavabdeh baş müstəntiqi Faiq Sultanova qarşı «cavabdehlər tərəfindən edilmiş hərəkətlərin qanunsuz olmasının tanınması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, həmçinin belə qanunsuz hərəkətlərin gələcəkdə təkrarlanmaması» barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya müvafiq prokurorluq orqanı və prokurorluq işçisinin hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz hərəkətlər nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə inzibati qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-7016/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7016/2025
11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver