Məhkəmə qərarları › İş №2(012)-868/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-868/2023

12.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-868/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində 12 may 2023cü ildə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun imtiyazlı mənzilindənünvan 1, mənzil 48-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1, mənzil 48-i 2019-cu ilin dekabr ayında İİ qrup müharibə əlili kimi Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə almışdır. O, cavabdeh Hüseynova (Salmanova) Şölə Xanbala qızı ilə 2011-ci ilin fevral ayından nikahda olduğuna görə cavabdehi bu evə qeydiyyata salınmasına razılıq vermişdir. Övladları olmadığından 05 oktyabr 2020-ci il tarixdə nikahları pozulmuşdur və hal-hazırda onlar ayrı yaşayırlar. Cavabdeh onun evində qeydiyyatda formal olsa da, faktiki olaraq nikah pozulduqdan sonra atasının yanında, öz evlərində, Neftçala rayonunun Aşağı Surra kəndində yaşayır. O bu bir otaqlı mənzildə yeni qurduğu ailəsiylə yaşayır və yaxın vaxtlarda övladları olacaqdır. Həmin mənzil imtiyazlı mənzil kimi onun xüsusi mülkiyyətindədir. Bu fakt Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışı ilə təsdiqlənir. Göstərilən şəxsin istifadə hüququnun itirməsi tələbi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etsə də, xx.xx.2022-ci il tarixli 12877713Fİ №-li məktubla onun müraciətinə imtina edilmişdir. Dəfələrlə göstərilən şəxsə onun imtiyazlı mənzilindən qeydiyyatdan çıxması barədə müraciət etsə də, cavabdeh buna razılıq verməmişdir. O bu şəxsin ona Dövlət tərəfindən imtiyazla verilmiş bu evdə qeydiyyatda qalmasına razı deyildir, cavabdehin onun mülkiyyətində olan evdə qeydiyyatda qalması formal xarakter daşıyır və etibarsızdır. Cavabdeh onun evində qeydiyyatda olsa da, bu evdə yaşamır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, göstərilən şəxsin onun evində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, o, cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də, cavabdehin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına problemlər yaradır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçı ilə 2011-ci ildə ailə qurmuşdur. Həmin ev onlara dövlət tərəfindən verilmişdir. Hal-hazırda o, kirayədə yaşayır. Əgər o, ünvan 1, mənzil 48-dən çıxsa, yaşamağa başqa yeri yoxdur. Ona görə də o, evdən istifadə hüquqlarına xitam verilməsinə razı deyildir. Odur ki, o, həmin evdə ona yaşamaq hüququnun verilməsini yaxud ata evindən ona ev verilməsini xahiş edir. Qeyd edilənlərə əsasən, o, iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin mülkiyyətçisi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Mənzilin faktiki mülkiyyətçisi isə İddiaçıdur. Odur ki, onların şöbəsinin cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsinə etirazları yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 28 sentyabr 2000-ci il tarixində 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və 20 dekabr 2018-ci il tarixində ünvan 2 ünvanında bir otaqlı 48 nömrəli mənzillə təmin edilmişdir. İş materiallarında olan Asan 3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 1, mənzil 48-də İddiaçı ilə birgə Cavabdeh da qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Hüseynov X3 Respublikaının Ərazi Bütövlüyünun müdafiəsi zamanı əlil olmuş imtiyazlı şəxs kimi 28 sentyabr 2000-ci il tarixində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 1 nəfər (özü) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli,569 nömrəli Sərəncamına əsasən 20 dekabr 2018-ci il tarixində ünvan 2 ünvanında bir otaqlı 48 nömrəli mənzillə təmin edilmişdir. İddiaçı cavabdeh Hüseynova (Salmanova) Şölə Xanbala qızı ilə 2011-ci il tarixdə nikaha daxil olmuş, cavabdeh iddiaçının razılığı ilə mübahisəli mənzilə qeydiyyta düşmüş,cavabdeh iddiaçı ilə birgə həmin mənzildə yaşamağa başlamış, tərəflərin birgə nikahından övladları olmadığı üçün 2020-ci il oktyabr ayında nikahları pozulmuş, həmin tarixdən cavabdeh mübahisəli mənzili tərk etmiş və iddiaçı rəsmi nikaha daxil olaraq yeni ailə qurmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əssasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 180-cı maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Beləliklə işin mübahisə edilməyən faktiki hallarındann göründüyü kimi, ünvan 1, 48 saylı mənzil yalnız İddiaçı verilmiş,həmin mənzil ayrılarkən ailə üzvü kimi cavabdeh nəzərdə tutulmamış, tərəflərin nikahları pozulduğundan, cavabdehin həmin mənzildə hal-hazırda istifadə hüququnun saxlanması iddiaçının mənzil hüququn poulması ilə nəticələndiyinən və cvabdehin qeyd olunan mənzildə istifadə hüququnun saxlanması üçün hüquqi əsasları müəyyən edilmədiyindən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 48 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar