Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-817/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə2 və Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın yaşayış sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın yaşayış sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus bir ədəd divan, bir ədəd kamod, bir ədəd taxt-çarpayı, bir ədəd geyim dolabı, bir ədəd divan və iki kreslo, şüşəli vitrin, bir ədəd stol və 4 ədəd stul, bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, bir ədəd elektrik sobası və bir ədəd televizordan ibarət cehiz əşyalarının Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, 37 saylı evin 32 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum əri X13 ailə tərkibi ilə birlikdə Binəqədi RİH Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə, 2-ci qrup əlil kimi ev növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs kimi X7 Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa olunmuş "xxxx" MTK yaşayış kompleksində 37 saylı evin 32 saylı mənzili verilmişdir. Cavabdeh onun gəlini olmuşdur. Cavabdeh onun övladı X15 ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. 2022-ci ilin iyul ayında münasibətləri pisləşmiş və Cavabdeh azyaşlı uşaqları ilə birlikdə evdən getmiş və həmin tarixdən indiyə kimi bu mənzilə gəlməmişlər. Cavabdeh ilə X15 arasındakı nikah Abşeron Rayon Məhkəməsinin 11,07.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh 2022-ci ilin iyul ayından mübahisəli mənzildə yaşamamasına, oğlu ilə olan nikahın pozulmasına baxmayaraq, ona məxsus bir ədəd divan, bir ədəd kamod, bir ədəd taxt-çarpayı, bir ədəd geyim dolabı, bir ədəd divan və iki kreslo, şüşəli vitrin, bir ədəd stol və 4 ədəd stul, bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, bir ədəd elektrik soba və bir ədəd televizordan ibarət cehiz əşyaları həmin mənzildədir. Belə olan halda bir mülkiyyətçi kimi onun hüquqları əsassız olaraq məhdudlaşdırılır və evdən sərbəst surətdə istifadəsinə maneə yaradır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə2 və Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RİH Başçısının xx.xx.2004-cü il tarixli, 24 saylı sərəncamının surətindən görünür ki, X1 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Qarabağ Müharibəsinin İİ qrup əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. V.C.Əlizadə 1999-cu ildən Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi,1 saylı binanın yaşayış sahəsi 27,35 kv.m.olan 2 otaqlı 6 saylı mənzilində ailə tərkibi 4 nəfərlə (özü və 3 uşağı) daimi pasport qeydiyyatndadır və yaşayır. V.C.X3 İİ qrup əlilidir ( Vəsiqə № 041250, 11,09.2000-cü il tarixli). V.C.Əlizadənin mənzil növbəsinə götürülməsi hal-hazırda qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə tam cavab verir. Onun Bakı şəhərində daimi pasport qeydiyyatı 7 ildən artıqdır və yaşadığı mənzildə ailə üzvünə düşən yaşayış sahəsi 9 kv.metrdən azdır. Yuxanda qeyd olunanları nəzərə alaraq X13 ailə tərkibi 4 nəfərlə (özü,3 uşağı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın Dövlət Sosial Müdafiə Fondunun arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən və şəhid ailələrindən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa olunmuş "xxxx" MTK yaşayış kompleksində mənzil verilmişdir: İddiaçı (X12), Qarabağ müharibəsi əlili, ailə tərkibi 3 nəfər, ev 37, mənzil 32. İşdə olan AZ-İ 839436 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18 dekabr 2011-ci il tarixdə ölmüşdür. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1040/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X15 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində bağlanmış 06 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X11 anaları Cavabdeh yanında saxlanılması, X8 Cavabdeh xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddətdə hər ay bir uşaq üçün 193 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması, X8 iddiaçı Cavabdeh xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X11 atadan alınıb ananın himayəsinə verildiyi gündən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olduğunu qeyd etsə də, iş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.2-ci maddəsinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsilə bağlı münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 17.3.2-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1.7-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur.. Həmin Məcəllənin 108-ci ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. İşin faktiki hallarından görünür ki, iddiaçının oğlu S.Əliyevlə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha girmişlər və bu nikahdan onların xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X16 adında iki uşaqları olmuşdur. İddiaçının (mərhum əri V.C.Əlizadənin) sosial müdafiəsi üçün ailə tərkibi nəzərə alınaraq hələ Binəqədi RİH Başçısının xx.xx.2004-cü il tarixli, 24 saylı sərəncamına əsasən mənzil növbəsinə götürülmüş, X13 18 dekabr 2011-ci il tarixdə ölmüş, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən onun ailəsinin mənzillə təminatı reallaşdırılmışdır. Kirayəçinin ailə üzvləri qismində Sənan, Samirə və Nigar adlı 3 uşağı göstərilmişdir. Mübahisəli mənzil əvvəllər Dövlət Sosial Müdafiə Fondunun balansında olsa da, hazırda Sosial Xidmətlər Agentliyinin balansındadır. İş üzrə iddiaçının oğlu S.Əliyevlə Cavabdeh arasındakı nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1040/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah münasibətləri pozulduqdan sonra cavabdeh mübahisəli mənzili tərk edib getmişdir. Hazırda Əlizadə X6 Səbinə Adil qızına qarşı əmlakın yaşayış sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus bir ədəd divan, bir ədəd kamod, bir ədəd taxt-çarpayı, bir ədəd geyim dolabı, bir ədəd divan və iki kreslo, şüşəli vitrin, bir ədəd stol və 4 ədəd stul, bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, bir ədəd elektrik sobası və bir ədəd televizordan ibarət cehiz əşyalarının Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, 37 saylı evin 32 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edildiyi kimi, iddiaçının oğlu ilə cavabdeh artıq nikahda deyillər, yəni cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Halbuki qüvvədə olan mənzil qanunvericiliyinə görə yalnız kirayəçinin ailə üzvləri sosial kirayə müqaviləsi üzrə onunla bərabər hüquq və vəzifələrə malikdirlər. Cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh məxsus əmlaklar mübahisəli mənzildən çıxarılmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə xüsusi təyinatlı mənzil qanuni sahiblik hüququ ilə iddiaçıya məxsus olduğundan, hazırki mərhələdə cavabdehin əmaklarının həmin mənzildə olması iddiaçının mənzil hüququnu pozur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus bir ədəd divan, bir ədəd kamod, bir ədəd taxt-çarpayı, bir ədəd geyim dolabı, bir ədəd divan və iki kreslo, şüşəli vitrin, bir ədəd stol və 4 ədəd stul, bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, bir ədəd elektrik sobası və bir ədəd televizordan ibarət cehiz əşyalarının Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, 37 saylı evin 32 saylı mənzilindən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş ümumilikdə 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus bir ədəd divan, bir ədəd kamod, bir ədəd taxt-çarpayı, bir ədəd geyim dolabı, bir ədəd divan və iki kreslo, şüşəli vitrin, bir ədəd stol və 4 ədəd stul, bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, bir ədəd elektrik sobası və bir ədəd televizordan ibarət cehiz əşyaları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, 37 saylı evin 32 saylı mənzilindən çıxarılsın. İddia ərizəsinin verilməsinə və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş ümumilikdə 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-817/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-817/2025
19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver