Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-835/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron Rayonu 1 saylı Notariat Kontoru və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 8i-12699 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən tərtib və təsdiq edilmiş 20 oktyabr 2022-ci il tarixli icra qeydi ilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə istinadən ondan AZ1102, ünvan 1 ünvanında yerləşən hazırkı iddia tələbi üzrə üçüncü şəxs "xxxx" MMC-nin (VÖEN: **********) xeyrinə ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 138 manat 40 qəpik məbləğində pulun və bundan əlavə ondan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 163 manat 40 qəpik pulun tutulması təklif olunmuşdur. Sözügedən icra qeydi xx.xx.2022-ci il tarixdə 8i-12699 nömrəli reyestrlə informasiya sisteminə daxil edilmişdir. Qeyd edir ki, istinad edilən icra qeydindən icra məmurunun ona verdiyi məlumatdan sonra məlumat əldə etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, hazırkı iddia ilə qanuniliyini və əsaslılığını mübahisələndirdiyi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli, 8i-12699 nömrəli reyestr qeydiyyatlı “icra qeydi” nin ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, "xxxx" MMC ilə arasında hər hansı bir müqavilə, o cümlədən icra qeydində göstərilən ********* nömrəli müqavilə bağlanmamış və onun sözügedən müəssisəyə bu və ya digər məbləğdə, o cümlədən 138 manat 40 qəpik məbləğində borcu yoxdur. Qeyd edir ki, göstərilən Cəmiyyət tərəfindən notariusa hər hansı bir müqavilə və ya digər sənəd təqdim edilmişdirsə, həmin sənəd və ya müqavilə tərəfindən imzalanmamışdır. Əgər hər hansı müqavilədə adı, ata adı və soyadı yazılıbsa və bunun qarşısında əvəzindən imza atılıbsa həmin imza adından atılmaqla saxtalaşdırılmış imzadır ki, bunu da müvafiq ekspertiza təyin etməklə müəyyənləşdirmək mümkündür. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Abşeron Rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil və hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, icra qeydinin verilməsinə əsas İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 17 aprel 2019-cu il tarixli, AZF-SL/2019/1310 saylı abunə müqaviləsi və həmin müqavilə üzrə iddiaçının müqavilə öhdəliklərinə əməl etməyərək, göstərilmiş xidmətlərin haqqının ödəməməsi nəticəsində yaranmış borcu olmuşdur. Belə ki, abunə müqaviləsinin 3.1-ci bəndinə görə "xxxx" MMC siyahısı müqaviləyə əlavə edilmiş qoşmada müəyyən edilmiş nömrələri tariflər ilə təmin edir, açıq rabitə xəttini ayırır və xidmətlərin göstərilməsini abunəçiyə təmin edir, abunəçi isə müqavilədə və tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən isifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Tərəflər arasında imzalanmış abunə müqaviləsinə 2 saylı qoşmada iddiaçının istifadəsinə verilmiş nömrələrin siyahısı, 3 saylı qoşmada isə nömrələrin təhvil-təslim aktı əks olunmuşdur. Göründüyü kimi iddia ərizəsində göstərilənlər əsassızdır, tərəflər arasında müvafiq abunə müqaviləsi imzalanmış və müvafiq nömrələr iddiaçının istifadəsinə verilmişdir. İddiaçı isə göstərilmiş xidmətlərə görə yaranmış 138 manat 40 qəpik borcu ödəməmişdir. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Bahadur İslamova və üçüncü şəxs "xxxx" MMC-yə qarşı "icra qeydinin ləğv edilməsi" tələbi barədə iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini və məhkəmə proseslərini onun iştirakı olmadan, təqdim etdikləri sübutlar əsasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayonu 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 8i-12699 reyestr nömrəli icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, "xxxx" MMC-nin xeyrinə İddiaçı ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 138 manat 40 qəpik məbləğində pulun və bundan əlavə ondan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 163 manat 40 qəpik pulun tutulması təklif olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən olunur ki, Abşeron Rayonu 1 saylı Notariat Kontoru tərəfindən"xxxx" MMC-nin xeyrinə İddiaçı ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 138 manat 40 qəpik məbləğində pulun və bundan əlavə ondan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 163 manat 40 qəpik pulun tutulması barədə 20 oktyabr 2022-ci il tarixli, 8i-12699 reyestr nömrəli icra qeydi qanunvericiliyin normaları pozuldumaqla açılmış və aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Lakin,işin faktiki hallarından görünür ki, Abşeron Rayonu 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 8i-12699 reyestr nömrəli i “İcra qeydi” tərtib olunan zaman qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qanunda imperativ qayda da göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin "xxxx" MMC tərəfindən belə bir məktub iddiaçıya göndərilməsi, iddiaçı tərəfindən belə bir məktubun qəbul etməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin icra qeydi tərtib olunan zaman İddiaçı Abşeron rayon 1 saylı Notariat Kontoru tərəfindən nə poçt, nə də zəng vasitəsilə məlumatlandırılması, icra qeydinin tərtibindən xəbərdar olması da iş materialları ilə müəyyən edilmədiyindən, 1 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın(bundan sonra-Təlimat) 161-ci və 162-ci maddəsinin tələbləri də pozulmuşdur. Təlimatda göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Daha sonra gösətrilir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmçinin təlimatda tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olduğu göstərilir. Lakin,yuxarıda qeyd olunduğu kimi,məhkəmədə sübutların tədqiqatı zamanı Azerfon” MMC-in İddiaçı belə bir müraciət olması,sonuncunun hər hansı bir xəbərdarlıq edilməsi müəyyən edilməmiş və Abşeron rayon 1 saylı Notariat Kontoru tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-ci maddəsinin və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbləri pozulmaqla icra qeydi açılmışdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvricilk normalarını və işin müəyyən edilmiş faktiki hallarını əsas götürərək Abşeron Rayonu 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 8i-12699 reyestr nömrəli icra qeydinin ləğv edilməsi nəticəsinə gəlir. Məhkəmə sözügedən icra qeydinin ləğv edilməsinin, iddiaçının göstərdiyi əsaslarla yox, prosessual əsaslarla ləğv edilməsi nəticəsinə gəldiyindən,hesab edir ki,ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 8i-12699 reyestr nömrəli icra qeydi ləğv edilsin və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-835/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-835/2023
30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver