Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-865/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə hakimin öz təşəbbüsü ilə əlavə qətnamə çıxarılmasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 22 aprel 2019-cu il tarixli UNİ-2990 saylı Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA595555 ban, 0139 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, Cavabdeh 22 aprel 2019-cu il tarixli UNİ-2990 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 oktyabr 2020-ci il tarixə 1793.73 manat gecikdirilmiş əsas, 733.7 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 549.58 manat dəbbə pulu, cəmi 3077.01 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 22 aprel 2019-cu il tarixli UNİ- 2990 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA595555 ban, 0139 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, Cavabdeh 22 aprel 2019-cu il tarixli UNİ-2990 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 yanvar 2021-ci il tarixə 3050.45 manat gecikdirilmiş əsas, 1162.34 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1240.35 manat dəbbə pulu, cəmi 5453.14 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(012)-865/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 22 aprel 2019-cu il tarixli UNİ- 2990 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 yanvar 2021-ci il tarixə olan 3050.45 (üç min əlli manat qırx beş qəpik) manat əsas borc, 1162.34 (min yüz altmış iki manat otuz dörd qəpik) manat mükafat, 100 (yüz) manat dəbbə pulu, cəmi 4312.79 (dörd min üç yüz on iki manat yetmiş doqquz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması qət edilmişdir. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Abşeron rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(012)-865/2021 saylı qətnaməsi qanuni qüvvəsini almamışdır. Mülki iş materiallarından göründüyü kimi, iddiaçı Union Lizinq ASC iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də Abşeron rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(012)- 865/2021 saylı qətnaməsi qeyd olunan tələblər üzrə çıxarılmamış, qətnamənin “Qət etdi” hissəsində bu tələblər qeyd olunmamışdır. Ona görə də iddiaçının iddia tələbləri üzrə əlavə qətnamə çıxarılmalması əsaslıdır. Mülki Məcəllənin 747-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qanunvericiliyin normasından və tərəflər araşında bağlanmış 22 aprel 2019-cu il tarixli UNİ-2990 saylı Daxili lizinq” müqaviləsinin şərtlərindən müəyyən olunur ki, müştəri müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, Union Lizinq ASC-nin müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır və müqavilənin vaxtından əvvəl xitam verilməsi və lizinq obyektinin geri alınması müqavilə şərtlərinə uyğundur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qətnaməsinin “Qət etdi” hissəsində “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2019-cu il tarixli UNİ-2990 saylı Daxili lizinq müqaviləsi ləğv edilməsi, Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA595555 ban, 0139 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılsın” tələbləri əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 229.1. İş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. 229.3. Əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Abşeron rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(012)-865/2021 saylı qətnaməsinin “Qət etdi” hissəsinə aşağıdakı tələblər əlavə edilsin. “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2019-cu il tarixli UNİ-2990 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA595555 ban, 0139 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılsın.” Əlavə qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-865/2021
Abşeron Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(012)-865/2021
06.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver