Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-776/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair mülki işə 06 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2017-ci il buraxılışlı, “Ravon Gentra SX” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DHA527685 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 sentyabr 2020-ci il tarixə 1755,87 manat gecikdirilmiş əsas, 372,80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 332,37 manat dəbbə pulu olmaqla, cəmi 2561,04 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanl ayaraq, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsi ləğv edilməsi, Cavabdeh 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 may 2020ci il tarixə 8118,91 manat əsas, 52,39 manat gecikdirilmiş mükafat borcu, cəmi 8171,30 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli AL-1617 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 2017-ci il buraxılışlı, “Ravon Gentra SX” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DHA527685 ban nömrəli, ağ rəngli avtomobil X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 506,40 manat, ümumilikdə isə 24307,12 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24307,12 manatın 18200 manatı əsas məbləğ təşkil edir. 04 aprel 2018-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında AL-1617 (1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və AL-1617 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən cavabdeh illik 15 % hesablanmaqla 45 aylıq müddətə hər ay sabit olaraq 533,25 manat, ümumilikdə isə 22396,41 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % nesanlanmaqla cərimə ödəyir.Həmin müqavilənin və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi /axdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir.Həmin müqavilənin 4.4.2ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir.Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun ıstehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Öhdəliklərin ötürülməsi müaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Həmçinin İddiaçı MMC-yə məxsus Cavabdeh müvəqqəti sahibiyinə verilmiş “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 yanvar 2021-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvqqəti duracağına yerləşdirilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti tam yararsızdır. Məhz avtomobilin yarasız vəziyyətə düşməsinə görə təqdim olunmuş arayışa əsasən, 8118,91 manat əsas, 52,39 manat gecikdirilmiş mükafat borcu, cəmi 8171,30 manat Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsindən görünür ki, X4 (lizinq alan) ilə İddiaçı MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 18200 manat təşkil etmişdir. İş materiallarında olan 04 aprel 2018-ci il tarixli, AL-1617 (1) saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X4 ilə İddiaçı MMC arasında bağlanmış «Daxili lizinq» müqaviləsi üzrə X4 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan 27 sentyabr 2017-ci il tarixli 1617 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, Cavabdeh illik 15 % hesablanmaqla 45 aylıq müddətə hər ay sabit olaraq 533,25 manat, ümumilikdə isə 22396,41 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.01.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 20.04.2021-ci il tarixli, 224 №-li arayışdan görünür ki, borclu Cavabdeh tərəfindən 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsi üzrə ümumilikdə 13872 manat ödəniş həyata keçirilmişdir. Həmin ödənişlərdən 9221,09 manat əsas borca, 4110,80 manat mükafat məbləğinə və 540,11 manat dəbbə puluna silinmişdir. İş materiallarında olan 28.01.2021-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsi üzrə 21 may 2020-ci il tarixə 8118,91 manat əsas, 52,39 manat gecikdirilmiş mükafat borcu, cəmi 8171,30 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında 04 aprel 2018-ci il tarixli, AL-1617 (2) saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi” imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı MMC ilə X4 arasında bağlanılmış 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 2017-ci il buraxılışlı, “Ravon Gentra SX” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DHA527685 ban nömrəli, ağ rəngli avtomobil 18200 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 04 aprel 2018-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında AL-1617 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən Cavabdeh illik 15 % hesablanmaqla 45 aylıq müddətə hər ay sabit olaraq 533,25 manat, ümumilikdə isə 22396,41 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin məhkəmdə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus Cavabdeh müvəqqəti sahibiyinə verilmiş “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 yanvar 2021-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvqqəti duracağına yerləşdirilmiş və “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti tam yararsız haldadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsinin 11.4-cü bəndinə əsasən,Lizinq obyekti məhv olduqda,oğurlandıqda,həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə,lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq vberənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə anoloji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlıidir. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi də təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsi ləğv edilsin. Cavabdeh 27 sentyabr 2017-ci il tarixli, AL-1617 saylı «Daxili lizinq» müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 may 2020-ci il tarixə 8118,91 manat əsas, 52,39 manat gecikdirilmiş mükafat borcu, cəmi 8171,30 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-776/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-776/2021
06.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver