Məhkəmə qərarları › İş №2(012)-88/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-88/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-88/2021 26.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 və Cavabdeh vəkili X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr Veteranlar Təşkilatının əmlakına dəymiş zərər üzrə ödənilmiş 29.982 (iyirmi doqquz min doqquz yüz səksən iki) manat, 30 (otuz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqı, cəmi 30012,40 (otuz min on iki manat 40 qəpik) manat pul tutularaq Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatına məxsus olan AUDİ A8 markalı, ** PX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx xxx 2019-cu il tarixdə AS 014309 saylı sığoıta şəhadətnaməsi ilə “X1 tam sığortası” üzrə könüllü qaydada Dövlət Sığorta Kommersiya Şirkətində sığorta olunmuşdur. Sığorta olunmuş nəqliyyat vasitəsi sığorta müqaviləsinin qüvvədə olduğu xx xxx 2019-cu il tarixdə Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivi ərazisində vətəndaş X2 mülkiyyətində olan etibarnamə əsasında Cavabdeh tərəfindən idarə etdiyi KAMAZ 5511 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sürücü X5 idarə etdiyi AUDİ A8 markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Hadisə zamanı sürücü R.Ə.Paşayevin idarə etdiyi AUDİ A8 markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə küllü miqdarda zərər dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2019-cu il tarixli Qərarına (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) əsasən xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh AB seriyalı 597183 nömrəli sürücülük vəsiqəsi üzrə sürücülük hüququ məhdudlaşdırılmış və xx.xx.2019-cu il tarixdə onun avtomaşın idarə etmək hüququ olmamışdır. Şirkətin xx.xx.2019-cu il tarixli 1608-1329 saylı qüsur aktına əsasən AUDİ A6 markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 29982 (iyirmi doqquz min doqquz yüz səksən iki) manat sığorta məbləği hesablanmışdır. “X1 tam sığortası” qaydaların 20-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli 2281 və xx.xx.2019-cu il tarixli 2377 saylı ödəniş tapşırıqları əsasında Azərbaycan Respublikası "Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatı”nın bank hesabına 29982 (iyirmi doqquz min doqquz yüz səksən iki) manat sığorta məbləği köçürülmüşdür. Beləliklə, qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta ödənişi vermiş Dövlət Sığorta Kommersiya Şirkəti subroqasiya hüququndan istifadə edərək bu məbləği subroqassiya qaydasında cavabdehlərdən tələb edir. İş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 məhkəmə iclaslasında iddia tələbinı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X8 isə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1. maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 936.2. maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X5 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Həmin qərara əsasən müəyyən edilmişdir ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Kamaz 5511 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, Qudr dərəsi bağlar massivi S.Əsgərova küçəsi ilə hərəkət edən zaman S.Əsgərova və S.Orucov küçələrinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42.10-cu maddəsinin tələbinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlüyü olduğu halda bu tələbi pozaraq yolların kəsişməsində hərəkəti davam etdirmişdir. -xx.xx.2019-cu il tarixli Yol-nəqliyyat hadisəsi barədə arayışdan görünür ki, xx xxx 2019-cu il tarixdə Novxanı qəsəbəsi Qurd dərəsi bağlar massivi ərazisində vətəndaş X2 mülkiyyətində olan etibarnamə əsasında Cavabdeh tərəfindən idarə etdiyi KAMAZ 5511 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sürücü X5 idarə etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatına məxsus olan AUDİ A8 markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Hadisə zamanı sürücü ayıq vəziyyətdə olmuş, hadisə yerini tərk etməmişdir. -xxxx tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Qüsur Aktından görünür ki, AUDİ A8 markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 31980 manat hesablanmışdır. -xx.xx.2019-cu il tarixli sığorta aktının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2019cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalı Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatına dəymiş ziyana görə, 29982 (iyirmi doqquz min doqquz yüz səksən iki) manat ödənilmişdir. -xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatına 19591 (on doqquz min beş yüz doxsan bir) manat ödəniş etmişdir. -xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatına 10391 (on min üç yüz doxsan bir) manat ödəniş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(012) -251/2020 №-li qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli 9/3747 №-li ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Audi A8” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 25711,0 manat müəyyən edilir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatına məxsus olan AUDİ A8 markalı, ** PX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx xxx 2019-cu il tarixdə AS 014309 saylı sığoıta şəhadətnaməsi ilə “X1 tam sığortası” üzrə könüllü qaydada Dövlət Sığorta Kommersiya Şirkətində sığorta olunmuşdur. Sığorta olunmuş nəqliyyat vasitəsi sığorta müqaviləsinin qüvvədə olduğu xx xxx 2019-cu il tarixdə Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivi ərazisində vətəndaş X2 mülkiyyətində olan etibarnamə əsasında Cavabdeh tərəfindən idarə etdiyi KAMAZ 5511 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sürücü X5 idarə etdiyi AUDİ A8 markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Hadisə zamanı sürücü R.Ə.Paşayevin idarə etdiyi AUDİ A8 markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə küllü miqdarda zərər dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2019-cu il tarixli Qərarına (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) əsasən xx.xx.2019cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh AB seriyalı 597183 nömrəli sürücülük vəsiqəsi üzrə sürücülük hüququ məhdudlaşdırılmış və xx.xx.2019-cu il tarixdə onun avtomaşın idarə etmək hüququ olmamışdır. Şirkətin xx.xx.2019-cu il tarixli 1608-1329 saylı qüsur aktına əsasən AUDİ A6 markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 29982 (iyirmi doqquz min doqquz yüz səksən iki) manat sığorta məbləği hesablanmışdır. “X1 tam sığortası” qaydaların 20-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli 2281 və xx.xx.2019-cu il tarixli 2377 saylı ödəniş tapşırıqları əsasında Azərbaycan Respublikası "Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatı”nın bank hesabına 29982 (iyirmi doqquz min doqquz yüz səksən iki) manat sığorta məbləği köçürülmüşdür. Bununla da, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişinin zərərvuran şəxs, yəni Cavabdeh tələb edilməsinə dair subroqasiya hüququnu əldə etmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biri də icbari sığorta haqqında qanunun 25.1.3. maddəsidir ki, həmin maddəyə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Lakin sığortaçı ziyanın məbləğini 29982 (iyirmi doqquz min doqquz yüz səksən iki) manat müəyyən etməsinə və sığortalıya ödəməsinə baxmayaraq məhkəmə araşdırılması zamanı keçirilmiş ekspertizanın rəyinə əsasən ziyan 25711,0 (iyirmi beş min yeddi yüz on bir) manat hesablanmışdır ki, məhkəmə həmin rəydə göstərilən məbləği daha obyektiv, ağılabatan hesab edərək sübut növü kimi qəbul etmişdir. Sığorta Aktında 200 manat azadolma nəzərə alınmalı, (25711-200=25511) maddi zərər cəmi 25511 manat hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir, iddiaçı təşkilat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən irəli sürülmüş iddia tələbi qismən təmin olunmalı, dəymiş maddi zərərə görə Cavabdeh 25511.0 (iyirmi beş min beş yüz on bir) manat pul məbləği tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 25511.0 (iyirmi beş min beş yüz on bir) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar