Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-708/2025 24.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəh., Xırdalan şəh., 27-ci məh, ev.6, ünvanında yerləşən 75 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəh., 27-ci məh, ev.6 ünvanında yerləşən 75 saylı mənzil Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh olan Cavabdeh onun doğma qızıdır. Doğma qızı olmasına baxmayaraq artıq 13 ildir ki, sözügedən ünvanda yaşamır. Qızı Cavabdeh xx.xx.2011-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında inşa edilmiş Gənclər şəhərciyinin 1 saylı binasında ümumi sahəsi 67.85 kv metr olan 2 otaqlı, 10 saylı mənzilinə dair cavabdehin adına alqı-satqı müqaviləsi bağlayaraq pulu onun tərəfindən tam şəkildə ödənilmiş və bu barədə sözügedən Akkord Sənaye Tikinti İnvestisiya Kooperasiyası ASC, X3 MMC tərəfindən mənzilin pulunun tam şəkildə ödənilməsi ilə bağlı xx.xx.2011-ci il tarixdə 5656 nömrəli maliyyə arayışı verilmişdir. Həmin sənədləri ərizəyə əlavə edir. Cavabdeh ona məxsus olan ünvan 4 ünvanında olan qeydiyyatı formal xarakter daşıyır. Sonuncunun təqsiri üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən evinə o, istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi surətdə pozulması deməkdir. Bu səbəbdən də, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirdi ki, cavabdeh olan qızı Cavabdeh 2007-ci ildə ailə həyatı qurub. 2011-ci ildə qızının adına “Akkord” –dan ev almışdır. Həmin evin sənədlərinin əsli də ondadır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11261 reyestr nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 6 ünvanında yerləşən 5 otaqlı 75 saylı mənzil Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, reysterdə 4Ə-4-461 sayla qeydə alınmış müqavilə əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* №-li arayışdan görünür ki, Əliyev X12 rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 6, mənzil 75 ünvanında qeydiyyatdadır, həmin mənzildə Cavabdeh, X15, X8, X13, X5, X9, X16, X6, X10 qeydiyyatdadırlar. İşdə olan nikahın pozulması haqqında AZ-İ 468996 saylı şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasındakı nikahın pozulması aktı xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 13378 №-li, xx.xx.2011-ci il tarixli alğı-satqı müqavilədən görünür ki, satıcı «X3» MMC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7.km inşa etdirdiyi 1 saylı binanın 84 blok, 10 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 67,85 kv.metr olan mənzili alıcı X1, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, N 5656 saylı maliyyə arayışından görünür ki, X17 Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 84-blok, 3-cü mərtəbədə 67,85 kv.m ümumi sahəsi olan 10 saylı mənzilin ümumi dəyəri 20355 manat tam ödənilmişdir və heç bir borcu yoxdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1797/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesinin 7- ci km-də inşa edilmiş 1 saylı binanın 84-cü blokunda, ümumi sahəsi 67,85 kv.m olan 2 otaqlı 10 saylı mənzilində X2 və Cavabdeh hər birinin payı ½ hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2024-cü il tarixli, 601 saylı arayışından görünür ki, Adışova X14 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 6, ünvanında yerləşən 75 saylı mənzildə qeydiyyatda olmağına baxmayaraq 2011-ci il tarixdən göstərilən ünvanda yaşamır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən alınmış və onun adına qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının qızıdır və o, artıq uzun müddətdir, yəni 2011-ci ildən həmin mənzildə yaşamır. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 7 ünvanında yerləşən 75 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2002-ci ildə yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin qərardan görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. İşdən görünür ki, Cavabdeh uzun müddətdir ki, mübahisəli evdə yaşamır. İşdən, həmçinin görünür ki, Cavabdeh mübahisəli yaşayış sahəsinə ehtiyacı yoxdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1797/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesinin 7- ci km-də inşa edilmiş 1 saylı binanın 84-cü blokunda, ümumi sahəsi 67,85 kv.m olan 2 otaqlı 10 saylı mənzilində X2 və Cavabdeh hər birinin payı ½ hissədə müəyyən edilməsi qət edilmişdir. Belə olan halda cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzildə istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin istifadə hüquqularının saxlanılması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh ünvan 7 ünvanında yerləşən 75 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab olunmaqla həmin hüquqa xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 7 ünvanında yerləşən 75 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-708/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-708/2025
24.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver