Məhkəmə qərarları › İş №2(012)-848/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-848/2021

29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-848/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-na qarşı «emissiya prospektinin, 2010- 2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada təqdim edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 iyun 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən “xxxx” ASC-nin emissiya prospektinin, 2010-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada İddiaçı1 və İddiaçı2 təqdim edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o və digər İddiaçı2 “xxxx” ASC-nin səhmdarı olaraq cəmiyyətə müraciət edib “xxxx” ASC-nin Emi; prospektinin, 2010-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlar maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokolla təsdiq edilmiş formada onlara təqdim edilməsini xahiş etmişlər. Lakin cəmiyyət 05.07.19 tarixli teleqramı 08.07.19 tarixində almasına baxmayaraq bu günə qədər həmin sənədləri onlara təqdim etməmişdir. Nə özəlləşdirmə şərtlərini əks etdirən və cəmiyyətin təsis sənədlərindən biri sayılan Emissiya Prospekti, nə icra orqanın görülmüş işlər haqqında hesabatlar, maliyyə hesabatları və auditor aktları, nə ümumi yığıncaqların protokolları kommersiya sirri sayılmır və səhmdarın tələbi ilə ona təqdim edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmədə iddianı müdafiə edərək, İddiaçı1 ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilən emissiya prospektinin təqdim olunması tələb edilmişdir. «xxxx» ASC 03.08.1998-ci il tarixdə özəlləşdirilmiş və Emissiya prospekti dövlət müəssisəsi özəlləşdirilərkən özəlləşdirməni həyata keçirən dövlət orqanı tərəfindən tərtib edilir. Qeyd edilən Prospektin təqdim olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Səhmdar Cəmiyyəti haqqında Qanunun və Cəmiyyətin Nizamnaməsində öz əksini tapmadığından onun verilməsi nəzərdə tutulmamışdır. 2010-2019-cu illəri əhatə edən maliyyə hesabatlarının, auditor aktlarının və səhmdarların ümumi yığıncağının protokollarının təqdim olunması tələb olunmuşdur. Vergi Məcəlləsinin 71.04-cü maddəsinə, Mülki Məcəllənin 99.2-ci maddəsinə və AR Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısına əsasən maliyyə-mühasibat uçotu sənədlərinin saxlanılması müddətləri 5 il müəyyən edilmişdir. AR Milli Arxiv İdarəsinin 11.03.2021-ci il tarixli Aktına əsasən 2010-2015-ci illəri əhatə edən maliyyəmühasibat sənədləri məhv edilmişdir.Səhmdar cəmiyyətlə bağlı qanunvericiliyin tələblərinə əsasən hər il maliyyə hesabatları çap edilir və dövlətə təqdim edilir. Bu səbəbdən iddiaçılar elektron informasiya daşıyıcılarından məlumatı almaq imkanları olmuşdur. xxxx» ASC maliyyə sənədlərinin məhkməyə təqdim edilməsinə etiraz etmir, protokollar isə ümumi yığıncaqda tərtib edilir və yığıncaqda iştirak edən hər bir tərəfə protokoldan çıxarış verilir. “Kommersiya sirri haqqında Qanununa” əsasən, protokollar iştirakçılara verilə bilməz. Qeyd edilənlərlə əlaqədar iddianın qismən təmin edilməsini xahiş edir. İş materiallarında olan AR Milli Arxiv İdarəsinin 11.03.2021-ci il tarixli Aktına əsasən 2010- 2015-ci illəri əhatə edən maliyyə-mühasibat sənədləri məhv edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Milli Arxiv İdarəsinin 11.03.2021-ci il tarixli Aktına əsasən 2010-2015-ci illəri əhatə edən maliyyə-mühasibat sənədləri məhv edilmişdir. Bundan əlavə emissiya prospektinin verilməsi nə «xxxx» ASC-nin nizamnaməsində, nə də AR Mülki Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, «xxxx» ASC tərəfindən 2015-2019cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada İddiaçı1 və İddiaçı2 təqdim edilməlidir. Mülki Məcəllənin 106-1.3.2-ci maddəsinə əsasən “Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüquqları vardır. “Mühasibat Uçotu haqqında Qanununun” 12.3.3-cü maddəsinə əsasən “İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kirik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması tələb olunur. “Kommersiya Sirri haqqında Qanunun” 4-cü maddəsinə əsasən, təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquq təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məluma olmaqla), qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar, qiymətli kağızlar bazarı haqqında Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar, özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar istisna olmaqla, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir. Mülki Məcəllənin 107-6.3-cü maddəsinə görə Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən 2015-2019-cu illərə dair icra orqanın görülmüş işlər haqqında hesabatlarının, maliyyə hesabatlarının və auditor aktlarının, səhmdarların ümumi yığıncaqlarının protokollarının təsdiq edilmiş formada İddiaçı1 və İddiaçı2 təqdim edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar