Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-721/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Kazımovun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Alakhverdıevin, cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1268 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1298,40 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Araz Alakhverdıev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 20.08.2016-cı il tarixdə idarə etdiyi “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində təhlükəsizlik qaydalarına əməl etməyərək X4 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X4 maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin KYP 490192 nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. 09.09.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3085 manat zərər təyin edilmişdir. RK-PAT ********** saylı sığorta müqaviləsinin 030590 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 3085 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin İcbari sığorta Şirkəti “xxxx” Dövlət Sığorta Şirkəti subroqasiya qaydasında dəymiş zərərin 1817 manatını “İddiaçı Sığorta Şirkəti” ASC-nə ödəmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmişdir. Odur ki, X4 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1268 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1298,40 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkəti ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 20.08.2016-cı il tarixdə idarə etdiyi “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində təhlükəsizlik qaydalarına əməl etməyərək X4 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X4 maddi ziyan vurmuşdur. 09.09.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3085 manat zərər təyin edilmişdir. RK-PAT ********** saylı sığorta müqaviləsinin 030590 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 3085 manat sığorta ödənişi həyata keçirmişdir. “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Dövlət Sığorta Şirkətində mülki məsuliyyətin İcbari sığorta növü ilə sığortalı olduğundan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 3085 manat “xxxx” Dövlət Sığorta Şirkətindən subroqasiya qaydasında tələb olunmuş, lakin “xxxx” Dövlət Sığorta Şirkəti 1817 manat sığorta ödənişi həyata keçirmişdir. Göründüyü kimi, “xxxx” Dövlət Sığorta Şirkəti qanunla üzərinə düşən öhdəliyi tam icra etməməsi səbəbindən cavabdeh qismində cəlb edilməlidir. Bu səbəbdən, ümumi zərər məbləğindən ödənilmiş 1817 manat çıxılmaqla qalıq 1268 manat “Opel Astra” markalı, **- UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyətin İcbari sığorta növü ilə sığortalanmış “xxxx” Dövlət Sığorta Şirkətindən və Cavabdeh1 tutulmalıdır. Odur ki, “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1268 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1298,40 manat məbləğində pulun cavabdehlər “xxxx” Dövlət Sığorta Şirkətindən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Araz Alakhverdıev izahatına əlavə olaraq bildirdi ki, sığorta müqaviləsinə əsasən sığortaçının sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək öhdəliyi əks olunmuş və belə ödənişdən sonra zərər vurana münasibətdə iddiaçının subroqasiya hüququ yaranmışdır. İddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Bu səbəbdən, iddiaçının hazırki tələbi üzrə iddia müddəti üç il deyil, ümumi iddia müddəti 10 illik tətbiq olunmalıdır. Odur ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı “İddiaçı Sığorta” ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, 20.08.2016-cı il tarixdə “xxxx” Dövlət Sığorta Şirkətində icbari qaydada sığorta olunmuş “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “İddiaçı Sığorta” ASC-də sığortalanmış “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi 2016-cı ildə baş verdiyi üçün “İddiaçı Sığorta” ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı tələb hüququ 2016-cı il tarixində yaranmasına baxmayaraq, iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il buraxılmış və daha sonra məhkəməyə müraciət olunmuşdur. Odur ki, qanunvericiliyin tələbini nəzərə alaraq, iddiaçı “İddiaçı Sığorta” ASC-nin iddia tələbi ilə bağlı “xxxx” Dövlət Sığorta Şirkətinə aid hissədə 3 illik iddia müddəti tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəyini nəzərə alaraq məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: RK-PAT ********** saylı 06.04.2016-cı il tarixli sığorta şəhadətnaməsindən görünür ki, X4 məxsus “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil 08.04.2016-cı il tarixdən başlayaraq, 07.04.2017-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. PDS **********, seriya AD 841748 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 məxsus “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.03.2016-cı il tarixdən başlayaraq, 03.03.2017-ci il tarixədək “xxxx” Dövlət Sığorta Şirkəti Qaradağ filialı tərəfindən sığortalanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin 20.08.2016-cı il tarixdə tərtib etdiyi KYP 490192 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında təhlükəsizlik qaydalarına riayət etməmiş, nəticədə qapını açaraq soldan düzünə hərəkətdə olan X4 məxsus “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ona maddi zərər yetirmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 09.06.2016-cı il tarixli, 030590 saylı sığorta aktından görünür ki, “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş, akt tərtib olunmuş və avtomobilə 3085 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. 050958 saylı, 09.09.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan görünür ki, X4 məxsus sığortalanmış “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 3085 manat müəyyən edilmişdir. 3700 saylı, 19.09.2016-cı il tarixli məxaric xəzinə orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 09.06.2016-cı il tarixli, 030590 saylı akta əsasən sığorta ödənişinə görə 3085 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 27 mart 2014-cü il tarixli, AC № 222924 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Cadenza” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 09 iyul 2015-ci il tarixli, AC № 478151 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyatdan keçmişdir. 09.07.2015-ci il tarixli, ƏN-İİİ 498367 saylı etibarnamənin surətindən görünür ki, X5 həmin etibarnamə ilə “Opel Astra” markalı, **-UU-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi 17.02.2020-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. 12.01.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 sığortaya olan borcunu 7 gün müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. X5 həmin etibarnamə ilə “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi 17.02.2020-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. Göründüyü kimi, aparılan hüquqi prosedurların nəticəsində Cavabdeh1 baş vermiş hadisədə təqsiri sübuta yetmiş və “Opel Astra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X5 tərəfindən Cavabdeh1 4 illik müddətə etibar edilmiş, sonuncunun təqsirli hesab edildiyi yol nəqliyyat hadisəsi isə həmin müddət daxilində baş vermişdir. Belə olan halda mülki qanunvericiliyin tələblərini rəhbər tutmaqla, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi avtomobilin mülkiyyətçisinə deyil, onu hadisə zamanı qanuni əsaslarla idarə etmiş şəxsə - Cavabdeh1 münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından da məlum olduğu kimi, İddiaçı Sığorta Şirkəti ASC baş vermiş hadisə ilə əlaqədar sığorta müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini yerinə yetirərək lazım olan məbləğdə sığorta ödənişi etmiş və nəticədə onun subroqasiya hüququ yaranmışdır. Cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətinin nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək, iddiaçı “İddiaçı Sığorta” ASC-nin iddia tələbi ilə bağlı “xxxx” Dövlət Sığorta Şirkətinə aid hissədə 3 illik iddia müddəti tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə hesab edir ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Yəni, iddiaçı hazırkı iddia tələbi üzrə qanunda nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Buna görə də məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və “xxxx” Dövlət Sığorta Şirkətindən müştərək qaydada 1268 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30,40 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və “xxxx” Dövlət Sığorta Şirkətindən müştərək qaydada 1268 (min iki yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1298,40 (min iki yüz doxsan səkkiz manat, qırx qəpik) manat pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-721/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-721/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver