Məhkəmə qərarları › İş №2(012)-793/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-793/2020

23.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-793/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X4, Cavabdehin vəkili-nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan və Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş bir mərtəbəli, mansartlı üç otaqlı yaşayış evinə istifadə hüququnun tanınması və tikiliyə qoyulmuş 45000 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəyişiklik edərək, Cavabdeh adına olan və Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa olunmuş bir mərtəbəli, mansartlı, üç otaqlı yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.1995-ci il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində nikah bağlamaqla evlənmişlər. Birgə nikahdan anadan olmuş xx.xx.1996-cı il təvəllüdlü X8 və xx.xx.1997-ci il təvəllüdlü X9 uşaqları vardır. Uzun müddətdir ki, Naxçıvandan köçüb Bakı şəhərinə yaşamaq üçün gəlmişlər və burada məskunlaşdıqlarından 2007-ci ildə Abşeron rayonu Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsini alaraq orada yaşayış evi tikmişdir. Torpaq sahəsini yoldaşının qardaşı X2 pul ilə almışdır. Lakin sənədləşmə bəxşiş qismində sonradan cavabdehin adına rəsmiləşdirilmişdir. İllərdir ki, o torpaqda öz zəhmətiylə yaşayış evi tikərək təmir etmiş və yaşamışdır. Lakin cavabdehlə münasibətləri pisləmişdir və ayrılmışlar. Münasibətləri pisləşdiyindən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-766/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. O, mübahisəli torpaq sahəsini öz vəsaitiylə sotu 2500 manata qaynanasından almışdır və torpağın üzərində tikilmiş yaşayış evinə tərəfindən 45000 manat xərc çəkilmişdir. xx xxxxxx 2012-ci il tarixli 270372 saylı alğı-satqı müqaviləsi ilə özünə məxsus olan və Naxçıvan şəhəri, V.Qasımov küçəsi, ev 38-də yerləşən beş otaqlı, 0,1098 ha torpaq sahəsinin üzərində yerləşən evini satmış və xərci evin təmirinə qoymuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********18 olan torpaq sahəsinin planına görə Abşeron rayonu Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh adına aldığı torpaqda yaşayış evi tikmiş və yaşamışdır. Buna görə həmin əmlakda onun da payı vardır. O, mübahisə predmeti olan evə tez-tez gedib-gəlir, lakin həmin evdə yaşamağa icazə vermirlər və onun başqa yaşayış yeri yoxdur.Ona görə də iddianın təmin olunaraq onun Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa olunmuş yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının vəkili-nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, tərəflər 1995-ci ildə rəsmi nikaha daxil olmuşdurlar. 2018-ci ilin dekabr ayında isə tərəflər arasında olan nikaha məhkəmə qaydasında xitam verilib. İddiaçı ilə cavabdeh arasında nikahın pozulmasının səbəbi iddiaçının anasını evə gətirməsi olmuşdur. Ailə heç bir səbəb olmadan dağılmışdır. İkilinin olduğu torpaq birgə nikah dövründə alınmışdır. Torpaq alınanda onun üzərində heç bir tikili olmamışdır. İddiaçı torpağı 5000 manata almış və evin tikintisinə 45 000 manat sərf etmişdir. Evin tikintisi üçün xammal və usta pulu iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda, mübahisə predmeti evə aid olan qaz və işıq sayğacları da iddiaçının adına olmuşdur. Bu səbəbdən də o, iddiamın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-3008 saylı iş üzrə qətnaməsi il iddaçı İddiaçı əşyaları ilə birlikdə ona məxsus olan Abşeron rayonu, Fatmayi kəndi ərazisində yerləşən 0,03 ha torpaq sahəsində və onun üzərində yerləşən başa çatmamış tikilidən çıxarılması qət edilmişdir. Həmin torpaq sahəsi ona qardaşı tərəfindən bağışlanılmışdır. Həmin başa çatmamış tikintini qardaşlarının köməyi ilə həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli qətnamədə qarşı tərəf 45000 manat rəqəmini göstərsə də, məhkəmədə rəsmi sənəd kimi 10000 manatlıq 270372 saylı xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsini təqdim etmişdir. İddiaçı həmin 10000 manatdan cəmi 2800-3200 manat tikintiyə sərf etmişdir. Ona görə də, o, haqlı olaraq qarşı tərəfə 3200 manat ödəməyə razıdır. Cavabdehin vəkili-nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh iddia tələbini qismən qəbul edir. Mübahisə predmeti olan ev birgə nikah dövründə tikilmişdir. İddiaçı nikah pozulan zaman qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakı bölünməsini tələb edə bilərdi. Eyni zamanda, iddiaçının iddiası iki hissədən ibarətdir: mülkiyyət hüququnun tanınması və pul tələbi. Əgər iddiaçı, mənzilə görə pul istəyirsə, o zaman onun tikiliyə mülki hüququ ola bilməz. Mübahisə predmeti olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Qeydiyyat keçməmiş evlərə mülkiyyət hüququ tanına bilməz. Hazırda iddiaçı ilə cavabdehin arasında münaqişə vardır və onlar birgə yaşaya bilməzlər. İddiaçı qeyd etmişdir ki, mənzilin tikintisi üçün vəsaiti ata evini sataraq əldə etmişdir. İddiaçının ata evini satdıqdan sonra əldə etdiyi vəsaiti evin tikintisinə sərf etdiyi də məlum deyildir. Ev birgə nikah dövründə tikildiyi üçün cavabdehin də evin tikintisinə maliyyə vəsaiti çıxmışdır. Hazırda iddiaçı və onun anasının tikilidən çıxarılmasına dair qətnamə mövcuddur. Cavabdeh iddiaçının evdən çıxması üçün kompensasiya veməyi təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş seriya RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayi kəndi ərazisində yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Məhkəmədə işin mübahisə edilməyən hallarından məlum olur ki, Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli, mansartlı üç otaqlı yaşayış evi tərəflərin birgə nikah dövründə əldə edilmişdir.Belə ki, İddiaçı ilə Cavabdeh xx.xx.1995-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuş,mübahisəli Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsini Cavabdeh xx.xx.2012-ci il tarixdə bağışlanma müqaviləsi əsasında əldə edərək mülkiyyət hüququnu ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyatdan keçirmişdir.Göründüyü kimi işin mübahisə edilməyən hallarından məlum olur ki, Cavabdeh xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışla yalnız torpağa mülkiyyət hüququ əldə etmiş və həmin vaxtı sözügedən torpaq sahəsi üzərində hər hansı bir tikili mövcud olmamış, iddiaçının köçüb yaşamaq istədiyi yaşayış evi nikah pozulanadək, yəni xx xxxxxx 2018ci i tarixədək tərəflərin birgə nikah dövründə tikilib başa çatdırılmış və həmin evə dair hüquqlar qeydiyyatdan keçməmişdir. Mübahisəli yaşayış evinin heç bir sənədləşmə işi aparılmdan birgə nikan dövründə tam tikilib başa çatdırılması iddiaçının izahatından başqa, iş materiallarında olan şəkillərlə, cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatlavə cavabdehin məhkəməyə göndərdiyi etiraz ərizəsinin məzmunu ilə də təstiqini tapır. Məhkəmə İddiaçı Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən başa çatmamış tikilidən əşyaları ilə birlikdə çıxarılması barədə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə bağlı qeyd edir ki, qətnamə qanuni qüvvəsini almadığı üçün həmin qətnamə ilə müəyyən edilmiş hallar AR MPM-in 82.3-cü maddəsinə əsasən hal-hazırda məhkəmə üçün preyudisiyal əhəmiyyət kəsb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də məhkəmə, sübutların tədqiqatı zamanı işin yuxarıda müəyyən edilmiş faktiki hallarına və aşağıda sadalanan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla iddiaçı Qasımov X6 rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş bir mərtəbəli, mansartlı üç otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş bir mərtəbəli, mansartlı üç otaqlı fərdi yaşayış evinə cavbdehin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş bir mərtəbəli, mansartlı üç otaqlı fərdi yaşayış evinə köçürülməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh adına olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa olunmuş bir mərtəbəli, mansartlı, üç otaqlı yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar