Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-737/2022 04.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı və onun nümayəndəsi X6, Cavabdeh "xxxx" MTK-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı «ailə başçısının ölümünə görə ödəncin ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-da fəhlə vəzifəsində işləmiş X2nun 22.08.2017-ci ildə işlədiyi "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılaraq istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar 22.08.2017-ci il tarixdən onun 18 yaşının tamam olduğu 09.09.2019-cu il tarixinə kimi hesablanmış 3932,44 manat ödəncin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, X2 22.08.2017-ci ildə işlədiyi "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdir. Buna görə də "xxxx" MTK-nın iş icraçısı vəzifəsində işləyən X23 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Abşeron rayon Məhkəməsinin 1(012)- 409/2017 saylı, 12 dekabr 2017-ci il tarixli hökmü ilə X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, "xxxx" MTK-da fəhlə vəzifəsində işləmiş X12 22.08.2017-ci il tarixdə işlədiyi müəssisədə istehsalat qəzası nəticəsində vəfat etmişdir. X2 vəfat edəndə onun 15 yaşı var idi və o, atasının himayəsində yaşamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci bəndinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Lakin bugünə qədər "xxxx" MTK tərəfindən ona heç bir ödənc verilməmişdir. O, 04.10.2021-ci il tarixli ərizə ilə "xxxx" MTK-ya müraciət edərək “Xalq MTK-da fəhlə vəzifəsində işləmiş X2nun 2017-ci ildə işlədiyi "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılaraq istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar 22.08.2017-ci tarixdən onun 18 yaşının tamam olduğu 09.09.2019-cu il tarixinə kimi hesablanmış ödəncin verilməsinə qərar verilməsini xahiş etmişdir. Ərizəsini Azərpoçt MMC-nin Azərekspresspoçtu vasitəsi ilə "xxxx" MTK-nın Vergilər idarəsində qeydiyyata alınmış Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, ev 4-ün, 1-ci mərtəbəsi, M.hüseynzadə küçəsi ünvanına göndərmişdir. Lakin Azərekspresspoçt xidməti "xxxx" MTK-nın həmin ünvanda olmaması səbəbi ilə ərizəsini geri qaytarmışdır. "xxxx" MTK-nın ona ödəməli olduğu ödəncin məbləği 2017-ci il üzrə 4 ay 9 gün-686,44 manat, 2018-ci il üzrə 12 ay tam 1920 manat, 2019-cu il üzrə 8 ay 9 gün üçün 1326 manat-cəmi 3932,44 manat təşkil edir. Ona görə də hesab edir ki, "xxxx" MTK-da fəhlə vəzifəsində işləmiş X2nun 22.08.2017-ci ildə işlədiyi "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılaraq istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar 22.08.2017-ci il tarixdən onun 18 yaşının tamam olduğu 09.09.2019-cu il tarixinə kimi hesablanmış 3932,44 manat ödəncin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində deyilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 35-ci maddəsində deyilir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən, aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki ona aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X14 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh "xxxx" MTK-nin nümayəndəsi X15 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, iddia tələbi barədə Cavabdeh MTK-ya iddiaçı tərəfdən hər hansı bir müraciət daxil olmamışdır, hüquqi ünvanı da iddia ərizəsinə əlavə edilmiş kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında olduğu kimidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatınınaparılmasını təşkil edir. Belə ki, Cavabdeh işçisi X4 2017-ci il 22 avqust tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” na əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” 23.08.2017-ci il tarixli, 97-T nömrəli əmri ilə təhqiqat komissiyası yaradılmışdır. Cavabdeh fəhləsi X4 22 avqust 2017-ci il tarixdə, saat 11:00 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat Aktının 3-cü bölməsinə əsasən Təhqiqatın gedişində hadisə yerinə baxışdan və alınmış izahatlardan məlum olmuşdur ki, fəhlə S.Əliyev inşa edilən yaşayış binasının 14-cü mərtəbəsinin içərisində sökülmüş qəlib taxtalarından və diklərdən mismarların çıxarılması işlərini görərkən mərtəbənin çıxıntı kənar hissəsinə 5-10 sm ölçüdə olan taxtaların üzərinə vurulmuş qoruyucu dikin üzərinə çıxmış və öz təhlükəsizliyini təmin etmədən ehtiyyatsızlığı nəticəsində boşluq hissədən müvazinətini itirərək hündürlükdən yaşayış binasının avtodayanacaq (qaraj) yerləşən açıq giriş hissəsinin beton döşəməsinin üstünə düşərək müxtəlif dərəcəli ağir bədən xəsarətləri alaraq ölmüşdür. Bədbəxt hadisənin səbəbləri kimi S.Əliyevin Cavabdeh rəhbərliyi tərəfindən təsdiq edilmiş “Fəhlə üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə 10 nömrəli peşə təlimatı”nın, “iş vaxtı texniki təhlükəsizlik tədbirləri bölməsi’’nin 5-ci bəndinin (Əməyin təhlükəsizliyi və norma qaydalarına riayət edir), 9-cu “Qadağandır" bəndinin 2-ci abzasının (İş sahəsi olmayan təhlükəli yerə keçmək, çəpərlənmiş sahələrə yaxınlaşaraq söykənmək və onların üzərinə çıxmaq) tələblərinə əməl etməməsi göstərilmişdir. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyində qeyd olunmuşdur ki, Təhqiqat komissiyası aktın 4-cü bölməsinə əsasən fəhlə X3 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin baş verməsində Cavabdeh rəhbər vəzifəli şəxslərinin cavabdehliyini müəyyən etməmişdir. X4 ölümü ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2. bəndinə əsasən istehsalat xarakterlidir, "İZ” formalı aktla rəsmiləşdirilməsi və Cavabdeh MTK tərəfindən uçota alınması qərara alınmışdır. Cavabdeh MTKnın sədri C.M.Əliyev tərəfindən təsdiq edilmiş “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 01 saylı ”İZ” formalı Aktın 11-ci bəndinə əsasən bədbəxt hadisənin təfsilatı aşağıdakı kimi xarakterizə olunmuşdur: “22 avqust 2017-ci il tarixdə səhər saat 08 radələrində usta-briqadir Nahid Xamayev, anbardar Hikmət Həsənov, kran operatoru İnkişaf Babayev, qəlibçilər Behbud Behbudov, Zaur İbrahimov, dəmirçilər Xalid Mehdiyev, Şamil Əliyev, fəhlələr Vaqif Ağayev, Əlizaman Bəşirov, yeni işə gəlmiş fəhlə Süleyman Əliyev və digər işçilər işlədikləri tikintiyə işə gəlmişlər. Həmin tikintidə iş icraçısı işləyən Aydın Quliyev əvvəlki gün MTK rəhbərliyindən səhhəti ilə əlaqədar səhər saatlarında xəstəxanaya gedəcəyi üçün 2-3 saatlıq icazə almışdır. O həmin gün təxminən saat 08:00 radələrində usta-briqadir N.Xamayevin mobil telefonuna zəng edib səhhəti ilə əlaqədar xəstəxanaya gedəcəyini bildirmiş, əvvəlki günlərdə aşağı mərtəbələrdə görülən işlərin davam etdirilməsini, 14-cü mərtəbədə sütun və pərdələrdən sökülmüş qəlib taxtalardan və diklərdən mismarlarının çıxarılmasını, 15-ci mərtəbədə isə beton tökülməsi üçün sütun və pərdələrin qəliblərinin qurulması işlərini izah edib, müvafiq tapşırıqlarını vermişdir, işçilər tikintinin 1-ci mərtəbəsindəki soyunub-geyinmə otağında iş paltarlarını geyinib meydançaya yığışmışlar. N.Xamayev işçilərə, o cümlədən yeni işə gəlmiş fəhlə S.Əliyevə “Günlük SƏTƏM” təlimatı keçmiş və sonra iş yerində texniki təhlükəsizlik qaydaları üzrə ilkin (təkrar) təlimatı verib qeydiyyat jurnalında imza etdikdən sonra işə başlamalarına icazə vermişdir, işçilərin bir qismi işlədikləri mərtəbələrə getmiş, N.Xamayev isə Z.İbrahimov, B.Behbudov, Ə.Bəşirov və S.Əliyevlə birlikdə FMV-ni və iş alətlərini götürüb pilləkənlərlə 14-cü mərtəbəyə qalxmışlar. Həmin mərtəbədə əvvəlki gündə sökülmüş qəlib taxtalardan və diklərdən mismarların çıxarılmasını S.Əliyevə tapşırıb oradan 15-ci mərtəbəyə qalxmışlar. N.Xamayev 15-ci mərtəbədə beton tökülməsi üçün əvvəlcədən sütunların, kəmərlərin və pərdələrin qəliblərinin qurulması işlərini Z.İbrahimov, B.Behbudov, Ə.Bəşirova tapşırmış, özü isə aşağı mərtəbələrə düşüb görülən işlərə nəzarət etmişdir. O, mərtəbələrdə işləyən işçilərə müvafiq tapşırıqlarını verib, yenidən 14-cü mərtəbəyə S.Əliyevin yanına gəlmişdir. O, mərtəbənin içərisində sökülmüş qəlib taxtalardan və diklərdən mismarların çıxarılmasını işini görürmüş, N.Xamayev sonradan 15-ci mərtəbəyə çıxmış və həmin vaxtlarda iş icraçısı A.Quliyev onun mobil telefonuna zəng edib işlərin necə getdiyi ilə maraqlanmışdır. Təxminən saat 11:00 radələrində aşağı mərtəbədə işləyən işçilərin qışqırıq səsinə kiminsə 14-cü mərtəbədən yıxıldığını eşitmişlər. Onlar dərhal 1-ci mərtəbəyə, ordan isə çölə çıxıb binanın avtodayanacaq (qaraj) yerləşən açıq giriş hissəsinin beton döşəməsinin üstündə fəhlə S.Əliyevin ölümcül vəziyyətdə qaldığını görürülər. N.Xamayev dərhal tikinti rəhbərliyinə hadisə barədə məlumat verib S.Əliyevin öldüyünü demişdir. Məlumat almış hüquq-mühafizə orqan işçiləri tikinti sahəsinə gəlmiş və hadisə yerini müayinə edib meyiti “MTE və PA” ETT Birliyinin Yasamal rayon şöbəsinin meyitxanasına aparmışlar. S.Əliyevin meyiti müayinə edildikdən sonra dəfn olunması üçün yaxınlarına verilmişdir. Həmin ”İZ” formalı Aktın 11.1-ci bəndinə əsasən bədbəxt hadisənin səbəbləri kimi S.Əliyevin Cavabdeh rəhbərliyi tərəfindən təsdiq edilmiş “Fəhlə üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə 10 nömrəli peşə təlimatının 3, “İş vaxtı texniki təhlükəsizlik tədbirləri bölməsi” nin 5-ci bəndinin (Əməyin təhlükəsizliyi və norma qaydalrına riayət edir), 9-cu “Qadağandır” bəndinin 2-ci abzasının (iş sahəsi olmayan təhlükəli yerə keçmək, çəpərlənmiş sahələrə yaxınlaşaraq söykənmək və onların üzərinə çıxmaq) tələblərinə əməl etməməsi göstərilmişdir. Həmin ”İZ” formalı Aktın 12-ci bəndinə əsasən Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər yoxdur qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” nın 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.9-cu bəndinə əsasən bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş verinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. X12 elə həmin gün yəni, 22.08.2017ci il tarixdə "xxxx" MTK-va fəhlə ştatına qəbul edilmiş, cəmi 3 saat işləmişdir. Nəticə etibarilə, Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 1(012)-409/2017 saylı hökmü ilə X23 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş 01 il 06 ay müddətdə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə təqsirləndirilən şəxs qismində dindirilmiş X23 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində - o ilk dəfə olaraq ehtiyyatsızlıqdan az ağır cinayət əməli törətməsini, törətdiyi əməlindən səmimi peşmanlıq çəkməsini, zərəcəkmiş şəxsin hüquqi varisinə 15000 manat məbləğində maddi yardım etməsini, mərhumun dəfn və üzr mərasimlərində iştirak etməklə zərəcəkmiş şəxsin hüquqi varisi G.Əliyeva və mərhumun ailə üzvləri ilə barışıq əldə etdiyini göstərmişdir. Məhkəmə iclasında zərəçəkmis şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində təqsirləndirilən şəxs N.Xamayev hadisədən sonra onların bütün ailə üzvlərindən üzr istəyərək baş vermiş hadisəyə görə səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, mərhumun dəfn və üzr mərasimlərinə maddi yardım göstərmişdir. N.Xamayev barəsində hər hansı bir şikayət və tələbinin olmadığını, hadisənin ehtiyyatsızlıq nəticəsində baş verdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərəçəkmis şəxsin hüquqi varisi qismində dindirilmiş X9 notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Eləcə də, X6 (mərhum əri X3) vəfatı ilə əlaqədar təqsirləndirilən şəxs X23 tərəfindən vurulmuş maddi ziyanın əvəzi tam səkildə ödənilmişdir. Bununla əlaqədar olaraq təqsirləndirilən şəxs X18 qarşı heç bir maddi tələbləri və şikayətləri yoxdur. Gələcəkdə də olmayacaqdır. X8 (mərhum X2) 22 avqust 2017-ci il tarixdə yeni inşa olunan vasayış binasından yıxılaraq vəfat etmişdir. Atasının vəfatı ilə əlaqədar olaraq X23 tərəfindən vurulmuş zərərin əvəzi olaraq, yas və dəfn xərcləri qarşılanmışdır. Təqsirləndirilən şəxs X18 qarsı hec bir şikayəti və tələbim yoxdur. İddiaçı iddia ərizəsinə əlavə etdiyi doğum haqqında şəhadətnaməsindən bəlli olur ki, məhkəməyə təqsirləndirilən şəxs X18 qarşı heç bir maddi tələbi və şikayətinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizəni təqdim edən şəxs, yəni Zamanova (Əliyeva) Təranə Fərman qızı iddiaçının anasıdır. Ehtimal ki, X16 da onun qardaşıdır. Məhkəmə hökmünə əsasən zərəçəkmis şəxsin yeganə hüquqi varisi qismində X9 tanınmışdır və öz ifadəsində qeyd etmişdir ki, “mərhum atası Süleyman Əliyev onun anası ilə ailə qurmazdan əvəl bir dəfə evli olmuş, birinci arvadından boşanmış, Xəyal da birinci arvadından olan oğludur. N.Xamavev barəsində hər hansı bir şikayət və tələbi yoxdur.” İddiaçı iddia ərizəsində vurğuladığı kimi atası vəfat edəndə 15 yası olmuş, atasının himayəsində olması isə nə istintaq (təhqiqat) materiallarında, nə də məhkəmə prosesi zamanı müəyyən olunmamışdır. Onun anası, Zamanova (Əliyeva) Təranə Fərman qızı mərhum Süleyman Əliyevdən boşanmış, oğlu İddiaçı da anasının himayəsində olmuş, anası isə onun qanuni nümayəndəsi olmaqla məhkəməyə yuxarıda göstərilən mətndə ərizə təqdim etmişdir. Həm də X3 vəfatı ilə əlaqədar təqsirləndirilən şəxs X23 tərəfindən vurulmuş maddi ziyanın əvəzi tam şəkildə ödənilibsə, iddiaçı MTK-dan nə istəyir...? Anlaşılan odur ki, İddiaçı hazırki istəkləri məhz şirkətdən pul qoparmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1-ci maddəsinə əsasən ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər. İddiaçı atasının himayəsində olmamış, habelə iddiaçı atasının öldüyü məqamda 15 yaşı tamam olduğuna görə əmək qabiliyyəti olmayan şəxs də hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46cı maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Demək ki, İddiaçı yaş həddinə görə əmək münasibətlərinin subyekti ola bilməsi onun əmək qabiliyyətinə malik olması anlamını ifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin" 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.4-cü maddəsinə əsəsən zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun isdən azad edilənədək əldə etdiyi qazanc və va həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Amma zərərçəkən X12 elə həmin gün yəni, hadisə baş verdiyi gün 22.08.2017-ci il tarixdə Cavabdeh MTK-ya fəhlə ştatına qəbul edilmiş, cəmi 3 saat işləmişdir. Göründüyü kimi, iddiaçı ödəncin məbləğini də düzgün hesablamamış, bu hesablamanı nəyə əsasən və hansı əsaslarla müəyyən etməsi absurd rəqəmlər olmaqla qanunsuzdur. AR Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı (X20 Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin ikinci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Təhqiqat komissiyası aktın 4-cü bölməsinə əsasən fəhlə X3 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin baş verməsində Cavabdeh rəhbər vəzifəli şəxslərinin cavabdehliyi müəyyən edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 1(012)-409/2017 saylı hökmü ilə təqsirli bilinmiş və cəzasını da almışdır. X23 öz əvəzində zərəçəkmiş şəxsin hüquqi varisinə 15000 manat məbləğində maddi yardım etmiş, mərhumun dəfn və üzr mərasimlərində iştirak etməklə zərəçəkmiş şəxsin hüquqi varisi G.Əliyeva və mərhumun ailə üzvləri ilə barışıq əldə etmişdir. Ailə üzvlərinin məhkəməyə ünvanladığı ərizələrdən də bəlli olur ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X23 tərəfindən istehsalat qəzası nəticəsində həlak olmuş işçi X3 ailə üzvlərinə və himayəsində olan digər şəxslərə dəymi zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ödənclər ödənmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-cı maddəsinə əsasən Bu Məcəllə ilə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin birinci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Lakin işçi Süleyman Əliyev vəfat etdiyi üçün onun hüquqi varisi Gülşanə Əliyeva, habelə İddiaçı və ya onun valideyni (qanuni nümayəndəsi) - anası Təranə Zamanova hesab etsəydi ki, hüquqları və ya qanunla qorunan mənafeyi pozulub, aşkar etdiyi gündən fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət etməli idi, lakin bu vaxtadək etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsihin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Habelə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cü maddəsinin dördüncü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən yəni, 22.08.2017-ci il tarixdən 4 ildən artıq müddət keçdiyi üçün demək o iddia müddətini də ötürmüş, iddia tələbinin müddətin keçməsi ilə əlaqədar iddia müddətini tətbiq etməklə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin beşinci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakı tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 27.1.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən Bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən "iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğg hşfda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: Bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; Hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasından keçməli idi. Nəzərə alınmalıdır ki, AR Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-409/2017 saylı, 12 dekabr 2017ci il tarixli hökmündən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və o, 01 il 06 ay müddətə dövlət və yerli, özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X17 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X23 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri, hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə məhkəmə təhlükəsizlik texnikası ekspertizasına xərclənmiş 100 manat məbləğində pul vəsaitinin X13 tutulub dövlət həfinə keçirilməsi, təqsirləndirilən şəxs X18 ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon hüquq məsləhətxanasının vəkili X19 müvafiq olaraq 20 manat məbləğində pulun Azərbaycar Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat kontorunda X16 tərəfindən yazılmış 04 noyabr 2017-ci il tarixli ərizədən görünür ki, mərhum X2 22 avqust 2017-ci il tarixdə yeni inşa olunan yaşayış binasından yıxılaraq vəfat etmişdir. Atasının vəfatı ilə əlaqədar olaraq X23 tərəfindən vurulmuş zərərin əvəzi olaraq, yas və dəfn xərcləri qarşılanmışdır. X1 qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat kontorunda X14 tərəfindən yazılmış 11 dekabr 2017-ci il tarixli ərizədən görünür ki, mərhum həyat yoldaşı X3 vəfatı ilə əlaqədar təqsirləndirilən şəxs X23 tərəfindən vurulmuş maddi ziyanın əvəzi tam şəkildə ödənilmişdir. Bununla əlaqədar olaraq təqsirləndirilən şəxs X18 qarşı heç bir maddi tələbləri və şikayətləri yoxdur. Gələcəkdə də olmayacaqdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı X2 22.08.2017-ci il tarixdə "xxxx" MTK-va fəhlə ştatına qəbul edilmiş, Cavabdeh işçisi X11, həmin gün, yəni 2017-ci il 22 avqust tarixində, saat 11:00 radələrində tikintidə təhlükəsizlik texnikası qaydlarının pozulması nəticəsində yüksək mərtəbəli binadan ehtiyatsızlıqdan yıxılaraq ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir.Baş vermiş hadisədə Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 1(012)-409/2017 saylı hökmü ilə Xalq-City” Mənzil Tikinti Kooperativində usta-briqadir işləmiş X23 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş 01 il 06 ay müddətdə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki,həmin cinayət işində X3 hüquqi varisi X10 tanınmış,təqsirləndirilən şəxs Xalq-City” Mənzil Tikinti Kooperativində ustabriqadir işləmiş X23 zərərçəkmişin hüquqi varisi və zərərçəkmişin digər ailə üzvləri ilə barışıq əldə etmiş,onlara dəymiş ziyanı tam ödəmişdir.Zərəçəkmis şəxsin hüquqi varisi X9, X16, eləcə də X14 (mərhum əri X3) vəfatı ilə əlaqədar təqsirləndirilən şəxs X23 tərəfindən vurulmuş maddi ziyanın əvəzi tam səkildə ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etmiş,təqsirləndirilən şəxs X18 qarşı heç bir maddi tələbləri və şikayətləri olmadığını, gələcəkdə də olmayacağını bildirmişlər. X8 (mərhum X2) 22 avqust 2017-ci il tarixdə yeni inşa olunan vasayış binasından yıxılaraq vəfat etmişdir. Atasının vəfatı ilə əlaqədar olaraq X23 tərəfindən vurulmuş zərərin əvəzi olaraq, yas və dəfn xərcləri qarşılanmışdır. Təqsirləndirilən şəxs X18 qarsı hec bir şikayəti və tələbim yoxdur.Beləliklə iddia ərizəsinə əlavə etdiyi doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, məhkəməyə təqsirləndirilən şəxs Xalq-City” Mənzil Tikinti Kooperativinin usta-briqadiri X18 qarşı heç bir maddi tələbi və şikayətinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizəni təqdim edən şəxs, yəni Zamanova (Əliyeva) Təranə Fərman qızı iddiaçının anası, yəni qanuni nümayəndəsi olmuşdur ki, bu hal da özü-özlüyündə Xalq-City” Mənzil Tikinti Kooperativinə qarçı tələbin olmamasını özündə ehtiva edir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 1(012)-409/2017 saylı, 12 dekabr 2017-ci il tarixli hökmünə əsasən zərəçəkmis şəxsin yeganə hüquqi varisi qismində X9 tanınmışdır və sonuncu həmin hökmdə öz ifadəsində qeyd etmişdir ki, “mərhum atası Süleyman Əliyev onun anası ilə ailə qurmazdan əvəl bir dəfə evli olmuş, birinci arvadından boşanmış, Xəyal da birinci arvadından olan oğludur.Lakin məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı atası vəfat edənə qədər atasının himayəsində olması ilə bağlı da hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə İddiaçı iddia ərizəsində və məhkəmədə izahatında "xxxx" MTK-nın ona ödəməli olduğu ödəncin məbləği 2017-ci il üzrə 4 ay 9 gün-686,44 manat, 2018-ci il üzrə 12 ay tam 1920 manat, 2019-cu il üzrə 8 ay 9 gün üçün 1326 manat-cəmi 3932,44 manat təşkil etdiyini göstərmiş,bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin" 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.4-cü maddəsinə əsəsən zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun isdən azad edilənədək əldə etdiyi qazanc və va həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Lakin, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyəyn edilir ki, zərərçəkən X12 elə həmin gün yəni, hadisə baş verdiyi gün 22.08.2017-ci il tarixdə Cavabdeh MTK-ya fəhlə ştatına qəbul edilmiş, cəmi 3 saat işləmişdir. Göründüyü kimi, iddiaçı ödəncin məbləğinin hesablanması qaydasnı da sübut edə bilməmişdir.Ona görə də məhkəmə yuxarıda qeyd olunan butün halları məcmu halında qiymətləndirərək iddianın rədd edilməsi nəticəinə gəlir. Bundan əlavə cavabdeh "xxxx" MTK-nin nümayəndəsi iddia tələbinin müddətin keçməsi ilə əlaqədar iddia müddətini tətbiq etməklə,həmçinin iddiaçının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etmədiyi üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş,lakin məhkəmə bu əsaslarla iddianın rədd edilməsi barədə cavabdeh təşkilatın nümayəndəsinin mövqeyi ilə razılaşmır, belə ki,iş materiallarından görünür ki, İddiaçı mübahisənin məhkəməyə qədər həllinədək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etmiş,həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər üzrə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MP M-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı "xxxx" MTK-da fəhlə vəzifəsində işləmiş X2nun 22.08.2017-ci ildə işlədiyi "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılaraq istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar 22.08.2017-ci il tarixdən onun 18 yaşının tamam olduğu 09.09.2019-cu il tarixinə kimi hesablanmış 3932,44 manat ödəncin cavabdehdən alınıb ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-737/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-737/2022
04.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver