Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-78/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2nə dair hesabatın ləğv edilməsi və bazar dəyərinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 MMC-yə dair hesabatın ləğv edilməsi və bazar dəyərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus “Aysberq” pivə sexində aşkar edilmiş 10 ədəd 10 tonluq çən və 10 ədəd 50 tonluq çənin bazar dəyərinin müəyyən edilməsi barədə xx.xx.2021-ci il tarixli, QXM-2974 saylı qiymətləndirmə hesabatının ləğv edilməsi və qiymətləndirilən avadanlıqların bazar dəyərinin həqiqiliyinin müəyyən edilməsi üçün yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 MMC-yə dair hesabatın ləğv edilməsi və bazar dəyərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-78/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-78/2023
11.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver