Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-864/2022 26.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İnfiniti FX35 525 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1400 manat sığorta ödənişi və 34 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Tofaş Şahin” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobil 16.12.2018-ci ildən 16.12.2019-cu ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 11.12.2018-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 13.12.2019-cu ildə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Tofaş Şahin” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində “İnfiniti Fx35” markalı, **-VX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Abşeron RPİ-nin 16.12.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 16.12.2019-cu il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “İnfiniti Fx35” markalı, **-VX-*** dövlət nömrə nişanlı avtomobilə 1400 manat zərər dəymişdir. İddiaçı 28.12.2019-cu il tarixdə həmin məbləği zərəçəkmiş şəxs Qasımov Əkbər Kamal oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 13.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 15.12.2021-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AD № 454173 saylı 05.02.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2002-ci il buraxılışlı Tofaş Şahin markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. -23.08.2012-ci il tarixli ƏN-İİİ № 844724 saylı etibarnamənin surətindən görünür ki, Vəfa Davud qızı mülkiyyətində olan İnfiniti FX35 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili 23.08.2022-ci il tarixədək idarə etməyi Qasımov Əkbər Kamal oğluna etibar etmişdir. -İcbari sığorta müqaviləsinə dair 11.12.2018-ci il tarixli məlumatdan görünür ki, X2 16.12.2018-ci il tarixdən 16.12.2019-cu il tarixədək olan müddətdə Tofaş Şahin markalı ** SB *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta haqqı 75 manat, bonus-malus əmsalı 0.95, yekun sığorta haqqı 71.25 manat olmaqla əmlaka dəyən zərərə görə 5000 manat, sağlamlığa dəyən zərərə görə 5000 manat dəyərində sığortalamışdır. -"xxxx" ASC-nin 27.12.2019-cu il tarixli, PXA56564 saylı Sığorta aktından görünür ki, sığortalı X2 16.12.2018-ci il tarixdən 16.12.2019-cu il tarixədək Tofaş Şahin markalı ** SB *** qeydiyyat nişanlı avtomobili 55000 manat məbləğində icbari sığorta növündə sığortalamış, 13.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Qasımov Əkbər Kamal oğluna məxsus İnfiniti FX35 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat zərər dəymiş, dəymiş zərərin əvəzi köçürmə yolu ilə ödənilmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 17.12.2019-cu il tarixli arayışdan görünür ki, 13.12.2019-cu il tarixdə saat 13:12 radələrində toqquşma növündə yolnəqliyyat hadisəsi baş vermiş, X1 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş Tofaş Şahin markalı, ** SB *** qeydiyyat nişanlı avtomobil X4 tərəfindən idarə olunmuş İnfiniti FX35 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. -İnzibati tənbeh vermə haqqında 16.12.2019-cu il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh 13.12.2019-cu il tarixdə Tofaş Şahin markalı, ** SB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 60 manat dəyərində cərimə olunmuşdur. -16.12.2019-cu il tarixli ilkin defect aktından görünür ki, İnfiniti FX35 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1400 manat ziyan dəydiyi hesablanmışdır. -İş materiallarında olan pretenziyadan görünür ki, cavabdehə müqavilə üzrə dəymiş ziyan ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli arayışdan görünür ki, Kərimov X3 rayonu Pirəkəşkül kəndində qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, Qasımov Əkbər Kamal oğlunun mülkiyyətində olan Tofaş Şahin minik markalı ** SB *** qeydiyyat nişanlı avtomobil etibarnamə olmadan Cavabdeh tərəfindən idarə edilmiş, 13.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Vəfa Davud qızının mülkiyyətində olan, hadisə olan zaman X4 tərəfindən idarə olunmuş İnfiniti FX35 markalı, ** VX *** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 1400 manat dəyərində ziyan dəymiş, həmin məbləğin 27.12.2019-cu il tarixli, PXA56564 saylı sığorta aktına əsasən Qasımov Əkbər Kamal oğluna köçürmə yolu ilə ödənilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə mülki işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına müvafiq məbləğdə ödəmiş, cavabdeh isə etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyindən iddiaçı 1400 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İcbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 25-ci və 63-cü maddəsində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 25.1.3. və 63.1 maddəsidir ki, həmin maddələrə əsasən: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. İcbari sığortalar haqqında Qanunun 63-cü maddəsinə əsasən cavabdehin etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməsi ödənilmiş sığorta məbləğinin ondan tutulmasına əsas verir. Göstərilənlərə əsasən, tədqiq edilmiş sübutlarla məhkəmə ərizəni əsaslı və qanunauyğun hesab edərək təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 34 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Cavabdeh İnfiniti FX35 markalı, ** VX *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1400 manat pul vəsaiti və 34 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh İnfiniti FX35 markalı, ** VX *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1400 (min dörd yüz) manat pul vəsaiti və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu olmaqla cəmi 1434 (min dörd yüz otuz dörd) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər barəsində çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-864/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-864/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver